Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə27/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   23   24   25   26   27   28   29   30   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
22 
aspirantının başqa ali məktəblərdə keçirilən müzakirəsinə qatılmayan Tofiq müəllim birdən-birə heç kəsin 
xəbəri olmadan mənim müzakirəmə gəldi və gəlişi ilə bu elmi məclisə bir rəng qatdı. Sonda dissertasiyam və 
çıxışım haqqında gözəl fikirlər söylədi. Bir sözlə, məni zirvənin ən sonuncu qatına qaldırdı. Nəticə olaraq 
mən müdafiəyə buraxıldım. Mənə belə gəlir ki, bir dissertant üçün bundan yüksək dəyər ola bilməzdi ki, 
həmin şərəfə əvəzolunmaz elmi rəhbərim tərəfindən nail oldum. Sonradan bildim ki, həmin gün Tofiq 
müəllimin oğlu İsmayılın əbədiyyətə qovuşduğu gündür. Onsuz da ucalardan uca olan akademik T.Hacıyev 
gözümdə daha da ucaldı. Bax budur, yetişdimələrinin əsil elmi rəhbəri, elm aləminə yol göstərəni! Əminəm 
ki, bu gün onun hər bir yetirməsi “ustadımız akademik T.Hacıyevin əbədi məkanı Cənabi-Haqqın 
dərgahındakı yüksəklik olsun” deyir.
Açar sözlərelmi rəhbər, elmlər doktoru, elmlər namizədi, dissertant, elmi kadr.  
 
İSLAM VƏLİYEV
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti 
 
PROFESSOR SAMƏT ƏLİZADƏ VƏ XVI ƏSR AZƏRBAYCAN ƏDƏBİ DİLİ 
 
Məlumdur ki, qüdrətli söz ustaları Qurbani, Ş.İ.Xətai, M.Füzuli və başqaları XVI əsr ədəbi dilinin 
inkişafı, təkmilləşməsi və səlisləşməsi işində misilsiz xidmətlər göstərmiş, dövrün ədəbi dilinin yüksək 
zirvəyə çatması və onun mədəni rolunun, hüdudlarının genişlənərək bütün Yaxın və Orta Şərqi bürüməsində 
böyük rol oynamışlar. Çünki XVI əsrdə yaşayıb-yaratmış görkəmli sənətkarların yaradıcılığında bir tərəfdən 
xalq ruhu, ümumxalq dili, digər tərəfdən isə klassik poeziya ənənələri bir-biri ilə qovuşmuşdu. Yaradıcılığı 
XVI əsrə təsadüf edən söz ustaları da Azərbaycan xalq dilinin zənginliklərindən, onun yüksək ifadə 
gücündən sənətkarlıqla bəhrələnmiş, ədəbi dil aləmində həmin dövrə qədərki ənənələri qıraraq Azərbaycan 
ədəbi dilinin yeni yüksəliş mərhələsinə qədəm qoymasına şərait yaratmışlar. Bu mənada, görkəmli dilçi 
alim, professor Samət Əlizadə Azərbaycan dilinin tarixinin öyrənilməsində dilin lüğət tərkibi, fonetik və 
qrammatik quruluşu, üslubi sistemi, poetikası sahəsində baş vermiş dəyişiklikləri göstərən, yəni tarixi xətt 
üzrə aparılan bütün tədqiqatların düzgün nəticələrini vəhdətdə əks etdirən monumental elmi əsərin yazılması 
üçün XVI əsr Azərbaycan yazılı abidələrinin öyrənilməsini ən doğru başlanğıc hesab edirdi. S.Əlizadə 
dövrün ədəbi dilini tədqiq edərkən bir sıra məsələlərə aydınlıq gətirmişdir: 
a) Müasir dildən fərqli olaraq, tarixi dilçiliyə aid olan hər bir əsər“gözə görünməyəni” 
əyaniləşdirmək üçün əhəmiyyətlidir. 
b) Azərbaycan dilçiliyində ilk dəfə “yazı dili” anlayışı aydın şərh edilir; yazı dilinin statusu-yazılı 
ədəbi dillə ümumi və fərqli cəhətləri göstərilir. 
c) Azərbaycan ədəbi dilinin tarixində dövrlərlə yanaşı, mərhələlər və pillələrin olması ideyasını irəli 
sürür. 
ç) Fonetik-orfoqrafik xüsusiyyətlərlə bağlı Azərbaycan tarixi filologiyasında əsas problemlərdən 
birinin yığcam həllini göstərir. Azərbaycan dili mətinlərində ərəb qrafikasının qrammatoloji xüsusiyyətlərini 
araşdırır, sait və samitləri ifadə edən hərflərin düzgün transliterasiya və transkripsiyasının prinsiplərini 
müəyyənləşdirir. Mikrosistem şəklində təqdim edilən bu prinsiplər orta əsrlərdə Azərbaycan ədəbi dilinin 
fonetik normalarını dərk etmək imkanı yaratdığı kimi, yazılı abidələrin düzgün oxunuşu və tədqiqi işi üçün 
stimul yaradır.
Müəllif morfoloji normalardan bəhs edərkən əsas nitq hissələrinə məxsus kateqoriyaların 
normativliyini müəyyən edir:
a) Ədəbi dil tarixinin tədqiqində qrammatik quruluş məsələlərinin öyrənilməsinin xüsusi əhəmiyyət 
daşımasını qeyd edir. Normalılıq və istisnalar ədəbi dil üslubları zəminində izah olunur.
b) Müəllifin XVI əsr mənbələrindən topladığı nümunələr ətraflı təsvir və təsnif edilir, Azərbaycan 
dilinin tarixi morfologiyasından məlum olan bəzi faktik məlumatlar dəqiqləşdirilir. 
c) Ədəbi dil tarixi istiqamətində morfoloji xüsusiyyətləri tədqiq etməyin təcrübi nümunəsi göstərilir. 
Nəticədə, ayrı-ayrı mərhələlərin ədəbi dili normativlik baxımından öyrənilməyincə həqiqi “dövrləşdirmə və 
elmi ədəbi dil tarixi” yaratmağın mümkünsüzlüyü qənaətinə gəlir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin