BDU-nun Filologiya fakültəsi - 100
21
GÜLXANIM VƏLİYEVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti
BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ QƏDİM TÜRK YAZILI ABİDƏLƏRİNİN
TƏDRİSİNƏ DAİR
1969-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsində Türkologiya kafedrası yaradılandan
sonra bu kafedrada dilçiliyin ən aktual problemlərini əhatə edən fənlər – “Türkologiyaya giriş”, “Qədim
türk yazılı abidələri”, “Türk dillərinin müqayisəli qrammatikası”, “Müasir türk dillərindən biri” və s. tədris
olunmağa başladı. Kafedranı yaradan və ona rəhbərlik edən
çox hörmətli, ciddi, nüfuzlu alim prof. Fərhad
Zeynalov o dövrün ən tanınmış dilçi alimlərini kafedraya cəlb etmişdi. Prof. A.Vəliyev, prof. T.Hacıyev,
prof. S.Əlizadə, dos. Ə.Bağırov, dos. Ş.Xəlilov, sonralar dos. İ.Vəliyev, prof. E.Əzizov və başqaları. Həmin
vaxt respublikanın ali məktəblərindən ancaq Baki Dövlət Universitetində “Qədim türk yazılı abidələri” fənni
tədris olunurdu. Həmin fənn ali məktəblərinin tədris planına
daxil edilərək həm filologiya,
həm də tarix
fakültələrində əyani, qiyabi bakalavr, magistratura pillələrində keçirilir. Ötən 50 il müddətində bu fənn daha
da kamilləşmiş və uğurla tədris olunur. Prof. M.Novruzov, prof. M.Məmmədli, dos. Q.Abdullayeva və
başqaları bu fənni tələbələrə sevdirməyə müvəffəq olmuşlar.
Türk xalqlarının soykökünün, əski tarixinin, onun tarixi inkişaf mərhələlərinin və türk dillərinin dünya
dilləri içərisində yerinin müəyyənləşdirilməsində bu abidələr əvəzsiz yazılı mənbədir.
Tədris prosesində
tələbələr qədim türk (runik) əlifbasını mükəmməl öyrənir, yazı və oxu vərdişlərinə yiyələnir, mətn üzərində
işləyir, müasir Azərbaycan
dilindən fərqli fonetik,
qrammatik, leksik xüsusiyyətləri aşkarlayırlar. Yeri
gəldikcə, digər türk dilləri, ədəbi-bədii dil nümunələrimiz, dialekt və şivələrimizlə müqayisələr aparılır.
“Qədim türk dili” fənni “Türkologiyaya giriş”, “Azərbaycan dialektologiyası”, “Azərbaycan
dilinin
tarixi qrammatikası”, “Azərbaycan ədəbi dili tarixi”, “Türk dillərinin müqayisəli qrammatikası” və s. fənlərin
tədrisinə zəmin hazırlayır və onların daha yaxşı mənimsənilməsinə imkan verir.
Dostları ilə paylaş: