BDU-nun Filologiya fakültəsi - 100
16
yanaşma əlaqəsinin tam və natamam formaları; “mən gələndə”, “sən gələndə” tipli birləşmələrdə tərəflər
arasındakı əlaqənin dilçilikdə bəlli olmaması haqqındakı nəzəri mülahizələri Azərbaycan dilçiliyi üçün yeni
idi. İkinci və üçüncü növ təyini söz birləşmələrinin cümlə üzvü kimi
parçalana bilməməsinin elmi
qrammatik əsasları ilk dəfə professor Yusif Seyidov tərəfindən müəyyənləşdirilmişdir.
Prof. Yusif Seyidovun ötən əsrin 50-ci illərində çap etdirdiyi monoqrafiyalarında xitabın formaca
üçüncü şəxsə, məzmunca ikinci şəxsə aid olması; xitabın əvəzliklə (“sən”, “siz” əvəzlikləri ilə)
ifadə
olunması; xitab vasitəsilə münasibət ifadə etmək və bu məqsədlə istifadə olunan leksik və qrammatik
vasitələr; xitabın üslubi mövqeyi; ara sözlərin ismi və feli növləri, köməkçi sözlərlə işlənmə imkanları və s.
cəhətləri yüksək nəzəri səviyyədə həll edilir. Professor Yusif Seyidov türkologiyada ilk dəfə olaraq belə bir
elmi-nəzəri fikirlə çıxış edir ki, hər bir cümlə üzvü müxtəlif nitq hissələrinə
aid sözlərlə ifadə olunduğu
kimi, ara sözlər də ayrı-ayrı nitq hissələrinə aid sözlərlə ifadə oluna bilər. Prof. Yusif Seyidovun
“Azərbaycan ədəbi dilində əlavə söz və əlavə cümlələr” monoqrafiyasına qədər Azərbaycan dilçiliyində bu
mövzular haqqında adi anlayış belə olmamışdır.
Dostları ilə paylaş: