Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: Azərbaycan dilçiliyi, BDU, sintaksisi məsələləri, mətn dilçiliyi.  PROF. ZEMFİRA ŞAHBAZOVA, DOS. ƏV. MEHRİBAN ƏLİZADƏ



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə15/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   11   12   13   14   15   16   17   18   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərAzərbaycan dilçiliyi, BDU, sintaksisi məsələləri, mətn dilçiliyi. 
PROF. ZEMFİRA ŞAHBAZOVA, DOS. ƏV. MEHRİBAN ƏLİZADƏ 
Bakı Dövlət Universiteti 
 
“DİLİM – TALEYİM MƏNİM” DEYƏN GÖRKƏMLİ ALİM –
SAMƏT ƏLİZADƏ 
 
 
 
 
 
Əməkdar elm xadimi, filologiya elmləri doktoru, BDU-nun Türkologiya kafedrasının mərhum 
professoru Samət Əlizadənin tədqiqat əsərləri Azərbaycan filologiyasının müxtəlif sahələrinin – tarixi 
qrammatika, etimologiya, mətnşünaslıq, poetika və ədəbi dil tarixinin fundamental məsələlərinə həsr 
olunmuşdur. Onun “XVI əsr Azərbaycan ədəbi dili”, “Klassik Azərbaycan şairləri söz haqqında”, 
“Azərbaycan ədəbi dili tarixindən praktikum”, “Orta əsrlərdə Azərbaycan yazı dili”, “Əski Azərbaycan 
yazısı”, “Şah beytlər” və b. kitabları bu qəbildəndir. Azərbaycan filologiyasında Həsənoğlunun türkcə 
üçüncü şeiri, “Əhməd Hərami dastanı” və “Şeyx Səfi təzkirəsi” ilə bağlı ilk bitkin bilgi verilməsi, 
türkologiya üçün böyük önəmi olan folklor və dil abidəsi “Oğuznamə”nin əlyazmasının “kəşf” edilib üzə 
çıxarılması və nəşr olunması S.Əlizadənin dəyərli işlərindəndir.
S.Əlizadənin Nəsimi, Xətai, Füzuli kimi böyük sənətkarların dilinin tədqiq edilməsində xüsusi 
xidmətləri var. Füzulinin poetik dilinin şərhinə həsr edilmiş “Şah beytlər” əsəri klassik şeir dilinin müasir 
oxucuya təqdim edilməsinin əvəzsiz nümunəsidir. Alimin “Kitabi-Dədə Qorqud” dastanları ilə bağlı 
araşdırmaları elmi yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edir. Onun hazırladığı “Kitabi-Dədə 
Qorqud” dastanının tənqidi mətni və sadələşdirilmiş variantının, “Kitabi-Dədə Qorqud” Ensiklopediyasının I 
cildinin nəşri yalnız Azərbaycan dilçiliyində deyil, ümumən qorqudşünaslıqda əlamətdar hadisə idi. 
S.Əlizadənin bu abidə ilə bağlı tədqiqatları türkologiyada qorqudşünaslığın xüsusi bir mərhələsi kimi 
dəyərləndirilir.
Dilçiliyimizdə XVI əsr Azərbaycan ədəbi dilinin fundamental səviyyədə araşdırılması da Samət 
Əlizadənin adı ilə bağlıdır. O, “Azərbaycan ədəbi dili tarixi” adlı 4 cildlik əsərin həmmüəlliflərindən biridir.
S.Əlizadənin zəngin və çoxşaxəli yaradıcılığının bir qolunu da onun müasirləri – söz sənətkarlarının 
poetik dili ilə bağlı silsilə məqalələri təşkil edir. C.Cabbarlı, M.Müşfiq, Ş.Abbasov, G.Hüseynoğlu, 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin