BDU-nun Filologiya fakültəsi - 100
11
sədri, BDU Böyük elmi şurasının üzvü, 3 cildlik Türk Dünyası Ensiklopediyasının
müəlliflərindən
biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türk Dil Qurumunun f əxri üzvü, “Dədə-Qorqud”
ensiklopediyasının dil və ədəbiyyat
şöbəsinin rəhbəri olmuş, 1989-cu ildə isə Sovet Türkoloqlar
cəmiyyətinin üzvü seçilmişdir.
T.İ.Hacıyev elmi fəaliyyətə Azərbaycan dialektologiyası sahəsində başlamış, sonra
Azərbaycan ədəbi dili tarixinin ən görkəmli araşdırıcısı kimi tanınmışdır. Sonralar o öz yaradıcılığının
üfüqlərini genişləndirərək türk xalqlarının dili və ədəbiyyatı sahəsində
ünlü mütəxəssis kimi
tanınmışdır. Müasir türkologiyamızın görkəmli nümayəndəsi olan T.İ.Hacıyev bütün türk xalq
dastanlarının tədqiqi və nəşri sahəsində səmərəli fəaliyyət göstərmiş, misilsiz əmək sərf etmişdir.
Təkcə, M.Kaşqarinin “Kitabi-divani-lüğət-it-türk” əsərinin ərsəyə gəlməsi
işindəki xidməti onun
filologiyamızda əvəzedilməz xidmətlərindən sayılmalıdır. O, AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunun direktoru kimi məsul bir vəzifəni yerinə yetirməklə Azərbaycan dilçiliyinin inkişafına
dəyərli töhfələr vermişdir.
Tofiq Hacıyev elmi irsi ilə, daima öz dəyərini qoruyub saxlayacaq əsərləri ilə gələcək nəsillərə
örnək olacaq. Buna biz ürəkdən əminik. Qəbrin nurla dolsun, yerin behişt
olsun ölməz müəllimimiz,
ulu ustad!
Dostları ilə paylaş: