BDU-nun Filologiya fakültəsi - 100 8
Əməkdar elm xadimi, professor M.C.Paşayevin çoxşaxəli yaradıcılığı – bədii, elmi və pedaqoji
fəaliyyəti BDU-da ədəbiyyatşünaslığın inkişafında xüsusi bir mərhələ təşkil edir. Onun “Füzuli şeirinin
poetik xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyası dahi şairin yaradıcılığına həsr
olunmuş ən yaxşı elmi əsərlərdən biridir. Mir Cəlal bu əsərində Füzuli şeirinin bədii xüsusiyyətlərini
hərtərəfli tədqiq etmişdir. Prof. M.C.Paşayevin “Azərbaycanda ədəbi məktəblər” adlı doktorluq
dissertasiyasında XX əsrin əvvəllərində formalaşmış realizm və romantizm ədəbi cərəyanları, bu ədəbi
cərəyanların əsas nümayəndələrinin fəaliyyəti tədqiqat obyekti kimi götürülmüşdür. Bu əsərlər görkəmli
alimi əsl ədəbiyyat nəzəriyyəçisi kimi tanıtmışdır. Onun prof P.Xəlilovla birlikdə yazdığı
“Ədəbiyyatşünaslığın əsasları” adlı dərsliyi ədəbiyyatşünaslıq elmimizin ən sanballı nümunəsidir.
Prof. M.C.Paşayev ədəbiyyat tariximizin öyrənilməsində də mühum xidmətlər göstərmişdir.
N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, İ.Qutqaşınlı, A.Bakıxanov, M.F.Axundzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev,
S.S.Axundov, S.Vurğun haqqında yazdığı dəyərli elmi məqalələrində Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələrinin yaradıcılığı araşdırılmışdır. Mir Cəlal Azərbaycan ədəbiyyatşünaslığında “Molla
Nəsrəddin” ədəbi məktəbinin banisi, görkəmli yazıçı Cəlil Məmmədquluzadənin bədii irsinin əsas
tədqiqatçılarından biri sayılır.
Prof. M.C.Paşayevin prof. F.Hüseynovla birlikdə yazdığı “XX əsr Azırbaycan ədəbiyyatı”
dərsliyində bu dövr Azərbaycan ədəbiyyatının mükəmməl mənzərəsi yaradılmışdır.
Prof. M.C.Paşayev BDU-da ədəbiyyatşünaslıq elmini yeni inkişaf mərhələsinə yüksəltmiş, bir neçə
alim nəslini əhatə edən bütöv bir elmi epoxa yaratmışdır. Prof. P.Xəlilov, prof X.Əlimirzəyev, AMEA-nın
müxbir üzvü, prof. T.Mütəllimov ədəbiyyat nəzəriyyəsi, prof. A.Zamanov, prof. F.Hüseynov, prof.
A.Abasov, prof. T.Hüseynov, AMEA-nın müxbir üzvü, prof. N.Paşayeva ədəbiyyat tarixi istiqamətlərində
böyük alimin elmi-pedaqoji ənənələrini davam etdirmiş və davam etdirməkdədirlər.
Bakı Dövlət Universitetində müasir Azərbaycan ədəbiyyatının tədqiqi və tədrisi professor Cəfər
Xəndan Hacıyevin adı ilə bağlıdır.
Professor Cəfər Xəndan Zeynal oğlu Hacıyev 1910-cu ildə anadan olmuşdur. Azərbaycan Dövlət
Pedaqoji İnistitunun dil və ədəbiyyat fakultəsini bitirmişdir. O, 1939-cu ildə namizədlik, 1946-cı ildə
doktorluq dissertasiyasını müadafiə etmişdir. 1946-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət
Universitetində çalışan prof. C.X.Hacıyev burada dosent, professor, dekan, rektor, kafedra müdiri
vəzifələrində çalışmışdır.
Müasir Azərbaycan ədəbiyyatının, ədəbiyyat nəzəriyyəsinin görkəmli tədqiqatçısı olan prof.
C.X.Hacıyev “Azərbaycan ədəbiyyatı (Sovet dövrü)” , “Sabir (həyat və yaradıcılığı)” , “XX əsr Azərbaycan
ədəbiyyatı” , “Ədəbiyyat nəzəriyyəsi” , “XX əsr Azərbaycan ədəbiyyatı tarixi oçerkləri” və s. kitabların
müəllifidir.
Prof. C.X.Hacıyevin ardıcıl fəaliyyətinin nəticəsi olaraq, BDU-da “Müasir Azərbaycan ədəbiyyatı”
akademik məktəbi formalaşmışdır. Аkad. B.Vahabzadə, prof. C.Abdullayev, prof. N.Quliyev bu elmi-
pedaqoji məktəbin ənənələrini uğurla davam etdirmişlər.
Hazırda prof. İ.Əliyeva, prof. V.Sultanlı, prof. A.Əliqızı və başqaları müasir Azərbaycan
ədəbiyyatının aktual problemlərini araşdırmaqla bu akademik məktəbin ənənələrini yaşadırlar.
Azərbaycanda rus ədəbiyyatı və ədəbi tənqidin öyrədilməsində akademik Məmməd Arif
Dadaşzadənin mühüm xidmətləri olmuşdur.
Akademik Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü ildə anadan olmuşdur. O, 1925-
1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin Şərq fakultəsində təhsil almış, universiteti bitirdikdən
sonra Moskvadan Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır.
M.A.Dadaşzadə 1944-cü ildə namizədlik, 1954-cü ildə isə doktorluq dissertasiyyasını müadiə
etmişdir. O, uzun illər Azərbaycan Dövlət Universitetində çalışmış, “ Rus ədəbiyyatı” kafedrasının müdiri
olmuşdur.
Akad. M.A.Dadaşzadə sözün əsl mənasında ədəbiyyatşünaslıq, tənqid və tənqidçilər məktəbi
yaratmış şəxsiyyətdir. Çoxşaxəli yaradıcılığa malik olan görkəmli alim Azərbaycan və Rus ədəbiyyatının,
ədəbi tənqidin, drammaturgiya və teatr sənətinin, bütövlükdə estetik fikir tariximizin tədqiqatçısı kimi
tanınır. “Vladimir Mayakovski” , “Krılov və Azərbaycan ədəbiyyatı”, “Cəfər Cabbarlı” , “Cəfər Cabbarlının
yaradıcılğı”, “Səməd Vurğunun drammaturgiyası” , “Ədəbi-tənqidi məqalələr”, “Dahi rus şairi Puşkin” ,
“Azərbaycan ədəbiyyatının tarixi (rus dilində)” və s. kitabları onun tədqiqat arenası barədə müfəssəl təsəvvür
yaradır.
Akad. M.A.Dadaşzadə BDU-da “ Rus ədəbiyyatı və ədəbi tənqid” akademik məktəbinin yaradıcısı
olmuşdur. Müxtəlif dövrlərdə bu elmi-pedaqoji məktəbin prof. Ş.Qurbanov, prof. S.Əsədullayev kimi
görkəmli nümayəndələri fəaliyyət göstərmişlər.