BDU-nun Filologiya fakültəsi - 100
68
MEHRİBAN ORUCOVA
Gəncə Dövlət Universiteti
SÖHRAB TAHİR POEZİYASININ DİL-ÜSLUB XÜSUSİYYƏTLƏRİ
Bakı Dövlət Universitetinin Azərbaycan elminin inkişafında oynadığı
rola yüksək qiymət verən
ulu öndər Heydər Əliyev demişdir: “Azərbaycan elmi dünyanın qabaqcıl elmləri sırasındadır. Onun
inkişafında Bakı Dövlət Universitetinin fəaliyyəti əvəzsizdir. Bakı Dövlət Universiteti yarandığı gündən
Azərbaycan elmini inkişaf etdirən mərkəzə çevrilmişdir.
Azərbaycan elminin inkişafında böyük rol oynamış Bakı Dövlət Universiteti
görkəmli tarixi
şəxsiyyətlər, alimlər, şair və yazıçılar yetişdirmişdir. Bakı Dövlət Universitetinin məzunlarından biri də xalq
şairi, nasir publisisti Tahir Söhrab (Söhrab Tahir) Əbülfəz oğludur. Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələrindən biri olan Söhrab Tahirin şeirlərinin dili bədii üslub xüsusiyyətlərinin
zənginliyi ilə
seçilir.
Söhrab Tahir şeirlərinin dilində ümumi qrammatik kateqoriyaların morfoloji əlamətləri, bəzi əsas nitq
hissələrinə məxsus morfoloji quruluş, numerativ sözlər, ədatlar, təsdiq və inkar feilləri, xəbərlik şəkilçilərinin
ixtisarı, bəzi qrammatik şəkilçilərin təkrarı üslubi xüsusiyyətlərlə səciyyələnir. Şeirdə mükəmməl qafiyələrin,
oxşar fonetik tərkiblərin yaranmasında sözdəyişdirici şəkilçilərin rolu böyükdür. Leksik təkrarın fərqli
qrammatik formalarda işlənməsi təkrarda yeknəsəqlik yaratmır, misraya əlavə bədii çalar verir.
Cümlə
üzvlərindən birinin ellipsisə uğraması, inversiya, sintaktik təkrarlar da şeir dilində
bədii dil xüsusiyyətinə
çevrilir. Söhrab Tahirin şeirlərində müşahidə olunan bütün bu keyfiyyətlər fonetik,
leksik və qrammatik
səviyyələr üzrə sistemli və geniş şəkildə araşdırılmadığından şairin şeirinin dil və üslub xüsusiyyətlərinin
öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.
Dünyada
bütün itkilərə dözmək, ağır dərdlərə sinə gərmək, tənha yaşamaq mümkündür.
Ancaq
vətənsizlik, doğulduğun yerdən ayrı düşmək ölümdən də betərdi. S.Tahir bu ağır yükü, ikiyə bölünmüş vətən
dərdini ömür boyu çiyinlərində və ən əsası da, qəlbində daşıdı. Şairin vətən həsrəti qəlbindən süzülüb
yazılarına töküldü.
Azad qardaşım var, onunla xoşam,
Mən gərək sahili sahilə qoşam,
İki bölünməkdən elə qorxmuşam
Çöpü də ikiyə bölmərəm daha!
Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü
Söhrab Əbülfəz oğlu Tahiri
2016-cı il mayın 4-də - ömrünün 90-cı ilində vəfat etmişdir. Xalq şairi Söhrab Tahirin əziz xatirəsi onu
tanıyanların, sevənlərin qəlbində həmişə yaşayacaqdır.
Dostları ilə paylaş: