BDU-nun Filologiya fakültəsi - 100
70
Qazandın ellərin məhəbbətini.
Böyük şəxsiyyətlər tarix fonunda yetişirlər. Allahın nurundan yaranan insan böyük hikmətlər dəryasına,
bəşəriyyətin sevimlisinə çevrilə bilər. Mayasında halallıq, sevgi, paklıq, istedad olan yerdə Allah sənin
istəyinə, arzularına köməkçi olur. Elə bu istəklə dünyaya göz açmış Mir Cəlal Azərbaycan ədəbiyyatına bir
töhfə olmuşdur.
XX əsrin 20-30-cu illərində
ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir
Cəlal sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanındı, görkəmli nasir kimi Azərbaycan
ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutdu.
Mir Cəlalın yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, onu düşündürən həyati
məsələləri,
milli folklorun, xalq təfəkkürünün işığını, milli-mənəvi dəyərlərin klassik ənənələrə uyğun
inkişafını, xalq həyatının real görüntüsünü nəsr dilində aydın şəkildə vermək mümkündür.
Mir Cəlalı əvvəlcə yazıçı kimi tanısaq da, sonrakı illər o, böyük ədəbiyyatşünas alim, nüfuzlu pedaqoq
kimi nəzərlərimizdə böyüyür.
XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də
müstəsna və özünəməxsus yer tutmuşdur. O, böyük şəxsiyyətlərin həyat və yaradıcılıqlarını,
dövrün
ictimai-siyasi, ədəbi-mədəni mühitini öyrənməklə, özü də
mənən uca zirvələr fəth etmiş, şəxsiyyət kimi
müdrikləşmişdi.
Mir Cəlalın müəllimlik fəaliyyəti haqqında araşdırmalar apardıqda
belə qənaətə gəlmək olur ki, o,
tələbələrin xatirində olduqca sadə, səmimi, mehriban bir müəllim kimi yaşayır.
Mir Cəlal müəllim haqqında onlarca, yüzlərlə xatirələr danışılır, yazılır.
Onun ədəbi irsi elmi
araşdırmaların mövzusuna çevrilir.
Əziz müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlalın xatirəsi daim qəlblərdə yaşayacaq,
ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olacaqdır.
Dostları ilə paylaş: