Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: A.Əliqızı, Güney Azərbaycan, ədəbiyyat, vətən, birlik, mübarizə



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə105/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   101   102   103   104   105   106   107   108   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərA.Əliqızı, Güney Azərbaycan, ədəbiyyat, vətən, birlik, mübarizə. 
 
ARZU MƏMMƏDOVA 
Bakı Dövlət Universiteti (magistrant) 
HİDAYƏT ORUCOV VƏ TEATR 
Ziyalılığı ilə dünya xalqları arasında seçilən Azərbaycan xalqı Orxon-Yeniseydən, “Kitabi-Dədə 
Qorqud”dan üzü bəri Yer kürəsinə, bizi əhatə edən kainata görkəmli şəxsiyyətlər bəxş etmişdir. Bu 
ziyalılardan biri də Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndəsi, şair, dramaturq, 
ədəbiyyatşünas, teatr tənqidçisi, tərcüməçi, ictimai-siyasi xadim Hidayət Orucovdur. Çoxşaxəli yaradıcılıq 
yolunda Hidayət Orucovun teatr sahəsindəki işləri diqqətə layiqdir. Onun pyesləri Azərbaycan Dövlət 
Akademik Milli Dram Teatrında, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında, Gənc 
Tamaşaçılar Teatrında, Naxçıvan, Sumqayıt, Mingəçevir, Füzuli, Şəki Dövlət Dram teatrlarında tamaşaya 
hazırlanmış və uğurla oynanılmışdır. Bununla yanaşı, 11 mart 2003-cü ildə isə “Bu dünyanın adamları” əsəri 
Türkiyədə Ankara Bələdiyyə Teatrının səhnəsinə çıxarılmış və qardaş ölkədə böyük uğur qazanmışdır. O, 
1968-ci ilin iyul ayında Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin 
olunmuş və fasiləsiz olaraq on altı il ərzində Azərbaycanın bu qədim sənət ocağına başçılıq etmişdir. Bu teatr 
Hidayət Orucovun rəhbərliyi zamanında öz intibah dövrünü yaşamışdır. Həmin dövrdə Azərbaycan teatrını 
azərbaycanlıların öz əli ilə süqut etdirmək planlaşdırılmışdı. Gənc Hidayət Orucovun fəaliyyəti ermənilərin 
bu qərəzli əməllərinə sipər oldu. Hidayət Orucov bu ziddiyyətli zaman kəsiyində bütün çətinlikləri gözə 
alaraq, dədə-babalarımızın min bir əziyyətlə o günə qədər gətirib çıxartdıqları və böyük çətinliklə bərpasına 
nail olunmuş bu qocaman sənət ocağını ölüm təhlükəsindən qurtardı. O, teatrı müasirlərindən olan Bəxtiyar 
Vahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə, Anar, Nəsir Sadıqzadə, Ağakişi Kazımov, Hüseynağa 
Atakişiyev, Niyaz Şərifov və bu kimi ziyalıların yaradıcılıq meydanına çevirdi. Mötəbər teatr xadimləri 
mərkəzdən İrəvan Teatrının tamaşasının sorağı ilə bura təşrif buyururdular və onlar, heç şəraiti olmadığı 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin