Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə104/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   100   101   102   103   104   105   106   107   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: filologiya, ədəbiyyat, kafedra, alim, elm. 
 
 
 


BDU-nun Filologiya fakültəsi - 100 
71 
VƏFA HÜSEYNZADƏ 
Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 
 
PROFESSOR ALMAZ ƏLİQIZI GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATININ
TƏDQİQATÇISI KİMİ 
 
Azərbaycan filoloji fikir tarixinə nəzər yerirərkən diqqət çəkən problemli mövzulardan biri də 
Cənubi Azərbaycan ədəbiyyatı məsələsidir. Azərbaycanın Güneyi-Quzeyi ifadələri oxucunu tarixə 
yönləndirərək, həqiqəti bir də tarixin aynasından görməsini və mübarizə aparmasını təmin edir. Bu 
mübarizəni ədəbi sferada aparan ziyalılar olmuş və beyinlərə milli birlik ideyalarını yeritmişlər. Bunun üçün 
ən münbit yer xalqı işıqlı gələcəyə aparan, 1919-cu ildə təsis edilmiş Bakı Dövlət Universiteti idi. Burada 
xalqın, millətin milli birliyini qorumağı özünə şərəf hesab edən F.Qasımzadə, Ə.Sultanlı, Ə.Cəfərov, 
M.C.Paşayev, H.Araslı, M.C.Cəfərov, C.Xəndan, X.Əlimirzəyev, B.Vahabzadə kimi ziyalılarımız bu 
ideologiyanı tam 100 ildir ki, keçici bayraq kimi nəsildən-nəslə ötürmüşlər. Bu gün də bayrağı fəxrlə daşıyan 
ziyalılarımız çoxdur və əminliklə deyə bilərik ki, bu müqəddəs vəzifəni həyat amalına çevirən əsl vətəndaş, 
alim, Cənub Ədəbiyyatı mövzusunda öz sanbalı elmi tədqiqatları ilə filoloji fikrimizdə özünəməxsus dəsti-
xətti olan professor Almaz Əli qızıdır. “Vətən həsrəti”, “Sülh və azadlıq nəğmələri”, “Məhəmmədhüseyn 
Şəhriyar və Cənubi Azərbaycan poeziyasının yeni inkişaf mərhələsi”, “Cənubi Azərbaycan nəsri xalq 
həyatının, azadlıq ideyalarının və mübarizəsinin güzgüsü kimi”, “Cənub nəsri yeni inkişaf mərhələsində”, 
“Cənubi Azərbaycan “Ağ inqilab” dönəmində”, “Milli özünüdərkin bədii inikası”, “Dildə, fikirdə, işdə birlik 
həyat həqiqətinə çevrilməlidir”, “Demokratik Cümhuriyyət dövrü poeziyasında istiqlal və türkçülük 
ideyaları”, “Milli bütövlüyə gedən yol”, “Cənubi Azərbaycan ədəbiyyatı məsələləri”, “Güney Azərbaycan 
zamanın məngənəsində”, “Türklüyün döyünən ürəyi – Güney Azərbaycan” və s. bu kimi məqalə və 
monoqrafiyaların siyahısını daha da uzada bilərik. Təqdim olunan bu adlar müləllifinin milli kimliyi,
ictimai-milli baxışlarını ortaya qoyur. Bu əsərlər təkcə bir insanın baxışları, fikirləri deyil, eyni zamanda baş 
vermiş ictimai-siyasi proseslərin nəticəsidir. Onun pedaqoji fəliyyəti də məhz bu istiqamətə yönəlmiş, milli 
birlik ideyasının inkişafında, bu yöndə tədqiqatçıların yetişməsində əvəzsiz rolu olmuşdur. Özünün də 
dediyi kimi, dərs dediyi tələbələr, yetişdirdiyi tədqiqatçılar təbliğ etdiyi ideologiyanın birbaşa daşıyıcılarıdır. 
Alimin hər bir əsəri sanki eyni sözləri hey təkrarlayır: "Vətəni qoru, kimliyini unutma, milli birlik üçün 
öncüllərdən ol, mübarizəndən geri dönmə..." 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin