Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: Arif Abdullazadə, ədəbiyyatşünaslıq, üslubiyyat, monoqrafiya, şair



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə101/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   97   98   99   100   101   102   103   104   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərArif Abdullazadə, ədəbiyyatşünaslıq, üslubiyyat, monoqrafiya, şair. 
 
PƏRVANƏ PAŞAYEVA 
Bakı Dövlət Universiteti 
 
MİR CƏLAL KLASSİKLƏRİMİZ HAQQINDA 
Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan görkəmli sənətkar Mir Cəlal Paşayev olduqca 
maraqlı bir yaradıcılıq yolu keçmiş, qiymətli ədəbi-mənəvi sərvət yaratmışdır. Bu sərvət yeni bir ədəbi nəslin 
yaranmasında və formalaşmasında mühüm rol oynamışdır. Mir Cəlal geniş yaradıcılıq diapazonuna malik 
idi, ədəbiyyatımızda yüksək mövqeyi olan görkəmli nasir, ədəbiyyatşünas, pedaqoq, ictimai xadim kimi 
şöhrət qazanmışdır. Bədii yaradıcılığa başladığı gündən özünün orijinal üslubu və yazı manerasının 
təkrarsızlığı ilə seçilən ədib tez bir zamanda oxucu kütləsinin rəğbətini cəlb etmişdir. Mir Cəlal Azərbaycan 
ədəbiyyatı tarixinə, klassiklərimizin sənətkarlıq xüsusiyyətlərinə dair çoxlu məqalə və kitabların müəllifi 
olmuş, ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsi ilə ciddi məşğul olmuşdur. 
Mir Cəlal Azərbaycan ədəbiyyatı tarixində yeniliklər yaratmış, öz orijinal yaradıcılığı ilə başqalarından 
köklü surətdə fərqlənmiş, yeni bir ədəbi məktəbin əsasını qoymuş İmadəddin Nəsiminin yaradıcılığına 
yüksək dəyər verərək, “fəlsəfi lirikanın banisi, ana dilində ilk dəfə ən çox və ən qüdrətli əsərlər yazan, 
poeziyasında insanları sağlam idraka çağıran, dini ehramını və çürük etiqadları cəsarətlə qırmaclayan, … 
insan ləyaqətini həmişə və hər yerdə uca tutan böyük şair” kimi qiymətləndirmişdir. 
Mir Cəlalın Füzulinin 400 illik yubileyi ilə əlaqədar yazdığı “Füzuli sənətkarlığı” kitabı 
füzulişünaslıq elmində bu gün də öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Əsər müəllifin uzun müddət 
apardığı tədqiqatların məhsuludur. Əsərdə Füzuli sənətkarlığı tam şəkildə araşdırılmışdır. Şairin 
lirikasını ilk dəfə elmi şəkildə ideya-məzmun baxımından qruplaşdıran Mir Cəlal Füzulinin
ictimai-fəlsəfi şeirlərini təhlil etmiş, şairin yaradıcılığında tərənnüm olunan kədəri “yalnız şəxsi deyil, 
çox zaman ictimai, fəlsəfi məzmunlu vətəndaşlıq kədəri” olduğunu göstərmişdir.
Mir Cəlal Azərbaycan ədəbiyyatı tarixinin, dünya ədəbi prosesinin bir çox problemlərinin təhlil 
olunması istiqamətində ciddi töhfələr vermiş, onun hər tədqiqatı ədəbiyyatşünaslıq elmimizdə konseptual 
əsər kimi yer tutmuşdur. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin