Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə109/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   105   106   107   108   109   110   111   112   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: alim, folklor, dastan, aşıq, tədqiq. 
 
 
 
 


BDU-nun Filologiya fakültəsi - 100 
74 
GÜLÜSTAN BAĞIROVA 
Bakı Dövlət Universiteti (magistrant) 
 
HƏMİD ARASLI VƏ FOLKLOR 
 
Həmid Araslı Azərbaycan elmində böyük xidmətləri və öz dəsti-xətti olan görkəmli alimlərimizdəndir. 
Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində apardığı sanballı tədqiqat işləri ilə öncül mövqeyə 
sahib olmuş akademik Həmid Araslı çoxşaxəli araşdırmaları ilə ədəbiyyatşünaslığımızın inkişafına böyük 
töhfələr vermişdir. 
Həmid Araslı böyük ədəbiyyat tarixçisi idi. O, ədəbiyyat tarixçiliyini folklor irsindən kənarda təsəvvür 
etmirdi. Ona görə də mütəfəkkir alimin folklor nümunələri barədə mülahizələri, şifahi xalq ədəbiyyatının 
sahələri və janrları, eyni zamanda folklorşünas şəxsiyyətlərlə bağlı araşdırmaları bu gün də öz aktuallığını 
saxlayır. 
Akademik Həmid Araslının “XVII-XVIII əsr ədəbiyyat tarixi” adlı əsəri də xüsusi əhəmiyyətə 
malikdir. Müəllif bu əsərində “Koroğlu”, “Şah İsmayıl”, “Aşıq Qərib”, “Abbas-Gülgəz”, “Şəhriyar” və 
başqa dastanlar haqqında danışmış, bunların hər birini ictimai-məfkurəvi və bədii cəhətdən təhlil etmişdir. 
Həmid Araslının ədəbiyyatımız qarşısında ən mühüm xidmətlərindən biri “Kitabi-Dədə Qorqud” eposunun 
nəşri və tədqiqidir. Onun tədqiqi həm eposun əlyazmasını diqqətlə öyrənməsi, həm də obrazları təhlil etməsi 
baxımından olduqca əhəmiyyətlidir.
Həmid Araslı “Koroğlu” dastanın öyrənilmə tarixindən söz açmaqla, quruluşu və qısa məzmunu 
haqqında ümumi məlumat vermiş, Koroğlunun özünə və silah yoldaşlarına, Aşıq Cünuna, dastandakı qadın 
surətlərinə, eləcə də düşmən tiplərinə ayrı-ayrılıqda toxunaraq, onları təhlil süzgəcindən keçirmişdir. 
Xalq mahnı və nəğmələrinin şifahi xalq ədəbiyyatının ən qədim nümunələrindən olduğunu, onların el 
xanəndələrinin, ozan və aşıqların sayəsində dövrümüzədək gəlib çatdığını vurğulayan Həmid Araslı milli 
dastanlarımıza, xalqımızın çoxəsrlik aşıq yaradıcılığına xüsusi yer ayıraraq 1960-cı ildə “Aşıq yaradıcılığı” 
adlı kitab çap etdirmişdir. 
İstər Azərbaycan folklorunun tarixi və nəzəri məsələlərinin araşdırılması, istər onun yazılı 
ədəbiyyatımızla əlaqə və münasibətlərinin ortaya qoyulması, istər folklor nümunələrinin və ədəbi abidələrin 
nəşrə hazırlanması və şərhi kimi böyük zəhmət tələb edən məsələlərin hər birinin həllində Həmid Araslının 
özünəməxsus yeri və rolu danılmazdır.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin