Açar sözlər: Bəxtiyar Vahabzadə, lirika, Sabir, ana dili, xalq. KAMİLƏ QƏDİMLİ Bakı Dövlət Universiteti (bakalavriat)
MİR CƏLAL YARADICILIĞINDA “ FÜZULİ SƏNƏTKARLIĞI” MONOQRAFİYASININ YERİ XVI əsrdən bu yana Füzuli yaradıcılığı dəfələrlə tədqiqata cəlb olunmuşdur. Bu tədqiqatçılardan biri
də Mir Cəlal Paşayev olmuşdur. Mir Cəlala Füzuli yaradıcılığını tədqiq etməsini Hüseyn Cavid məsləhət
bilmişdir, çünki o, M. Cəlalın istedadına güvənir və Füzuli yaradıcılığını layiqincə tədqiq edəcəyinə inanırdı.
M. Cəlal “Füzuli sənətkarlığı” monoqrafiyası ilə Azərbaycan füzulişünaslığının əsasını qoymuşdur.
Monoqrafiyanın əvvəlində M. Cəlal Füzuli yaradıcılığının sehrindən çıxa bilmədiyini söyləyir: “Biz bu
nadir və qadir şeir ustadının ayrı-ayrı lirik əsərlərinə səcdə etməkdən özümüzü saxlaya bilmirik “M. Cəlala
qədər Füzuli həyatı daha çox tədqiq olunsa da, M. Cəlal onun yaradıclığını ətraflı araşdırmışdır. Tədqiqatçı
monoqrafiyada “Füzuli şeiri haqqında” adlı bölmədə Füzulinin şeirə, sənətə münasibəti haqda məlumat
vermişdir. Füzulini bədbin şair adlandıranlara qarşı çıxan Mir Cəlal Füzulidə həyat eşqi, yaratmaq həvəsinin
tükənməz olduğunu qeyd etmişdir. Qəzəl janrı Füzuliyə qədər uzun bir yol keçmişdir, lakin heç kəs Füzuli
səviyyəsində qəzəl yazmamışdır. Mir Cəlal Füzuli qəzəllərini mövzu və məzmununa görə dörd yerə bölür:
aşiqanə, ictimai-fəlsəfi, təsviri, minacat, nət ruhunda olan rəsmi qəzəllər. Füzuli lirikasının
xüsusiyyətlərindən biri də şairin kədəridir. Aşiq çəkdiyi bütün əziyyətlərə rəğmən bu dərddən qurtulmağı
arzulamır. Bu dərdə daha da mübtəla olmaq.
M. Cəlal “Bədii nəsr” bölməsində Füzulinin “Hədiqətüs-süəda”, “Şikayətnamə”…kimi əsərlərini
göstərərək onun ana dilində bədii nəsr nümunəsi yaradaraq dilimizin də inkişafına kömək etdiyini
vurğulamışdır. O, “Hədiqətüs-süədanı” birinci böyük tarixi povest adlandırmışdır. Füzulini Nizaminin
şagirdi adlandıran M. Cəlal Füzulinin “Divan”nda Nizaminin adını çəkməsini, “Bəngü Badə” əsərində
Nizamidən bir beyt gətirməsini, həmçinin “Leyli və Məcnun” poemasında Nizamidən təsirləndiyini
monoqrafiyada qeyd etmişdir. Füzuli sənətinin bütün incəliklərinə dərindən bələd olan M. Cəlal onun “Leyli
və Məcnun” poemasını da ətraflı tədqiq etmiş, həm Leyli, həm də Məcnun obrazının hərtərəfli təhlilini