BDU-nun Filologiya fakültəsi - 100
77
dövrü ədəbiyyatı, İntibah dövrü Qərb ədəbiyyatı, qədim Şərq ədəbiyyatı, Azərbaycan folkloru, “Kitabi-Dədə
Qorqud” və “Koroğlu” dastanları, Cənubi slavyan xalqları (serb, Bosniya) ədəbiyyatı olsa da, bununla yanaşı
dünya xalqlarının uşaq ədəbiyyatına dair nümunələrini kitab halında tərtib etmişdir. “Başsız atlı”, “Mayn
Ridin macəra romanları”, “Şahzadə və dilənçi”, “Oliver Tvistin macəraları”, “Alisa möcüzələr ölkəsində”,
“Mauqli”, “Dəfinələr adası” və s. əsərləri ilə azyaşlı oxucuları tanış etmişdir. C.Nağıyev həmçinin bir sıra
bədii tərcümələri ilə də filologiya sahəsində tanınmışdır. Farli Mouetin “Qurdları qorxutma”,
Vladimir
Çərkəzin “Dişi qurd”, P.Laqerkvistin “Zirzəmidə, Lift isə cəhənnəmə düşürdü”,
Qustav Floberin
“Sadəlövh”, Knut Hamsunun “Sirli dərd”, “Bağban” əsərlərini xalqımızın dil-üslub
və düşüncə tərzini
nəzərə alaraq çap etdirmişdir. Cəlil Nağıyev həmçinin dünya ədəbiyyatına aid - “İ.M.Tronski.
Antik
ədəbiyyatı tarixi” (tərcümə əsasında tərtib), “Qədim Şərq ədəbiyyatı tarixi” kimi bir sıra
dərsliklərin
müəllifidir. O, ölkəmizdən kənarda da elmi konfranslarda çıxış edir. Onun elmi işləri bir sıra dünya dillərinə
tərcümə edilmiş və çap olunmuşdur. Göründüyü kimi, Cəlil Nağıyev zəngin yaradıcılığı ilə (300-dən artıq
elmi-publisistik məqalənin, 5 monoqrafiyanın, 3 dərsliyin, 3 bədii tərcümə kitabının müəllifidir) filologiyada
xüsusi iz qoyan alimlərimizdəndir.
Dostları ilə paylaş: