Açar sözlər: folklor, dastanlar, aşıq yaradıcılığı, Kitabi-Dədə Qorqud, Koroğlu. NURANƏ QARAYEVA Bakı Dövlət Universiteti (magistrant)
HİDAYƏT ORUCOV VƏ DİN Görkəmli şair, yazıçı-publisist, dramaturq, ictimai-siyasi xadim Hidayət Orucov geniş yaradıcılığı ilə
Azərbaycan ədəbiyyatında, bütövlükdə Azərbaycan ictimaiyyətində önəmli yeri olan bir şəxsiyyətdir. Onu
hər bir Azərbaycan gənci tanımalı və ondan örnək almalıdır.
Hidayət Orucov uzun illər dövlət xadimi kimi bilavasitə din sahəsi ilə bağlı olan məsul vəzifələrdə
çalışmışdır. Dövlət-din münasibətlərinin qurulması və tənzimlənməsi prosesində topladığı nəzəri bilik və
təcrübələr əsasında “Azərbaycanda din: ən qədim dövrdən bu günədək” adlı monoqrafiyasını yazmışdır. Bu,
Azərbaycan dinşünaslığında dinlərin tarixini bütövlükdə əks etdirən ilk fundamental monoqrafiyadır. Kitab
dörd bölmədən təşkil olunmuşdur. Bölmələrdə xronoloji ardıcıllıq gözlənilmişdir. “Qədim və orta əsrlərdə
Azərbaycanda dövlət və din münasibətləri” adlı ilk hissədə müəllifin dərin tarixi biliklərinin şahidi oluruq.
Məlumdur ki, ən qədim insan məskənlərindən biri olan Azərbaycan həm də ilk dini inancların yarandığı və
səmavi dinlərin erkən yayıldığı ərazidir. Buna görə də, birinci bölmədə müəllif ibtidai icma quruluşu
dövründə Azərbaycan ərazisində yaranmış dini inanc və ayinlərdən bəhs etmişdir. Daha sonra cəmiyyət və
din, Azərbaycan xalqının dinə münasibəti məsələlərinə də toxunmuşdur. Bu bölmənin böyük hissəsini isə
səmavi dinlər təşkil edir. Müəllif yəhudilik, xristianlıq, islam və digər dinlər haqqında geniş məlumat
vermişdir. İkinci bölmə Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalı, Azərbaycan Xalq
Cümhuriyyəti və Sovet hakimiyyəti dövründə dövlət və din münasibətlərini özündə əks etdirən hissələrdən
ibarətdir. Üçüncü bölmə ən yeni dövrdə Azərbaycan Respublikasında dövlət və din münasibətlərinə,
həmçinin Heydər Əliyevin İslam dünyasında tarixi şəxsiyyət kimi roluna həsr olunmuşdur. Müəllif sonuncu
bölmədə isə prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət və din münasibətlərinin
uğurla aparılması haqqında yazmışdır. Kitabda həmçinin Azərbaycanın məşhur tarixi-dini abidələri haqqında