BDU-nun Filologiya fakültəsi - 100 79
vermişdir. “Füzulidə alleqoriya” bölməsində onun “Yeddi cam” əsəri tədqiqata cəlb olunmuşdur. Burada
yeddi çalğı alətləri, şairin onlara münasibəti öz əksini tapmışdır. Son olaraq onu qeyd etmək lazımdır ki,
böyük tədqiqatçı və alim olan Mir Cəlalın füzulişünaslığa bu böyük hədiyyəsi ondan sonra yetişən neçə-neçə
tədqiqatçılara yol açmışdır…
Açar sözlər: Mir Cəlal, Füzuli, lirika, sənətkarlıq, eşq.
LALƏZƏR SƏRXANOVA Bakı Dövlət Universiteti (bakalavriat) KLASSİK AZƏRBAYCAN ƏDƏBİYYATI LALƏ ƏLİYEVANIN ARAŞDIRMALARINDA Azərbaycanda ədəbiyyatşünaslıq elminin formalaşmasında Bakı Dövlət Universitetinin Filologiya
fakültəsi alimlərinin müstəsna xidmətləri olmuşdur. Məlumdur ki, ölkəmizdə ədəbiyyat tarixinin ilk sistemli
yaradıcısı Firudin bəy Köçərlidir. Universitet təsis olunarkən Ə.Haqverdiyev, İ.Hikmət və başqaları
ədəbiyyat fənlərindən dərs deməklə F.Köçərlinin başladığı işi uğurla davam etdirmişlər. 1930-cu illərdən
başlayaraq, universitetdə fəaliyyət göstərməyə başlayan Həmid Araslı, Mikayıl Rəfili, Feyzulla Qasımzadə,
Mir Cəlal Paşayev, Ə.Sultanlı, Cəfər Xəndan Hacıyev, Məmməd Arif Dadaşzadə və başqaları
ədəbiyyatşünaslığın müxtəlif sahələri ilə bağlı tədqiqatlar aparmış, onların ardıcıl elmi-pedaqoji fəaliyyəti
nəticəsində BDU-da mühüm ədəbiyyatşünaslıq məktəbləri formalaşmışdır. Möhkəm qranit bünövrə üzərində
qurulmuş “Klassik Azərbaycan ədəbiyyatı” məktəbinin layiqli yetirmələrindən biri, tələbə və məzunların
sevimli müəllimi dosent Lalə Sabir qızı Əliyevadır.
1993-cü ildən BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında çalışan,
“Qədim dövr Azərbaycan ədəbiyatı”, “Azərbaycan ədəbiyyatı tarixi” (XX əsrin illərinə qədər), “Azərbaycan
intibahı” fənlərini tədris edən L.Əliyeva klassik ədəbiyyatımızın öyrənilməsində gərgin əmək sərf edir.
Tədqiqat sahəsi qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı tarixi olan alim 4 kitab və 25 məqalənin
müəllidir. O, 1995-ci ildə “Məhəmmədin “Şəhriyar” əsəri” mövzusunda namizədlik dissertasiyası müdafiə
etmişdir. Doktorluq dissertasiyasının mövzusu isə “Azərbaycan bədii nəsrinin təşəkkülü (XIX əsrə qədər)”
olmuşdur.
Onun seçilmiş əsərlərinə “Bədii nəsrimizin dəyərli nümunəsi” (2001), "M.T.Sidqi və onun “Məktəb
hekayələri” (2003), “Türkdilli xalqlar ədəbiyyatında “Aşıq Qərib” dastanı" (2003), “M.Nəsiri və onun
“Lisanüt-teyr” əsəri” (2004), “Azərbaycan ədəbiyyatında yazılı dastanlar” (2004), “Koroğlu”nun Tiflis
versiyası” (2005), “Türkdilli xalqlar ədəbiyyatında bəzi mifik obrazlar” (2008) və s. mövzularda qələmə
aldığı əsərləri aid edə bilərik.
Ədəbiyyatşünas alim həmçinin “V.Ərəşirin “Hekayəyi-düzdü qazı” (1997), “XVII-XVIII əsrlər
Azərbaycan bədii nəsri” (2001), “Məhəmmədin “Şəhriyar” əsəri (2001), “Azərbaycan ədəbiyyatında bədii
nəsr” (dərs vəsaiti) (2002) adlı kitabların müəllifidir.
Peşəkar alim-pedaqoq L.Əliyevanin tələbəsi olmaq, onun mühazirə dediyi auditoriyada əyləşmək
çox qürurverici bir haldır.
Açar sözlər: L.Əliyeva, Azərbaycan ədəbiyyatı, orta əsrlər, elmi əsərlər.