Tədqiqatın obyekti kimi Biznes infrastrukturunun müstəqil sahəsi olan
korporativ idarəetmənin fəaliyyəti ilə məşğul olan biznes subyektləri seçilmişdir.
Tədqiqatın predmetini biznesdə korporativ idarəetmənin təkmilləşdirilməsi
məsələlərinin inkişaf istiqamətlərini araşdırmaq təşkil edir.
87
Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin, İqtisadiyyat və Sənaye və Maliyyə Nazirliklərinin, Mərkəzi
Bankın məlumatları təşkil edir.
Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:
nəzəri-metodoloji əsasları tədqiq edilib öyrənilmişdır;
- korporativ idarəetmənin müasir vəziyyəti təhlil edilərək, inkişaf meylləri
müəyyən edilmişdir;
- aqrar istehlak və sənaye sektorlarında korporativ idarəetmənin tətbiqinin
xarakterik xüsusiyyətləri aşkara çıxarılmışdır;
- biznes fəaliyyətində korporativ idarəetmənin inkişaf perspektivləri tədqiq
edilmişdir;
- korporativ idarəetmənin inkişafında dünya təcrübəsi araşdırılmışdır;
- dövlətin inkişafında korporativ idarəetmənin rolunun artırılması imkanları
aşkarlanmışdır.
Tədqiqatın nəzəri və təcrübəvi əhəmiyyəti. Tədqiqatın nəzəri əhəmiyyəti
onunla müəyyən edilir ki, biznesin inkişafında korporativ idarəetmənin rolunun
artırılmasına dair irəli sürülən təklif və tövsiyyələr “Biznesin əsasları”, “Biznesin
təşkili və idarə edilməsi” və s. fənlərinin tədrisində, elmi-tədqiqat işlərinin
yazılmasında istifadə oluna bilər.
İşin təcrübəvi əhəmiyyəti ondan ibarətdir ki, tədqiqatın nəticələrindən
gələcəkdə istifadə olunması biznesin fəaliyyətində korporativ idarəetmənin tətbiqi
sahəsində mövcud olan problemlərin həllində köməklik edə bilər.
“Biznesdə
korporativ
idarəetmənin
təkmilləşdirilməsi
məsələləri”
mövzusunda tədqiqatın nəticəsi olaraq belə demək olar ki,k
orporativ idarəetmə
və şirkətlərin fəaliyyət nəticələri arasında müsbət asılılığı sübut edən bir sıra
empirik tədqiqatlar mövcuddur. Bu tədqiqatların bəzilərinin çatışmazlıqlarına
baxmayaraq (məs., seçim qrupunun az olması və ya göstəricilər arasında səbəb-
nəticə əlaqəsinin mövcudluğunu yoxlamaq imkanının olmaması və s.),
ümumilikdə demək olar ki, qabaqcıl korporativ idarəetmə prinsiplərinin həyata
88
keçirilməsinin üstünlükləri məsrəfləri üstələyir.Həmçinin, üstünlükləri bir
məbləğlə ifadə etmək heç də həmişə asan olmur. Bu xüsusilə nüfuz riski,
müflüsləşmə nəticəsində işçilərin iş yerlərini itirməsi riski və yaxud
investorların sərmayələrinin itirilməsi riskləri nəzərə alınan zaman özünü birüzə
verir.Ən ekstremal hallarda isə korporativ idarəetmə problemləri maliyyə
bazarlarına inamın zəifləməsi və makroiqtisadi sabitliyin pozulmasına gətirib
çıxara bilər.Korporativ idarəetmənin təkmilləşdirilməsi nəticəsində yaxşı
nəticələr dərhal əldə edilmir.Bundan əlavə, korporativ idarəetmə birdəfəlik tədbir
yox, davamlı bir prosesdir. Korporativ idarəetmə strukturların sayı və
proseslərdən asılı olmayaraq vaxtaşırı yenidən nəzərdən keçirilməli və lazım
olduqda təkmilləşdirilməlidir.İnvestorlar və ictimaiyyət ayrı-ayrı formal tədbirləri
deyil , əslində şirkətlərin qabaqcıl korporativ idarəetməyə uzunmüddətli
bağlılıqlarını dəyərləndirir.
Buna görə də şirkətlərin fəaliyyət göstərdikləri tənzimləyici və hüquqi mühit,
ümumilikdə iqtisadi nəticələrin əldə edilməsi üçün əsas əhəmiyyət kəsb edir.
Korporativ idarəetmə strukturu bütövlükdə iqtisadi fəaliyyətə və bazarın hərtərəfli
inkişafına təsiri və bazar iştirakçılarına yaratdığı stimullar şəffaf və səmərəli
bazarlann təşkili nəzərə alınmaqla qurulmalıdır.Korporativ idarəetmə şirkətlərin
istiqamətləndirilməsı, nəzarəti işində struktur və prosesləri əhatə edir. Korporativ
idarəetmə rəhbərlik, Müşahidə şurası, nəzarət paketinə sahib olan səhmdarlar, azlıq
təşkil edən səhm sahibləri və digər maraqlı tərəflər arasında münasibətləri
tənzimləyir. Yüksək səviyyədə təşkil edilmiş korporativ idarəetmə şirkətlərin
fəaliyyətini genişləndirir, onların xarici kapitala çıxışını artırmaqla iqtisadiyyatın
davamlı inkişafına kömək edir. İnkişaf edən ölkələrdə dövlət və elm adamlarının
korporativ idarəetmə məsələlərində diqqəti əsasən, korporativ idarəetmənin
şirkətlərin yerli və qlobal kapitala çıxış imkanının artırılmasında mümkün rolu
üzərində cəmlənmişdir. Lakin kapitala çıxış zərurətindən asılı olmayaraq,
korporativ idarəetmənin yaxşı təşkili daha məhsuldar fəaliyyətlə nəticələnir.
İnkişaf etmiş idarəetmə strukturları və prosesləri şirkət daxilində qərarların qəbulu
prosesini təkmilləşdirir, baş idarəetmə heyətin dəyişdirilməsi üçün effektiv
89
planlaşdırmanı təmin edir, fəaliyyət növündən və maliyyə mənbələrindən asılı
olmayaraq şirkətlərin davamlı inkişaf imkanını artırır. İdarəedilməsi yaxşı təşkil
olunmuş şirkət öz səhmdarları və digər maraqlı tərəflər (məsələn, əməkdaşlar,
kreditorlar, müştərilər və geniş ictimaiyyət) qarşısında məsuliyyət daşıyır və
şəffaflığı təmin edir. Nəticədə, korporativ idarəetmə nöqteyi- nəzərindən yaxşı
təşkil edilmiş şirkət həmçinin, digər aspektlərdə, məsələn, ətraf mühit və sosial
sahələrdə inkişaf etmək imkanına malikdir. Gənc demokratik ölkələrin (və onlara
yardım səyləri göstərən qərbdəki yeni müttəfiqlərinin) əsas diqqətinin ən əvvəl
dəyişikliklərin ictimai münasibətlərə aid olan aspektlərinə yönəldilməsi təəssüflər
doğurur. Onlar özəl sektorun təşəkkülü məsələlərinə az diqqət ayırırlar. Mərkəzi və
Şərqi Avropanın gənc demokratik dövlətləri öz iqtisadiyyatlarının mühüm
hissəsinin özəlləşdirilməsi işində yaddaqalan uğurlara nail olub və hal-hazırda
çoxmilli korporasiyaların əksəriyyətindən kapital oraya yönəlib.
Bütün yuxarıda deyilənlər göstərir ki, gənc demokratik cəmiyyətlər
korporasiyaların və onların quruluşunun problemlərinə Qərbdə bu sahədə
toplanmış müsbət nəticələrdən istifadə edərək və bəlkə də, orada mövcud olan
korporativ idarəetmə modellərini təkmilləşdirərək yaradıcı yanaşmalıdır. Gənc de-
mokratik cəmiyyətlər öz korporativ idarəetmə sistemlərini yaratmağa başladıqları
zaman onlar siyasi, iqtisadi azadlıqları təmin edən institutların yaradılması və
möhkəmləndirilməsi yolu ilə irəliləyir. Həmin azadlıqlar isə bəşəriyyətin bütün
tarixi boyu onun irəliyə inkişafının şahidi olmuşdur.
Qərb ölkələrinin iqtisadiyyatında korporativ idarəetmə qurumlarının
yaranması və onların sonrakı təkamülü bazarın inkişafı proseslərində hər zaman
reaksiya şəklində baş verib. İqtisadiyyatları keçid vəziyyətində olan ölkələrdə
bazar «sıfırdan» başlayaraq qurulmalıdır. Roman Fridman və Ancey Rapaçinskinin
göstərdiyi kimi, bu tələb «Mərkəzi və Şərqi Avropa ölkələrinin iqtisadiyyatının
dəyişdirilməsinə ciddi sistem maneələri törədən təbii paradoksa gətirib çıxarır: öz-
özünə fəaliyyətdə olan bazara keçid prosesinin ən əsas ünsürü bazar qüvvələri ilə
90
yaradıla bilməz». Bazar mexanizmlərini hərəkətə gətirməyə kifayət qədər imkanı
olan yeganə qüvvə elə bazar qüvvələrini devirməli olduğu qurum, dövlətin özüdür.
Qlobal təcrübədən də belə nəticəyə gəlmək olur ki, korporativ idarəetmə
rəqabət mühitinin yüksək inkişaf etdiyi müəssisə və təşkilatlar üçün daha çox
əhəmiyyət kəsb edir. Bu onların idarə qabiliyyətini çevikləşdirir, investisiya
fəaliyyətini gücləndirir,həmçinin,maliyyə imkanlarını artırır. Dünya iqtisadiyyatına
sürətlə inteqrasiya edən ölkələrdə yerli şirkətlərin beynəlxalq miqyasda rəqabət
qabiliyyətliliyini artırmaq, idxalatçı ölkədən ixracatçı ölkəyə çevrilmək, ölkənin
investisiya cəlbediciliyini artırmaq istiqamətində aparılan dövlət siyasətini daha
səmərəli təşkil etmək məqsədilə korporativ idarəetmə institutları yaradılır.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, respubilkamızda qeyri-neft
sektorunun inkşafı üçün korporativ fəaliyyət vacibdir. Bunun üçün ən əlverişli və
koporativ fəaliyyətə ehtiyacı olan sahə kənd təsərrüfatıdır. Hazırda ölkəmizdə kənd
təsərrüfatı fərdi təsərrüfatçılıqdan ibarət olduğu üçün texnika – texnologiya, müasir
üsullardan istifadə edilməsi mümkünsüzdür. Bu da kənd təsərrüfatının
məhsuldarlığını aşağı salır və bu sektorun inkşafını ləngidir. Bunun üçün bu
sektorda korporatv fəaliyyətin yaradılması məqsədə uyğun hesab edilir.
Bazar münasibətlərinin inkişafının indiki mərhələsində əmtəə istehsalçılarının
maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, onların fəaliyyət səmərəliliyinin
artırılmasına əlverişli şərait yaradan kredit kooperativlərinin mahiyyəti və
funksionallığını əks etdirən tədqiqatlar xüsusi ilə vacibdir. İnkişaf etməkdə olan bu
korperativ təsisat forması çevikliyi və bazar tələbliyi ilə daha üstün mövqedə
dayanır. Bu sahə digər sektorların da fəaliyyətinin güclənməsinə köməklik göstərir.
Çıxarılan nəticəyə əsasən ölkəmiz üçün aşağıdakı təklifləri verə bilərik:
● Korporativ idarəetmə fəaliyyətini təkmilləşdirmək üçün qərb təcrübəsindən
istifadə etmək
● Dünya bazarında müəssisələrimizin rəqabət qabiliyyətliliyini artırmaq üçün
korporativ idarəetmə fəaliyyətindən istifadə etmək
91
● Korporariv idarəetmə fəaliyyətindən aqrar sektorda istifadə etmək
● Digər
fəaliyyət
sahələrinin
də
inkşafını
artırmaq
üçün
kredit
korporativlərinin fəaliyyətinin təkmilləşdirilməsi və dövlət dəstəyinin
artırılması
● Korporativ idarəetmə fəaliyyətinin mühümlülüyünü əhaliyə çatdırmaq üçün
maarifləndirmə işlərinin görülməsi
Dostları ilə paylaş: |