Quliyeva elnarə ariF qızı “Biznesdə korporativ idarəetmənin təkmilləşdirilməsi məsələləri”


Fəsil 2. Maliyyə biznesində korporativ idarəetmənin müasir vəziyyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix30.11.2022
ölçüsü0,75 Mb.
#71331
1   2   3   4   5   6   7   8   9   ...   29
quliyeva elnara

Fəsil 2. Maliyyə biznesində korporativ idarəetmənin müasir vəziyyəti……...26 
2.1. Maliyyə biznesində korporativ hərəkətlər………………………………..…..26 
2.2. Kredit kooperativlərində korporativ idarəetmənin müasir vəziyyəti…….…..32 
2.3. “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətində korporativ idarəetmənin müasir 
vəziyyəti…………………………………………………………………………..51 
Fəsil 3. Sahibkarlıq subyektlərində korporativ idarəetmənin inkişafı…….....63 
3.1. Sahibkarlıq subyektlərinin korporativ idarəetmə strategiyası ……………….63 
3.2. Korporativ idarəetmədə insan resurslarının inkişafı……………………...…..65 
3.3. Sahibkarlıq subyektlərində korporativ idarəetmənin təkmilləşdirilməsi 
istiqamətləri………………………………………………………………..……..73 
Nəticə və təkliflər.................................................................................................77 
İstifadə edilmiş ədəbiyyat .....................................................................................81 



G İ R İ Ş
 
 
Mövzunun aktuallığı - Bazar münasibətləri şəraitində ölkə iqtisadiyyatında 
korporativ idarəetmənin əhəmiyyəti durmadan artır. Xüsusilə son dövrlərdə inkişaf 
etmiş ölkələrdə baş vermiş və bu gün də davam edən qlobal böhran şirkətləri bu 
sahəyə diqqəti artırmağa məcbur etmişdir. Əgər investorlar şirkətlərin 
rəqabətqabiliyyətliliyini, maliyyə vəziyyətini ciddi nəzarətdə saxlayırdılarsa, hal-
hazırda korporativ idarəetmə indeksi daha aktual məsələyə çevrilmişdir. Məhz, 
buna görə də investisiya cəlb etməyə çalışan şirkətlər, ilk növbədə, korporativ 
idarəetmə sistemlərini təkmilləşdirməyə çalışır. İqtisadi fəaliyyətin korporativ 
forması inkişaf üçün böyük qüvvədir. Buna görə də şirkətlərin fəaliyyət 
göstərdikləri tənzimləyici və hüquqi mühit, ümumilikdə iqtisadi nəticələrin əldə 
edilməsi üçün əsas əhəmiyyət kəsb edir. Korporativ idarəetmə strukturu 
bütövlükdə iqtisadi fəaliyyətə və bazarın hərtərəfli inkişafına təsiri və bazar 
iştirakçılarına yaratdığı stimullar şəffaf və səmərəli bazarlann təşkili nəzərə 
alınmaqla qurulmalıdır. 
Məlumdur ki, iqtisadi idarəetmə ona uyğun gələn mexanizmin hərəkətə 
gətirilməsi ilə mümkün olur. İqtisadi idarəetmə vasitələrinə qiymət, istehsal 
xərcləri, mənfəət, faiz, əməkhaqqı, vergilər, mənfəətdən ayırmalar, pul və qiymətli 
kağızlar aiddir. 
İqtisadi idarəetmənin qeyd edilən vasitələrindən səmərəli istifadə etmək üçün 
korporativ idarəetmənin düzgün təşkili son dərəcə əhəmiyyətlidir. Belə ki, o, 
məhsulun rəqabət qabiliyyətini artırır, kapital bazarlarına çıxışı asanlaşdırır, 
beləliklə, maliyyə bazarlarının inkişafına kömək edir və iqtisadi inkişafa təkan 
verir. 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin