Quliyeva elnarə ariF qızı “Biznesdə korporativ idarəetmənin təkmilləşdirilməsi məsələləri”


Korporativ idarəetmədə beynəlxalq təcrübə



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix30.11.2022
ölçüsü0,75 Mb.
#71331
1   2   3   4   5   6   7   8   9   10   ...   29
quliyeva elnara

 
1.3. Korporativ idarəetmədə beynəlxalq təcrübə 
90-cı illərin əvvəllərindən başlayaraq dünya ölkələrində investisiya resurslarına 
tələb və onun əldə olunması üçün rəqabətin kəskin artımı baş vermiş, bununla da 
yeni maliyyə mənbələrinin axtarılmasına zərurət yaramışdır. Bununla belə, keçid 
iqtisadiyyatı ölkələrində yaranmış ciddi böhran, Qərb ölkələrində baş vermiş 
korporativ qalmaqallar investorları öz maliyyə vəsaitlərinin yerləşdirilməsinə daha 
ciddi diqqət yetirmələrinə sövq etmiş, eyni zamanda investisiya mühitinin 
qiymətləndirilməsinə daha fərqli yanaşma zəruriyyətə çevrilmişdir. Belə bir 
şəraitdə şirkətlərin korporativ idarəetmə standartlarının qiymətləndirilməsi ön 
plana çəkilmişdir. 
Korporativ idarəetmənin ümumi üslub və prinsiplərinin formalaşmasında təkcə 
hökumət orqanları deyil, həmçinin qeyri-hökumət (ictimai, sahibkarlıq və s.) 


22 
təşkilat və qrupları da iştirak edirlər. Əgər dövlət orqanlarının fəaliyyəti ilk öncə 
şirkətin fəaliyyəti haqqında məlumatların açıqlanması üzrə müəyyən standartların 
məcburiliyinin möhkəmləndirilməsi, səhmdarların hüquqlarının müdafiəsi, onlara 
bərabər münasibətin təmin edilməsi və digər maraqlı tərəflərin mənafelərinin 
nəzərə alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmişdirsə, 
işgüzar dairələrin və digər qeyri-hökumət strukturların fəaliyyəti isə işgüzar 
cəmiyyətin əksəriyyəti tərəfindən könüllü şəkildə qəbul edilə biləcək, eyni 
zamanda milli xüsusiyyətləri nəzərə almaq şərtilə beynəlxalq prinsiplərə uyğun 
korporativ idarəetmə qayda və prosedurlarının yaradılmasına istiqamətlənmişdir. 
Bu cür iş prinsipinin nəticəsi olaraq müxtəlif ölkələrdə korporativ idarəetmə 
məcəllələri tərtib olunmağa başlanmışdır. Bunların arasında 1991-ci ildə Böyük 
Britaniyada Maliyyə İnformasiyaları üzrə Şura, London Fond Birjası və mühasibat 
işçilərinin professional ittifaqından ibarət Komitə tərəfindən hazırlanmış "Kedberi 
Məcəlləsi", 1998-ci ildə dünyanın ən iri pensiya fondu olan Kaliforniya İstefada 
Olan Mülki İşçilərin Pensiya Fondu tərəfindən hazırlanmış "ABŞ-da korporativ 
idarəetmənin əsas prinsipləri və istiqamətləri", 1999-cu ildə Maliyyə bazarları üzrə 
Komitə tərəfindən hazırlanmış "Yunanıstanda korporativ idarəetmə prinsipləri", 
2000-ci ilin yanvarında korporativ idarəetmə üzrə alman işçi qrupu tərəfindən 
hazırlanmış "Almaniya korporativ idarəetmə sistemi üçün ən yaxşı təcrübə" 
Məcəlləsinin adlarını çəkmək olar. 
Korporativ idarəetmə məcəlləsi ¾ korporativ münasibətləri tənzimləmək 
məqsədilə əsasən könüllü şəkildə qəbul olunan standart və daxili normalar 
külliyyatıdır. 
Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və özəl müəssisələrin 
idarəetmə sisteminin təkmilləşdirilməsində müasir beynəlxalq standartların tətbiqi 
məqsədi ilə Azərbaycanın Korporativ idarəetmə məcəlləsinin hazırlanmasına 
ehtiyacı görülmüş və bunun üçün İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində 
dövlət 
orqanları, 
şirkətlər 
və 
Beynəlxalq 
Maliyyə 
Korporasiyasının 
nümayəndələrindən ibarət müvafiq İşçi Qrupu yaradılmışdır. 


23 
Azərbaycanın Korporativ idarəetmə Məcəlləsi Azərbaycan Respublikasının 
qanunvericiliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 1999-cu ildə ilk dəfə 
qəbul etdiyi və 2004-cü ildə yenidən baxılaraq daha da təkmilləşdirilən Korporativ 
İdarəetmə Prinsipləri və bu sahədə mövcud olan beynəlxalq standartlara 
əsaslanaraq hazırlanmaqdadır. 
İlkin olaraq Məcəlləyə riayət etmək könüllü şəkildə olacaqdır. Dünya 
təcrübəsində sonradan "riayət et və ya izah et" prinsipinin tətbiqi məsləhət görülür. 
Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şirkətlər Məcəlləyə riayət etməlidirlər, 
əks təqdirdə isə səbəbini izah etməli və açıqlamalıdırlar. 
Hazırkı mərhələdə Məcəllə layihəsinin 5 fəsli üzərində iş aparılır: 
1. Müşahidə Şurası 
2. İdarə Heyəti 
3. Maliyyə hesabatı, şəffaflıq və açıqlama 
4. Payçıların hüquqları və onlara münasibət 
5. Payçıların korporativ idarəetmədə rolu 
Hazırda dünya miqyasında korporativ idarəetmə sahəsində gedən sürətli 
inkişaf və islahatları nəzərə alaraq, gələcəkdə Məcəlləni strukturunda dəyişikliklər 
ola biləcəyini də qeyd etmək lazımdır. 
Bununla yanaşı, Dövlət Müəssisələrinin Korporativ İdarəetməsinə dair İƏİT-in 
Təlimatları istinad təlimatı kimi götürülərək dövlət müəssisələrində korporativ 
idarəetmə prinsiplərinin tətbiqinə dair müddəalar da Məcəllədə öz əksini 
tapacaqdır. 
İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycanda investisiya mühitinin 
cəlbediciliyini daha da artırmaq üçün yerli özəl və dövlət müəssisələrində qabaqcıl 
korporativ idarəetmə prinsiplərinin tətbiqinin ən yaxşı şəkildə həyata keçirilməsi 
istiqamətində fəaliyyətini davam etdirir. 
Korporativ idarəetmə standartları (prinsipləri, məcəlləsi, tövsiyələri) - ən yaxşı 
korporativ idarəetmə təcrübəsinə uyğun olaraq təsərrüfat cəmiyyətlərinin idarəetmə 
orqanlarının səlahiyyət və vəzifələrini müəyyən etməklə, onların işinin effektiv 


24 
təşkili və səhmdarların hüquqlarının qorunması üçün zəmin yaratmaqla cəmiyyətin 
şəffaf fəaliyyətinin təmin olunmasına dair qaydaları təsbit edən sənəddir. 
Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və özəl müəssisələrin 
idarəetmə sisteminin təkmilləşdirilməsində müasir beynəlxalq standartların 
tətbiqiməqsədi 
ilə 
Azərbaycanın 
Korporativ 
İdarəetmə 
Standartlarının 
hazırlanmasına ehtiyacı görülmüş və bunun üçün İqtisadiyyat və Sənaye 
Nazirliyinin nəzdində dövlət orqanları, şirkətlər və Beynəlxalq Maliyyə 
Korporasiyasının nümayəndələrindən ibarət müvafiq İşçi Qrupu yaradılmışdır. 
Azərbaycanın Korporativ idarəetmə Standartları Azərbaycan Respublikasının 
qanunvericiliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 1999-cu ildə ilk dəfə 
qəbul etdiyi və 2004-cü ildə yenidən baxılaraq daha da təkmilləşdirilən Korporativ 
İdarəetmə Prinsipləri və bu sahədə mövcud olan beynəlxalq standartlara 
əsaslanaraq hazırlanmışdır. 
İlkin olaraq Standartlara riayət etmək könüllü şəkildə həyata keçirilir. Dünya 
təcrübəsində sonradan "riayət et və ya izah et" prinsipinin tətbiqi məsləhət görülür. 
Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şirkətlər Standartlara riayət etməlidirlər, 
əks təqdirdə isə səbəbini izah etməli və açıqlamalıdırlar. 
Standartların strukturu 8 fəsildən ibarətdir: 
1. Səhmdarların (iştirakçıların) ümumi yığıncağı 
2. Səhmdarların hüquqları 
3. Müşahidə şurası 
4. İcra orqanı 
5. Maliyyə hesabatlığı, şəffaflıq və məlumatların açıqlanması 
6. Daxili nəzarət sistemi, daxili audit funksiyası və risklərin idarə edilməsi 
7. Korporativ idarəetmə üzrə müşavir 
8. Maraqlı tərəflər 
Hazırda dünya miqyasında korporativ idarəetmə sahəsində gedən sürətli 
inkişaf və islahatları nəzərə alaraq, gələcəkdə Standartların strukturunda və ya 
tərkibində dəyişikliklər ola bilər. 


25 
İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycanda investisiya mühitinin 
cəlbediciliyini daha da artırmaq üçün yerli özəl və dövlət müəssisələrində 
qabaqcılkorporativ idarəetmə prinsiplərinin tətbiqinin ən yaxşı şəkildə həyata 
keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.(20 , www.economy.gov.az ) 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin