41
tərəfindən təsdiq edilmiş ərizələrin icrasını təmin edir. Kredit ittifaqının bütün
işlərini direktor idarə edir və İdarə Heyətinə verdiyi tapşırıqların icrasına nəzarət
edir. Zəruri hallarda direktor idarəetmə səlahiyyətlərini öz müavininə həvalə edə
bilər. Kooperativin üzvləriAzərbaycan Respublikasının 18 yaşa çatmış,
kooperativin nizamnaməsini qəbul edən, kooperativə məcburi pay haqqı ödəmiş,
onun fəaliyyətində şəxsi əməyi ilə iştirak edən və kooperativin öhdəliklərinə görə
maliyyə məsuliyyəti daşımağı öhdəyə götürmüş vətəndaşları ola bilər. Kooperativin
üzvləri onun işində iştirak edir və kooperativdə qəbul edilmiş qaydalara riayət edirlər.
Onlar ümumi yığıncaqlarda, müzakirələrdə və seçkilərdə iştirak edirlər.
Kredit kooperativləri əmtəə istehsalçıları olan fiziki və hüquqi şəxsləri öz
üzvləri sırasına cəlb edir, öz üzvlərinin tələbatını təmin edir, öz üzvlərinə maliyyə-
kredit xidmətləri göstərir.
Kredit kooperativlərinin yaradılması mərhələləri aşağıdakılardır:
kredit kooperativləri yaradılması barədə qərar qəbul edilməsi;
potensial payçılar sırasından təşəbbüs qrupunun yaradılması;
kollektiv üzvlərinin təsis yığıncağının keçirilməsi, o cümlədən:
təsisçilərin heyətinin müəyyən edilməsi;
pay haqlarının məbləğləri müəyyən edilməklə nizamnamənin təsdiq
edilməsi;
İdarə Heyətinin seçilməsi;
Müşahidə Şurasının seçilməsi;
kooperativin dövlət qeydiyyatı.
Kooperativin bilavasitə yaradılması və qeydiyyata alınması ilə bağlı işlərdən
əvvəl kooperativin təşəbbüskar potensial üzvləri aşağıdakı hazırlıq işlərini görür:
kredit kooperativlərinin təşkil edilməsinə ehtiyac olmasını müəyyən edir;
ehtimal edilən maliyyə axınlarını (
kooperativin vəsait mənbələrini,
Dostları ilə paylaş: