Quliyeva elnarə ariF qızı “Biznesdə korporativ idarəetmənin təkmilləşdirilməsi məsələləri”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix30.11.2022
ölçüsü0,75 Mb.
#71331
1   ...   9   10   11   12   13   14   15   16   ...   29
quliyeva elnara

Kooperativlər
in 
əməkdaşlığı 
 
Kooperativlər öz üzvlərinin mənafelərinə səmərəli xidmət edir
yerli və regional ittifaqlar çərçivəsində birgə fəaliyyət 
göstərərək kooperativ hərəkatını gücləndirirlər 
Cəmiyyətə 
Qayğı 
Kooperativlərin fəaliyyəti cəmiyyətin sabit inkişafına nail 
olmağa yönəlmişdir, çünki kooperativlərin vəzifəsi öz 
üzvlərinin tələbatını təmin etməkdən ibarətdir 
Qarşılıqlı kreditləşmə - kredit ittifaqında toplanan pul vəsaiti hesabına üzvlərin 
təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün verilən qısa və uzunmüddətli 
kreditdir. Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri-əmlak 
hüquqları əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər. 
Kredit ittifaqları öz üzvlərinin mənafeyini qorumaq, onların fəaliyyətini 
əlaqələndirmək, regionlararası və beynəlxalq əlaqələrin inkişafını təmin etmək və 


47 
digər birgə məsələlərin həllinə kömək etmək üçün birliklər yarada bilərlər. Dövlət 
qeydiyyatından keçmiş kredit birliyi Azərbaycan Respublikası Mərkəzi Bankının 
İdarə Heyəti tərəfindən 28 fevral 1998-ci il tarixdə təsdiq olunmuş «Bank olmayan 
kredit təşkilatlarının bank fəaliyyətinin lisenziyalaşdırılması və tənzimi haqqında» 
müvəqqəti qaydalara uyğun olaraq Mərkəzi Bankdan lisenziya almalıdır. 
Kredit birliyinin rəhbəri qeydiyyat üçün aşağıda sadalanan zəruri sənədlərin 
hazırlanmasını, toplanmasını və rəsmiləşdirilməsini həyata keçirir: 
 dövlət qeydiyyatı haqqında ərizə; 
 yaradılan kooperativin müvafiq hüquqi ünvana malik olmasını təsdiq edən 
zəmanət məktubu (bu məktub qeyri-yaşayış binasını icarəyə vermək 
hüququna malik olan hüquqi şəxs tərəfindən təqdim edilə bilər); 
 dövlət rüsumunun ödənilməsi barədə qəbz; 
 kooperativin yaradılması, onun nizamnaməsinin təsdiq edilməsi və idarə 
heyətinin tərkibi haqqında üzvlərin ümumi təsis yığıncağının iştirakçıları 
olan üzvlər tərəfindən onların soyadları, adları, atasının adı, doğum tarixi, 
qeydiyyat ünvanı və pasport məlumatları göstərilməklə imzalanmış 
protokolu; 
 kooperativin nizamnaməsi. 
Kredit ittifaqları öz fəaliyyətini həyata keçirmək üçün müəyyən resurslara 
malik olmalıdır. Kənd kredit kooperativlərinin əmlakının formalaşma mənbələri 
həm xüsusi mənbələr, həm də borc vəsaitləri ola bilər. 
Aşağıda kredit ittifaqlarının maliyyə resurslarının formalaşması mənbələrini əks 
edrən şəkil verilmişdir: 


48 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin