51
2.3. “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətində korporativ
idarəetmənin müasir vəziyyəti
Kapital Bankın korporativ idarəetmə sistemi beynəlxalq standartlara və
Azərbaycan Respublikasının müvafiq qanunvericilik normalarına əsaslanır.
Bankda korporativ idarəetmənin başlıca prinsipləri Kapital Bankın
Korporativ İdarəetmə Kodeksində öz əksini tapmışdır. Bank dövlət orqanları,
səhmdarlar, əməkdaşlar, partnyorlar və müştərilərlə münasibətləri dəstəkləyir.
Korporativ idarəetmə Bank menecerləri ilə səhmdarlar arasındakı qarşılıqlı
münasibətlərin daha da təkmilləşdirilməsinə xidmət göstərir. Bu da, öz
növbəsində, Bankın bütün istiqamətlər üzrə fəaliyyətinin səmərəliliyinin
artırılmasını təmin edir. Bankda korporativ idarəetmənin əhəmiyyətli rolunun
artırılması ilə yanaşı, korporativ mədəniyyətin və korporativ etikanın inkişafına
da xüsusi diqqət yetirilir.
Etik normalara sadiqlik və əsas dəyərlərə inam Kapital Bankda korporativ
mədəniyyətin formalaşmasına və qorunmasına xidmət göstərir.
Kapital Bankda korporativ idarəetmə və korporativ mədəniyyət haqqında
daha ətraflı məlumatlar aşağıda göstərilmişdir.
“Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti korporativ idarəetmənin
səmərəliliyi baxımından Bankın sabit inkişafını,onun maliyyə bazarında uğurlu
işini,səhmdarlar
və
investorların
maraqlarının
təmin
və
müdafiə
olunmasını,həmçinin cəmiyyət qarşısında məsuliyyətini nəzərə alaraq Korporativ
İdarəetmə Məcəlləsini qəbul etmişdir.
Korporativ İdarəetmə dedikdə səhmdarların ümumi yığıncağı və Müşahidə
Şurası tərəfindən bankın fəaliyyətinə ümumi rəhbərlik başa düşülür ki,bu da onlar
ilə Bankın icraedici orqanları,əməkdaşları,kreditorları,əmanətçiləri,müştəriləri,
biznes tərəfdaşları,bank nəzarət və hökümət orqanları arasında kompleks
münasibətlərin prinsiplərini özündə birləşdirir.Korporativ idarəetmə:
-Bankın
strateji
məqsədlərinin
və
səmərəli
idarəetmə
prinsipinin
müəyyənləşdirilməsi;
52
-Strateji məqsədlərə çatmaq üçün bankın əməkdaşları və onun idarəetmə
orqanlarının bütün lazımi addımların atılmasını təmin edən stimulun yaradılmasını;
-Səhmdarlar,Bankın idarəetmə orqanları və digər maraqlı şəxslər arasında
maraqların balansının yaradılmasını;
-Qüvvədə olan qanun və qaydaların,Bankın Nizamnaməsinin,korporativ etika və
daxili sənədlərdən irəli gələn tələblərin yerinə ytirilməsini özündə birləşdirir.
Korporativ İdarəetmə məcəlləsinin rolunu və əhəmiyyətini qəbul edərək Bankın
bütün idarəetmə orqanları və əməkdaşları,özlərinin səhmdarlar və Bank qarşısında
məsuliyyətini dərk edərək fəaliyyətlərində bu məcəlləni əldə rəhbər tuturlar.
Korporativ idarəetmə prinsiplərinin həyata keçirilməsi Bankın səmərəli fəaliyyət
göstərməsini,onun maliyyə sabitliyini və mənfəətliliyini təmin edir.
Bankın korporativ idarəetmə prinsipləri aşağıdakıları özündə birləşdirir:
-Səhmdarların və müştərilərin maraqlarının və hüquqlarının təmin olunması
prinsipi;
-Səmərəli idarəçilik prinsipi;
-İdarəetmə və nəzarət orqanları arasında səlahiyyətlərin səmərəli bölüşdürülməsi
prinsipi;
-Bankın maliyyə-təsərrüfat fəaliyyətinə səmərəli nəzarətin təşkil edilməsi prinsipi;
-İnformasiya şəffaflığının təmin edilməsi prinsipi;
-Etik norma və qanunlara riayət edilməsi prinsipi;
-İşçi heyəti ilə səmərəli işin təşkili və ədalətli mükafatlandırma prinsipi;
-Maraqlı tərəflərlə əməkdaşlığın inkişaf etdirilməsi və sosial məsuliyyət prinsipi.
Bank ardıcıl olaraq bu prinsipləri işində tətbiq edir,onlardan irəli gələn
tələblərə tam cavab vermək üçün bütün struktur bölmələrində işin səmərəliliyinin
artırılmasına ciddi fikir verir.Bunun nəticəsi olaraq idarəetmənin səmərəliliyi
artmış,bu isə öz növbəsində özünü yaxşı maliyyə nəticələrinin əldə edilməsində
göstərmişdir.İşin səmərəliliyinin artırılması,ümumiyyətlə ictimaiyyət tərəfindən
bank sisteminə olan inamı artırır.Belə ki,respublika əhəmiyyətli bank olaraq
53
Kapital Bankın səmərəli fəaliyyəti əhali tərəfindən etibarın güclənməsi baxımından
bütün bank sistemi üçün əlverişli şərait yaradır.
Bankın təşkilati strukturu onun işinin səmərəliliyinin təmin edilməsinin ən
vacib şərtlərindən biridir.Bankın ali idarəetmə orqanı səhmdarların ümumi
yığıncağıdır.Səhmdarların ümumi yığıncağı bankın bütün fəaliyyətinin əsas
prinsiplərini müəyyənləşdirməklə bərabər onun idarəetmə orqanlarını da aşağıdakı
formada müəyyənləşdirir:
Müşahidə Şurası
Audit
Komitəsi İdarə
Heyəti
Komitələr
Baş ofisin departamentləri
Filiallar və şöbələr
Kapital Bankın korporativ etik qaydaları yüksək peşəkarlığın təmin olunmasının
əsasını qoyur.Bu etik qaydalarda Bankla səhmdarlar,əməkdaşlar,əmanətçilər,
kreditorlar və müştərilərlə münasibətlərin əsas prinsip və davranış qaydaları
müəyyənləşdirilmişdir.Bankın korporativ etik qaydalarının əsas məqsədi onun
maliyyə
nəticələrinin
yaxşılaşması,idarəetmənin
səmərəliliyinin
daha
da
yüksəldilməsidir.
Bank işinin keyfiyytinin və səmərəsinin artırılması istiqamətində yeni,müasir
idarəçilik metodlarından bacarıqla istifadə edir.Filiallar arasında korporativ etika
gözlənilməklə sağlam rəqabət təşkil olunmuş,işçilərin mütəmadi olaraq peşə
hazırlığının artırılmsı üçün kompleks tədbirlər görülmüş və görülməkdədir.Bankın
onlarla əməkdaşı hər il həm Bankın özünün təşkil etdiyi treninqlərdə iştirak edir,
həm də yerli və beynəlxalq səviyyədə ixtisasartırma kurslarına,müxtəlif
konfranslara
göndərilir.Bankda
maddi
mükafatlandırma
ilə
yanaşı,digər
həvəsləndirici metodlardan da istifadə edilir.
54
Korporativ idarəetmə prinsipləri Kapital Bankın növbəti illər üzrə qarşıya
qoyduğu məqsəd və vəzifələrdən irəli gəlir.Bu prinsiplərin təmin olunması Bankın
öz fəaliyyətində keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymasına yardım
göstərir.Yeni,yüksək hədəflərə nail olmaq üçün Bank təşkilati strukturunun daha
da optimallaşdırılması üzrə işləri davam etdirəcək,strateji məsələlərin həlli üçün
daha uyğun strukturun formalaşdırılmasına nail olacaqdır.
ETİK DAVRANIŞ QAYDALARI
Bu normalar Bankda işçilərin davranış qaydalarını tənzimləyir. Bankın
imicinin - nüfuzunun formalaşmasına xidmət etməklə, işçilər üçün mənəvi, etik
və hüquqi dəyərləri müəyyən edir.
Etik davranış qaydaları ilk növbədə Bankda işçilərin davranışına nəzarəti
təmin edir, onu peşə daxilində bir çox ixtisaslara tətbiq etməyə imkan verir və
təsvir edilən normalara əməl edilməsi üçün effektiv vasitələri təklif edir.
Mənəvi dəyərlərə -işçinin işdə və işdənkənar davranışı, ictimai fəaliyyəti
daxildir.
Etik dəyərlərə - Bankın imicinin qorunması, Bankın əmlakına münasibət və s.
daxildir.
Hüquqi dəyərlərə- qanunvericiliyə münasibət, bankdaxili prosedurlara əməl
edilməsi, məxfi və xidməti istifadə üçün məlumatların qorunması və s. daxildir.
İşgüzar etiket - İşgüzar- professional (peşəkar) mühitdə davranış və ünsiyyətdir.
İşgüzar etiket ətrafdakı insanlara hörmət və nəzakət, xeyirxahlıq və diqqət əsasında
qurulur. Bankda hər bir işçi işgüzar münasibətlərdə subordinasiya qaydalarına
ciddi əməl etməlidir.
MÜŞTƏRİLƏRƏ MÜNASİBƏT
Bankda xidməti həyata keçirən hər bir işçi Bankın mənafeyini müdafiə edərək
müştəri ilə ünsiyyətdə olarkən aşağıdakılara əməl etməlidir:
Peşəkar səviyyədə xidmət
Düzgün, ədalətli və qərəzsiz münasibət
Öhdəliklərin vaxtında yerinə yetirilməsi
55
Müştərilər haqqında məlumatların məxfiliyinə hörmət
Müştərilərə qayğı
Məhsul və xidmətlərin keyfiyyətinin daima təkmilləşdirilməsi və münasib
qiymətlərin tətbiqi
Məhsul və xidmətlərin düzgün və qərəzsiz reklam edilməsi
Müştərinin fikirlərinə, hisslərinə və təsəvvürünə anlayışlı yanaşmalı.
Onun şəxsiyyətini müsbət qəbul etməli- müştərinin çatışmamazlıqlarından asılı
olmayaraq onu şəxsiyyət kimi görməli və ona hörmətlə yanaşmalıdır.
Müştəri ilə qarşılıqlı əlaqədə razılaşma əldə etmək-bir-birini anlamağa
cəhd göstərmək və qarşılıqlı münasibətlərin əməkdaşlıq formasında inkişaf
etdirilməsinə çalışmalı.
Tanımadığınız adama diqqətlə baxmayın. Bu nəzakətsizlik və hətta təhqir kimi
qiymətləndirilir.
RƏQİBLƏRƏ MÜNASİBƏT
Rəqiblərə hörmətlə yanaşmalı və qeyri-sağlam rəqabətdən qaçmalı
KONFİDENSİALLIQ ŞƏRTLƏRİ
Bu Məcəllə Bankın fəaliyyətinin bütün sahələrini əhatə etdiyi üçün əməkdaşlar
aşağıdakı məlumatların mütləq konfidensiallığını (məxfiliyini) təmin etməlidir:
Bankın şəxsi xarakterli məlumatları
Bank sirri ilə bağlı qaydalar
Bankın müştəriləri haqqında məlumatlar
Bankın personalı haqqında məlumatlar
Vəzifə mövqeyinə görə Bankın işçisinə məlum olan və ölkənin milli
təhlükəsizliyi ilə bağlı məlumatlar və .s
2013-cü ildə emissiya edilmiş səhmlər haqqında məlumat:
Səhmlərin emissiyası haqqında qərarın qəbul edildiyi tarix və onu qəbul edən
orqan:
56
Səhmdarların növbəti ümumi yığıncağının qərarı (10 iyun 2013-cü il tarixli 01 №-
li protokol).
Səhmlərin növü və forması:
Adi, adlı sənədli səhmlər.
Səhmlərin miqdarı:
3.000.000 (üç milyon) ədəd.
Hər bir səhmin nominal dəyəri:
10 (оn) manat.
Səhm buraxılışının ümumi məbləği (nominal dəyərlə):
30.000.000 (otuz milyon) manat.
Sonuncu emissiyadan sonra:
Nizamnamə kapitalı - 80.000.000 manat
Cədvəl № 3.
Kapital Bank ASC-nin 01 iyul 2013-cü il tarixə əsas maliyyə göstəriciləri
mln.manatla
Dostları ilə paylaş: |