4
Ə.T.Nağıyev, V.T. Novruzov, A.F.Musayev və başqalarının əsərlərində biznesdə
korporativ idarəetmə bütövlükdə və onu təşkil edən ayrı-ayrı müstəqil bazarların,
o cümlədən korporativlərin formalaşması və inkişafına dair bəzi elmi-nəzəri və
praktiki məsələlər tədqiq edilmişdir.
Biznes fəaliyyətində korporativ idarəetmənin əhəmiyyətinin getdikcə
artmasına baxmayaraq, indiyə qədər bu sahə kompleks şəkildə tədqiq edilməmiş,
həmin problemə ayrıca tədqiqat əsəri həsr olunmamışdır. Bu baxımdan biznesin
inkişafında korporativ idarəetmənin tədqiq edilməsi olduqca aktualdır.
Qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin yerinə
yetirilməsi nəzərdə tutulmuşdur:
- korporativ idarəetmənin formalaşması və inkişafının nəzəri əsasları öyrənilməsi;
- korporativ idarəetmə fəaliyyətinin müasir vəziyyətinin təhlili;
- aqrar, istehlak və sənaye sektorlarında korporativ idarəetmənin
tətbiqi
xüsusiyyətlərinin araşdırılması;
- korporativ idarəetmənin inkişaf istiqamətlərinin
müəyyən edilməsi;
- korporativ idarəetmənin inkişafında dünya təcrübəsinin araşdırılması;
- dövlətin inkişafında korporativ idarəetmənin rolunun
müəyyən edilməsinə dair
əsaslandırılmış təkliflərin işlənib hazırlanması.
Tədqiqatın obyekti kimi Biznes infrastrukturunun
müstəqil sahəsi olan
korporativ idarəetmənin fəaliyyəti ilə məşğul olan biznes subyektləri seçilmişdir.
Tədqiqatın predmetini biznesdə korporativ idarəetmənin təkmilləşdirilməsi
məsələlərinin inkişaf istiqamətlərini araşdırmaq təşkil edir.
Dostları ilə paylaş: