Azərbaycan döVLƏT İQTİsad univers



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix01.12.2022
ölçüsü0,89 Mb.
#71739
1   ...   13   14   15   16   17   18   19   20   ...   35
valyuta

3. 2. Tədiyyə balansının tarazlandırılması üsulları 
Formal olaraq tədiyyə balansı tarazlıdır. Əgər ödəmələr 
ə
sas maddələr üzrə daxilolmalardan artıqdırsa, onda kəsir xari-
ci borclar və sahibkarlıq kapitalının hesabına aradan qaldırılır. 
Bu müvəqqəti üsuldur.
Balansın passiv saldosunun ödənməsinin yeni qaydası ra-
zılaşma üzrə qısamüddətli kreditlərdir. Bu razılaşma zamanı 
mərkəzi banklar bir-birinə qarşılıqlı milli valyutada ifadə olu-
nan kreditlər verir. 
Tədiyyə balansının müvəqqəti kəsirinin ödənməsi üçün 
BVF ehtiyat (şərtsiz) kredit verir. Bu kreditin həcmi böyük de-
yil və ölkələr arasında onların kvotasının (üzvlük haqqı 25%-i) 
həddində bölüşdürülür. 
Tədiyyə balansının kəsirinin ödənməsinin müvəqqəti 
üsullarından biri də güzəştli kreditlərdir. Tədiyyə balansının ta-
razlaşdırılmasının əsaslı üsulu rəsmi qızıl-valyuta ehtiyatlarının 
istifadə edilməsidir. 
Tədiyyə balansı dövlət tənzimlənməsi obyektlərindən bi-
ridir. Bunun aşağıdakı səbəbləri vardır: 
- tədiyyə balanslarında xroniki qeyri-tarazlığın müşahidə 
olunması; 
- qızıl standartının ləğv edilməsindən sonra, avtomatik 
qiymət tənzimlənməsi prosesinin zəiflənməsi. 
Tədiyyə balansının tənzimlənməsinin maddi əsasını aşa-
ğ
ıdakılar təşkil edir: 
- dövlət mülkiyyəti, o cümlədən rəsmi qızıl-valyuta ehtiyatı; 
- dövlət büdcəsi vasitəsilə yenidən bölüşdürülən milli gə-
lirin xüsusi çəkisinin artması; 


48
- kapital ixracatçısı, kreditor, zəmanət və borcverən kimi 
dövlətin beynəlxalq iqtisadi münasibətlərdə bilavasitə iştirakı; 
- normativ aktlar və nəzarət orqanları vasitəsilə xarici iq-
tisadi əməliyyatların reqlamentləşdirilməsi. 
Tədiyyə balansında kəsiri olan ölkələr əmtəə ixracının sti-
mullaşdırılması, idxalatın məhdudlaşdırılması, xarici kapitalın 
cəlb edilməsi, kapital ixracının məhdudlaşdırılması məqsədilə 
aşağıdakı tədbirləri həyata keçirirlər: 
- deflyasiya siyasəti;
- valyuta məhdudiyyətləri; 
- maliyyə və pul-kredit siyasəti; 
- dövlətin xüsusi tədbirləri. 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin