46
Tədiyyə balansının bir hissəsi də ehtiyat aktivləridir. Eh-
tiyat aktivləri dedikdə, dövlətin rəsmi qızıl-valyuta ehtiyatları
nəzərdə tutulur. Qızıl-valyuta ehtiyatlarının
həcmi tədiyyə ba-
lansının cari vəziyyətindən birbaşa asılıdır.
1998-ci ildə Azərbaycan Milli Bankının Rusiya böhranı
fonunda manatın ucuzlaşmasının qarşısını almaq üçün,
gördü-
yü tədbirlər beynəlxalq ehtiyatların 74,8 milyon dollar azalma-
sına səbəb olmuşdur. 1999-cu ilin iyulundan Azərbaycan Milli
Bankının valyuta bazarına müdaxiləsinin azalması, həmin ildə
beynəlxalq ehtiyatları 143,7 milyon dollar artırmağa imkan ver-
mişdir. Digər tərəfdən manatın real
məzənnəsinin əsas ticarət
tərəf-müqabilləri ilə müqayisədə azalması daxili istehsalçılar
üçün maneəyə çevrilmişdir.
Hesablaşma balansı ölkənin xarici ölkələrə müəyyən tari-
xə və ya müəyyən müddət üzrə tələblərin və öhdəliklərin nisbə-
tidir. Hesablaşma və tədiyyə balansları arasında fərqlər aşağı-
dakılardır:
- hesablaşma balansında ölkənin xaricə olan bütün tələb-
ləri və öhdəlikləri əks olunur. Tədiyyə balansında isə yalnız
faktiki daxilolmalar və ödəmələr əks olunur;
- hesablaşma balansında bütün alınmış və verilmiş kredit-
lər əks olunur. Tədiyyə balansında isə yalınz haqqı ödənilmiş
kreditlər əks olunur;
- tədiyyə balansında yalnız haqqı ödənilmiş idxal və ixrac
ə
ks
olunursa; hesablaşma balansında mal dövriyyəsinin ödən-
məyən (kredit hesabına) hissəsi də əks olunur;
- bu balansların son saldosu (aktiv və ya passiv) üst-üstə
düşmür.
Tə
diyyə
balansına tə
sir edə
n amillə
r aş
ağ
ıdakılardır:
- ölkələrın iqtisadi inkişafınının qeyri-bərabərliyi;
- iqtisadiyyatın dövrü tərəddüdü;
- xaricdə dövlət xərclərinin artması;
- iqtisadiyyatın hərbiləşdirilməsi və silahlanma;
- kapitalın hərəkətinin miqyası və əhəmiyyətinin artması;
47
- beynəlxalq ticərətdəki dəyişikliklər;
- valyuta-maliyyə amilləri;
- inflyasiya.
Dostları ilə paylaş: