52
tının ümumi miqyasda tarazlı inkişafi həmçinin «görülmə» əmə-
liyyatlar balansının (nəqliyyat, sığorta,
mənfəətin xaricə köçü-
rülməsi, investisiyadan mənfəət və s.) vəziyyətində də əks olunur.
Son dövrlərdə neft ixracatçıları olan ölkələr qızıl-valyuta
ehtiyatından istifadə edərək, müəyyən irəliləyişə nail olmuşlar.
Məsələn, Səudiyyə Ərəbistanı turizm üzrə böyük müsbət saldo-
ya malikdir. Neft ixracatçıları olan ölkələrin tədiyyə balansının
vəziyyəti dünya bazarında neftə olan tələbdən və neftin qiymə-
tindən bilavasitə asılıdır. Neftin qiyməti artdıqda əsas neft ixra-
catçıları sayılan, inkişaf etməkdə olan ölkələrin sənaye cəhət-
dən inkişaf etmiş ölkələrin banklarındakı pul vəsaitlərinin miq-
darı artır. Əksinə, dünya bazarında neftin qiyməti aşağı düş-
dükdə, neft ixrac edən ölkələr öz pul vəsaitlərinin əhəmiyyətli
hissəsini həmin banklardan götünəyə məcbur olurlar. Bu isə bir
çox ölkələrin tədiyyə balanslarında tarazlığı pozur və beynəlxalq
maliyyə bazarında gərginliyin səbəblərindən birinə çevrilir.
Dünya təsərrüfatı ilə əlaqələr və borclarına müasir dünya-
da güclənınəkdə olan və heç də birmənalı qarşılanmayan qlo-
ballaşma meyilləri, dünya təsərrüfatı
ilə əlaqələrə daha dərin-
dən nüfuz edərək, tarazlaşdırılmış qərarlar qəbul etməyi tələb
edir. Bu baxımdan borclanma zamanı bütün əsas amilləri nəzə-
rə alaraq fəaliyyət variantlarının qiymətləndirilməsi xüsusi əhə-
miyyət kəsb edir. Başlıca meyar isə, əlbəttə, iqtisadi fəallığın
dəstəklənməsi üçün əlverişli şərait yaratmaqdır.
Milli iqtisadiyyatın xarici kapitala tələbatını müəyyənləş-
dirərkən tədiyyə balansında ciddi problem yaratmadan ölkənin
xidmət edə biləcəyi xarici borcunu nəzərə almaq lazım gəlir.
İ
qtisadi təhlükəsizlik problemi borclanma prosesindən ay-
rı deyildir. Milli iqtisadiyyatın dünya təsərrüfatı
ilə əlaqələri
genişləndikcə onun müstəqil fəaliyyətinə nail olmaq daha bö-
yük hazırlıq və çevik yanaşma tələb olunur.
Dövlət xarici borclarının yuxarı həddi, ölkənin dönərli
valyuta ilə qaytarmalı olduğu məbləğ dünya təsərrüfatı ilə in-
teqrasiya prosesinin səmərəliliyini
şərtləndirən mühüm para-
53
metrdir. Başqa sözlə, özlüyündə xarici borc deyil, onun həddən
çoxluğu ciddi narahatlığa səbəb ola bilər.
Dövlət borc böhranı səviyyəsini müəyyənləşdirməyi,
borclanma və xarici investisiyalar arasında nisbətlərin tənzim-
lənməsini nəzərdə tutur. Böhran səviyyəsi borcların ixracatın
artım tempinə və ya ÜDM-in həcminə nisbətən hesablanaraq
qiymətləndirilə bilər. Əlbəttə, bu balda ixracatın həcmi və bor-
ca xidmət imkanları müqayisəli təhlil edilir.
Borclanma və iqtisadi təhlükəsizlik
məsələləri öyrənilər-
kən, onun mənbələrinə fərqli yanaşma olmalıdır, məlumdur ki,
borcların tədiyyə balansına təsiri daha böyükdür.
Qeyd edək ki, son illər xarici borcların ÜDM-də xüsusi
çəkisinin azalması meyili müşahidə olunur.
Azərbaycan Respublikasında tədiyyə balansının işlənmə-
sinin ilkin cəhdləri 90-cı illərin əvvəllərindən başlamışdır. Bir
neçə il ərzində informasiya təminatı problemləri və cari meto-
doloji məsələlər həll edilərək, tədiyyə balansının tərtibi prosesi
lazımi səviyyədə təmin olunmuşdur.
Ölkənin valyuta daxilolmalarının mənbələri əsasən neft
və neft məhsullarının ixracıdır. Ölkəmizin xarici ticarət part-
nyorları içərisində yaxın qonşularımız, bir sıra
Qərbi Avropa
ölkələri və əlbəttə bəzi MDB ölkələrıni qeyd etmək lazımdır.
Rusiya ilə xarici ticarətin intensivliyi kifayət qədər yüksəkdir.
Müstəqilliyin on ili ərzində ixracın strukturunda müsbət də-
yişikliklər baş vermişdir. Xəzərin karbohidrogen ehtiyatlarının
tənzimsənməsində, neft və neft məhsullarının ixracında irəlilə-
yişlərlə yanaşı, ixrac yönümlü qeyri-neft sektorlarında isteh-
salın tempi və miqyası stimullaşdırılmışdır.
Xarici ticarət balansı 1995-ci ildə 373,1
milyon dollar,
1996-ci ildə 693,9 milyon dollar, 1997-ci ildə 566,9 milyon
dollar, 1998-ci ildə 1046,2 milyon dollar, 1999-cu ildə 408,2
milyon dollar və 2000-ci ildə 319,2 milyon dollar mənfi saldo
ilə icra olunmuşdur, 2001-ci ilin doqquz ayının yekunlarına
54
görə isə bu balans 533,9 milyon dollar
müsbət saldo ilə icra
olunmuşdur.
1995-2000-ci illər üzrə Azərbaycanın tədiyyə balansının
xidmətlər balansı daim kəsir ilə icra olunmuşdur.
Dostları ilə paylaş: