Əbu Əli Həsən ibn Əli Xacə



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə24/100
tarix05.12.2022
ölçüsü1,28 Mb.
#72346
1   ...   20   21   22   23   24   25   26   27   ...   100
Siyasetname

Hekayət. Bil ki, otuz ildir mən bu məscidin minarəsində azan verirəm, 
dolanacağım isə dərziliklədir, ömrümdə Ģərab içməmiĢ, zina etməmiĢ, lotu-potu 
iĢlərlə məĢğul olmamıĢam. Bu küçədə bir əmirin sarayı var idi. Bir gün qürub 
namazından sonra məsciddən çıxıb bu dükana gəlmək istəyirdim ki, gördüm 
həmən əmir məst halda cavan bir qadının çadrasından tutub dartır. Qadın isə dad-
fəryad qoparır va deyirdi: "Ey müsəlmanlar, mənə kömək edin, mən bu iĢin sahibi 
deyiləm, filankəsin qızı, filankəsin arvadıyam. Hamı mənim ismətli və həyalı 
olduğumu bilir. Bu türk məni zorla aparıb, baĢıma pis oyun açmaq istəyir, ərim də 
kabinimizə and içmiĢdir ki, əgər gec gəlsəm məni boĢayacaqdır". 
Heç kəs onun köməyinə gəlmirdi. çünki bu türk çox güclü idi. 
Mən onun üstünə qıĢqırdım, fayda vermədi, qadını evinə apardı. 
Bu tərbiyəsizlikdən cin baĢıma vurdu, təəsüb cuĢa gəldi, özümü 
saxlaya 
bilməyib 
mahalla 
ağsaqqallarını 
yığdım, 
əmirin 
sarayına 
gedib, hay-küy qaldırmağa və qıĢqırmağa baĢladım. Müsəlmanlıq qalmamıĢdır, 
Bağdad Ģəhərində xəlifənin gözünün qabağında xalqın arvadını zorla tutub aparır, 
baĢına rüsvayçılıq gətirirlər, bir söz deyən olmayır; bu qadını geri göndərin, yoxsa 
bu saat Mötəsimin sarayına Ģikayatə gedəcəyəm". 


58 
Türk bizim səsimizi eĢitcək öz qulamları ilə evdən çıxdı. Bizi əməlli-baĢlı 
əziĢdirdilər, əl-ayağımızı sındırdılar. ĠĢi belə gördükdə qaçıb hərəmiz bir tərəfə 
dağılıĢdıq. ġam namazı vaxtı idi. Namaz qıldıq. Yatağa girdik. Təhqir, ağrı va 
qeyrətdən yata bilmirdim. Gecə yarısı oldu. Fikir məni götürmüĢdü: "Rüsvayçılıq 
baĢ vermiĢsə, artıq onun qarĢısını almaq mümkün deyildir, daha pisi bu idi ki, o 
qadın evə gec dönərsə, əri onu boĢayacağına and içmiĢdi. EĢitmiĢdim əyyaĢ 
adamlar yuxudan ayılarkən gecədən nə qədər keçdiyini ayırd edə bilmirlər. Ġndi 
bircə çarə qalır minarəyə çıxıb azan verəm. Türk elə bilər səhərdir, qadını buraxar, 
yolu yəqin bu məscidin yanındandır. Elə ki, namaz azanını verdim, dərhal 
minarədən düĢüb məscidin qapısında durar, qadın bura çatcaq götürüb ərinin evinə 
apararam. Heç olmazsa əri boĢamaz. 
Elə də etdim, minarəyə dırmaĢıb azan verdim. Demə Mötəsim hələ 
yatmayıbmıĢ. Vaxtsız azan eĢitdikdə bərk qəzəblənir və deyir: "Gecə yarısı azan 
verən kim olursa-olsun müfsid adamdır, çünki azanı eĢidən elə biləcək səhərdir, 
evdən çıxacaq, gecə keĢikçisi də onları tutacaq və xalq əzaba düçar olacaqdır. 
Xidmətçilərdən birini göndərib qapı hacibinə deyir ki, get bu müəzzini bura gətir". 
Mən məscidin qapısında durub arvadın yolunu gözlədim. Gördüm qapı 
hacibi məĢəl ilə gəlir. Məni məscid qapısında duran gördükdə soruĢdu: "Azan 
çəkən sən idinmi?" Dedim: "Bəli". Dedi: "Nə üçün vaxtsız azan veribsən, 
əmirəlmöminin bərk acığına gəlib, sənə qəzəbi tutub, indi məni göndərib ki, səni 
onun yanına aparım, tərbiyə versin


Dedim: "Onun fərmanı dünyanın bütün adamları üçün qanundur, lakin 
tərbiyəni o ədəbsizə versin ki, məni vaxtsız azan çəkməyə məcbur etmiĢdir". Dedi: 
"Bu ədəbsiz kimdir? Dedim bu elə bir məsələdir ki, onu əmirəlmömindən baĢqa 
heç kəsə deyə bilmərəm. Əgər mən namaz azanını yersiz vermiĢəmsə, nə cəza 
versə razıyam 
Dedi: "Gəl gedək xəlifə sarayına". 
Biz sarayın qapısına çatanda xidmətçi bizi gözləyirdi. Mən qapı hacibinə 
nə demiĢdimsə, o da hamısını xidmətçiyə dedi. Xadim də gedib Mötəsimə danıĢdı. 
Mötəsim xidmətçiyə məni onun yanına aparmağı əmr etdi. Məni Mötəsimin yanına 
apardılar. Mənə dedi: "Nə üçün vaxtsız azan veribsən?" Mən əhvalatı danıĢdım. 
EĢitdikdən sonra xidmətçiyə dedi:"Qapı hacibinə de, yüz adamla filan əmirin 
sarayına gedib onu götürsün, qadını çıxarıb arının evinə aparsın, ərini qapıya 
çıxarıb desin ki, Mötəsimdən sənə salam var və bu qadının günahından keçməyi 
sənə tapĢırır, ondan yaxĢı muğayat ol. Sonra əmiri tez mənim yanıma gətir. Mənə 
dedi: "Sən də bir saatlığa burada otur". Bir saat keçməmiĢdi ki, əmiri Mötəsimin 
yanına gətirdilər. Mötəsimin gözü ona sataĢacaq dedi: "Ay səni görüm belə-belə 
olasan, müsəlmançılıqda məndən nə pislik görübsən? Mənim xəlifəlik dövrümdə 
müsəlmançılığa nə sədəmə dəyibdir? Mən o adam deyiləmmi müsəlmanlıq üstə 
Ruma əsir düĢdüm, Bağdad vuruĢuna gedib, Rum qoĢununu dannadağın, Qeysəri 
geri qaçmağa məcbur etdim? Altı il Rumu taladım, Konstəntəniyə
89
od vurub viran 


59 
etdim, məscid tikdirdim, ibadətgahlar yaratdım, minlərlə adamı əsirlikdən xilas 
edib qayıtdım. Ġndi mənim ədalətimin qorxusundan qurdla qoyun bir bulaqdan su 
içdiyi zamanda, sən nə cəsarət edib qadını zorla evinə aparıb rüsvay, köməyə 
gələnləri isə Ģil-küt eləyirsən?" 
Əmr etdi çuval gətirib onu ora saldılar, ağzını möhkəm bağladılar. Sonra 
gəcdöyən çomaq gətirtdirib onu döydürməyə baĢladı. O qədər vurdular ki, xurd-
xəĢili çıxdı. Dedilər: "Ya əmirəlmömin, bütün sümükləri xurd-xəĢil olmuĢdur". 
Əmr etdi, Dəcləyə atdılar. Sonra mənə dedi: "Ey Ģeyx bil ki, allahından qorxmayıb 
yaramaz iĢ tutan adamın hər iki dünyada günü qara olar. Bu nalayiq iĢ 
gördüyündən cəzasını aldı. Bundan sonra sənə əmr edirəm, kim-kimə zülm etsə, ya 
biri baĢqasının haqqını kəssə, Ģəriətə xor baxsa və sən xəbər tutsan, dərhal 
minarəyə çıxıb azan ver ki, mən bilib səni çağırım, məsələni öyrənim, övladım, 
qardaĢım olsa belə o adama da bu itə verdiyim cəzanı verim". 
Sonra mənə bəxĢiĢ verib yola saldı. Bütün böyüklər , əyan-əĢraf bu 
əhvalatı bilir. O əmir də sənin qızılını mənə hörmət xatirinə deyil, Ģallaq çubuq və 
Dəclə xatirinə verdi. Qorxdu sözümdən çıxsa vaxtsız azan verəm, o türkün baĢına 
gətirilən bunun da baĢına gətirilsin ". 
Belə hekayətlər çoxdur. Bunu ona görə dedim, dünya hökmdarı bilsin
ki, Ģahlar həmiĢə necə olmuĢlar, qoyunu qurddan necə qorumuĢlar,
müfsidləri necə cəzalandırmıĢlar, düzlüyü necə müdafiə etmiĢlər. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin