Hekayət. Buna oxĢar bir hadisə Sultan Mahmud Səbüktəkinlə
də olmuĢdur. Bir kiĢi gəlib Sultan Mahmuda Ģikayət edib dedi: "Bir kisəyə iki min
dinar tikib Ģəhərin qazisinin yanında əmanət qoydum və özüm səfərə getdim.
Özümlə götürdüklərimi Hindistan yolunda oğrular apardılar, qaziyə tapĢırdıqlarımı
geri alıb evə gətirdim, kisənin ağzını açdıqda mis dirhəmləri gördüm. Qayıdıb
qaziyə dedim: "Mən sənə qızıl kisəsi vermiĢəm, burda isə mis dirhəmləri görürəm,
bu necə olan Ģeydir?!" Dedi:"Mənə verərkən göstərməmiĢdin, baĢı bağlı, ağzı
möhürlü kisə vermiĢdin, mən də sənə elə qaytarmıĢam. SoruĢdum sənin kisəndir.
75
Dedin bəli. Ġndi isə həyasızcasına gəlibsən ki, bu mənim deyil?!" Dedim: "Ġlahi,
sən özün mənə kömək elə. Bir parça çörək almağa belə imkanım yoxdur".
Sultanın ona yazığı gəldi, dedi: "Özünü ələ al, mən sənin qızıllarını
qaytararam, get o kisəni mənim yanıma gətir".
KiĢi gedib kisəni gətirdi, Mahmud kisənin o yan, bu yanına baxdı, sökük
izi görmədi. Dedi: "Qoy bu kisə hələlik mənim yanımda qalsın, sən də gündə üç
batman çörək, üç batman ət, hər ay bir dinar mənim vəkilimdən alıb, hələlik dolan,
görüm mən sənin bu qızıl məsələni necə həll edə bilərəm".
Sonra Mahmud bir dəfə günorta, hamının istirahət etdiyi bir vaxt, haman
kisəni qarĢısına qoyub diqqətlə nəzərdən keçirməyə, fikirləĢməyə baĢladı ki, axı bu
necə ola bilən Ģeydir. Nəhayət. ürəyində bu qərara gəldi ki, ola bilər bu kisəni
söküb qızılları çıxarıb, yenidən tikmiĢ olalar. Onun sən dərəcə gözəl, zərbaft bir
mütəkkə üzü var idi, mütəkkənin üstünə salınmıĢdı.
Gecə yarısı qalxıb bıçağı götürdü, haman mütəkkənin üzüncləri bir gəz
qədər kəsdi, sonra yenə öz yerinə qoydu. Sabahısı gün sübh açılarkən çıxıb ova
getdi və üç gün ovda qaldı.
Ona xidmət edən xüsusi fərraĢ səhər vaxtı gedib mütəkkəni çırpmaq
istərkən üzün didildiyini gördü, qanı bərk qaraldı, qorxuya düĢüb ağlamağa
baĢladı. FərraĢxanada bir qoca fərraĢ var idi, onu görüb dedi: "Sənə nə olubdur?"
Dedi: "Deməyə qorxuram". Dedi: "Qorxma mənə de". Dedi: "Kimin isə mənimlə
düĢmənçiliyi var imiĢ, sultanın istirahət otağına girərək onun mütəkkə üzündən bir
gəzə qədər kəsmiĢdir. Sultan görsə məni öldürər". Dedi: "Səndən baĢqa görən
olubmu?" Dedi: "Yox". Dedi: "Elə isə ürəyini sıxma, mən onun çarəsini bilirəm və
sənə də öyrədərəm. Sultan ova getmiĢdir, bu Ģəhərdə bir qoca gözətçi var, dükanı
filan yerdədir, adı Əhməddir, gözə vurmaqda tayı yoxdur. Bu Ģəhərdə nə qədər
gözə ustası varsa, hamısı onıın Ģagirdidir. Bu mütəkkə üzünü onun yanına apar, nə
qədər muzd istəsə ver. Heç bir mahir adam tapa bilməz ki. haradan sökülmüĢ,
haradan tikilmiĢdir".
FərraĢ dərhal mütəkkə üzünü götürüb, gözətçi Əhmədin yanına apardı. O
soruĢdu: "Nə istəyirsən?" Dedi: "Ġstəyirəm buna elə gözə vurasan ki, heç kəs
bilməsin". Dedi: "Yarım dinar allam". Dedi: "Bir dinar al, lakin bütün ustalığını
göstər‖. Dedi: " TəĢəkkür edirəm, arxayın ol".
FərraĢ bir dinar verib soruĢdu: ―Tezmi hazır olar?" Dedi: "Sabah ikindi
namazı vaxtı gəlib apara bilərsən".
Vəd olunmuĢ vaxt gəlib çatdı, o mütəkkə üzünü fərraĢın qabağına qoydu.
Nə qədər axtardı gözə yerini tapa bilmədi. FərraĢ sevincək evə qaçıb necə var idisə
elə də mütəkkənin üzünü çəkdi.
Sultan Mahmud ovdan qayıtdıqdan Sonra günorta vaxtı istirahət otağına
getdikdə baxıb mütəkkə üzünü düzəldilmiĢ gördü. FərraĢın çağırılmasını əmr etdi.
FərraĢ gəldikdə soruĢdu: "Bu mütəkkə üzü didilmiĢdi, bunu kim düzəIdibdir?,,
Dedi: "Ey ağam, yalan deyirlər, bu heç vaxt kəsik olmamıĢdır". Dedi: "Ay axmaq
76
qorxma, onu mən özüm didmiĢdim. Bundan mənim öz məqsədim var idi. De
görüm, bunu hansı gözətçi belə gözəl düzəltmiĢdir?!,, Dedi: "Ey ağam filan gözətçi
düzəltmiĢdir. Mən bərk qorxmuĢdum, filan fərraĢ mənə yolu göstərdi". FərraĢ
gedib gözətçini gətirdi. Gözətçi sultanı tək gördükdə bərk qorxdu. Sultan ona dedi:
"Qorxma, ey usta, irəli gəl, bu mütəkkə üzünü sənmi düzəltmisən?", Dedi: "ġahın
dövlətindən belə çıxmıĢdır". Dedi: ―Bu Ģəhərdə səndən ustası varmı?,, Dedi:
"Yox". Dedi: "Səndən bir söz soruĢsam doğrusunu deyərsənmi?" Dedi: "ġaha
doğru söz deməkdən daha savab nə ola bilər?" Dedi: "Bu sən bir ildə heç bir böyük
adamın evində yaĢıl kisə gözəmisənmi?" Dedi: "GözəmiĢəm". Dedi: "Harada?"
Dedi: "ġəhər qazisinin evində iki dinar da mənə muzd veribdir". Dedi: "O kisəni
görsən tanıyarsan?" Dedi: "Tanıyaram".
Mahmud əlini mütəkkənin altına uzadıb kisəni çıxartdı, gözətçiyə verib
soruĢdu: "Bu kisədir?" Dedi: "Bəli". Dedi: "Harasını düzəldibsən?" Barmağını
qoyub dedi: "Burasını". Mahmud oranın belə qəĢəng düzəldiyinə təəccüb etdi.
Dedi: "Ehtiyac olsa, qazinin üzünə durub Ģahidlik edə bilərsənmi?" Dedi: "Nə üçün
edə bilmərəm?"
Dərhal qazini gətirmək üçün adam göndərdilər, bir nəfəri də kisə sahibinin
ardınca yolladılar.
Qazi içəri girib salam verdi, adəti üzrə keçib yerində oturdu. Mahmud
üzünü qaziyə çevirib dedi: "Sən qoca və alim bir adamsan, mən qaziliyi sənə
vermiĢ, müsəlmanların malını və qanını sənə etibar etmiĢəm. Bu Ģəhərdə iki min
adam varki, səndən daha çox savadlıdır, lakin hamısı zay olub gedir. Rəvadırmı,
sən xəyanət edəsən. Əmanət Ģərtlərini yerinə yetirməyəsən, müsəlman bir kiĢinin
malını yeyəsən, onu isə hər Ģeydən məhrum edəsən?"
Qazi dedi: "Ey ağam, bu nə sözdür? Kim deyir ki, mən belə edərəm?"
Dedi: "Sən belə edirsən murdar köpək!" Sonra kisəni ona göstərdi və dedi: "Budur,
sənin yanında əmanət qoyublar, sən kəsib qızılları çıxarmıĢ, yerinə mis doldurmuĢ,
sonra kisəni verib gözətdirmiĢ, yenə ağzı möhürlü yiyəsinə qaytarmıĢsan. Budur
sənin dəyanətin, əməlin, daxili xasiyətin". Qazi dedi: "Nə kisəni görmüĢəm, nə də
bu əhvalatdan xəbərim vardır".
Mahmud dedi hər iki kiĢini içəri gətirsinlər. Bir xidmətçi gedib kisənin
sahibini və gözətçini gətirdi.
Mahmud dedi:"Ay yalançı, bu kisə sahibi, bu da gözətçi, bu kisənin
burasını gözəyibdir".
Qazi utandı, qorxudan canına elə tirtətmə düĢdü ki, dili söz tutmadı.
Mahmud dedi:"Aparınız köpəyi. Üstündə göz olunuz ki, kiĢinin pulunu
dərhal versin, yoxsa baĢını vurduraram".
Qazini yarımcan halda sultanın otağından çıxarıb keĢikçi otağına saldılar
və pulu istədilər. Qazi dedi:"Vəkilimi çağırın". Vəkilini çağırdılar. Qazi göstəriĢ
verdi. Vəkil gedib düz iki min dinar NiĢabur qızılı gətirdi və sahibinə verdi.
O birisi gün Mahmud taxta çıxıb, Ģikayətə baxarkən qazinin xəyanətini
77
hamıya elan etdi. Sonra da fərman verdi qazini gətirib, dərbarın qülləsindən baĢı
üstə asdılar. Böyüklər vasitəçilik etdilər, dedilər qocadır, alimdir. Qazi əlli min
dinara özünü geri almağı təklif etdi. Bu qədər malı ondan aldılar. Özünü də
qazilikdən saldılar.
Belə hekayətlər çoxdur.
Yalnız bu qədər deyildi ki, Ģahların ədalət, insaflı olmağa nə qədər ciddi
çalıĢdığlarını, nə tədbirlər gördüklərini, nanəcib adamları nə üsul ilə yer üzündən
təmizlədiklərini dünyanın hökmdarı bilsin.
ġah ağlının güclülüyü ordu güclülüyündən daha yaxĢıdır. Allaha Ģükür
Ģahımızda bunların hər ikisi vardır. Bu fəsil casuslar və xəfiyyələr haqqındadır. Bu
iĢlə məĢğul olanlar burada deyilən kimi olmalı və hər yerə göndərilməlidirlər.
Dostları ilə paylaş: |