62
olarlar. Lakin bu incə və çox məsuliyyətli məsələdir. Bu iĢ elə adamlara
tapĢırılmalı, bu iĢi elə adamlar yerinə yetirməli, elə adamların əli, dili və qələmində
olmalıdır ki, onlar haqqında heç kəs pis bir Ģey deyə bilməsin, onlar özləri qərəzli
iĢlərlə məĢğul olmasınlar, çünki ölkənin müqəddəratı, səlahi və fəsadı onlardan
asılıdır. Onlar baĢqaları tərəfindən deyil, Ģəxsən Ģahın özü tərəfindən təyin
edilməlidir. Onların maaĢları, əmək haqqları vaxtında, xəzinədən verilməlidir,
onlar rahat, arxayın və ürəkdən iĢləməlidirlər ki, Ģah da təzə baĢ verən hər
hadisəni bilib hər kəsin özünə layiq mükafat, cəza və ya qulaqburması versin.
PadĢah belə etdikdə camaat həmiĢə itaətdə olub, Ģahın qəzəbindən qorxar,
heç kəs Ģaha qarĢı qiyam etməyə və ya pis fikirləĢməyə cəsarət etməz. Sahib-xəbər
və xəfiyyələrin təyin edilməsi, Ģahın ölkə dolandırmaqda ədalətli, sayıq, qayğıkeĢ
və iradəli olduğunu göstərir.
Dostları ilə paylaş: