III. d-ELEMENTLƏRİ.
MÖVZU 1. I-B qrup elementləri
Mis, gümüş, qızıl. Elementlərin ümumi xarakteristikasi, təbiətdə tapılması,
alınması, fıziki- kimyəvi xassələri və tətbiqi. Oksidləri, hidroksidləri, duzları,
onların xassələri, tətbiqi. Mis, gümüş və qızılın kompleks birləşmələri, xəlitələri.
MÖVZU 2. II-B qrup elementləri
Sink, kadmium, civə. Elementlərin ümumi xarakteristikasi. təbiətdə
tapılması, alınması, fiziki və kimyəvi xassələri, xəlitələri, tətbiqi birləşmələri;
oksidləri, hidroksidləri, duzları, alınması və xassələri. Kompleks birləşmələri.
MÖVZU 3. III-B qrup elementləri
Skandium, lantan və aktinium. Elementlərin ümumi xarakteristikasi, təbiətdə
tapılması, alınması. Skandiumun xassələrinin III B qrupunun başqa elementlərinin
xassələrindən fərqi. Sonuncuların lantanoidlərin xassələrinə yaxınlığı.
Dostları ilə paylaş: