II Aparıcı: Bayraq meydanından keçərkən ilhamla, inamla, əzəmətlə
dalğalanan bayrağımızı lap yaxından seyr edirik. Ona tamaşa etdikcə
“Bayraq” şeiri misralara çevrilərək ürəyimizdən dilimizə süzülür:
Gəlin oxucumuzun ifasında Seyran Cavadovun “Bayraq” şeirini dinləyək
Bayraq bir millətin özünüdərki,
Qeyrəti, məsləki, əqidəsidir.
İliyindən keçib, canından gələn,
Dilində göyərən haqqın səsidir.
Xətai idrakı, Babək qılıncı,
Koroğlu sazının öz simidir o.
Babam Füzulinin qərib məzarı,
23
Hələbdə soyulan Nəsimidir o.
Dik saxla başını, dik tut, bayrağım!
Qəddin əyilməsin heç vaxt bir daha.
Hələ qarşıdadır sənin xoş çağın,
Gedək o günləri doğan sabaha!
Ulu əcdadımın Qobustandakı
Qayada cizgisi, Qaval daşıdır.
Yüz illər, min illər yol keçib gələn,
Nəsillər yaşadan qan yaddaşıdır.
Kəpəzdi, Qoşqardı, Arazdı, Kürdü,
Mayası atəşdən, sudan yoğrulub.
Üç rəngi köçürüb öz varlığına,
Bir aylı gecədə sanki doğulub.
Dönüb bir millətin səcdəgahına.
İgidlər önündə onun and içər.
“Yaşa, ana yurdum, sən yaşa!” – deyə
Girib döyüşlərə canından keçər.
Namusdu, qeyrətdi, şöhrətdi, şandı,
Bayraq ucalanda millət ucalar.
Bayrağı ucaldan oğullar varsa,
O millət həmişə zəfərlər çalar.
I Aparıcı: Milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın
suverenliyini təmin etdi, tarixi yaddaşın formalaşmasında
müstəsna əhəmiyyət kəsb etdi.
Azərbaycanın BMT - yə üzv qəbul olunması ilə onun beynəlxalq
aləmdə tanınmasına başlandı. 1995 - ci ildə müstəqil Azərbaycanın
Konstitusiyasının qəbul edilməsi ilə ölkədə dövlət quruculuğu üçün
zəruri hüquqi baza formalaşdı. Ölkəmizin daxili və xarici siyasət
konsepsiyası beynəlxalq hüquq normalarına uyğun olaraq quruldu. Bu
24
il ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu
prosesi uğurla həyata keçirildi, dövlətçilik ənənələri zənginləşdirildi.
Vətənin qüruru, xalqın qüruru,
Müqəddəs varlıqdır, dövlət bayrağı!
Ucadan ucadır, uludan ulu,
Azadlıq rəmzidir, dövlət bayrağı!
Dostları ilə paylaş: |