22
Bununla da Azərbaycan Respublikası 1918 - 1920 - ci illərdə cəmi 23
ay yaşamış Azərbaycan Xalq Cumhuriyyətinin varisi elan edilmiş,
xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına
qovuşmuşdur.
Şənini vəsf
etməyə yetər, qüdrətim yetər,
Ulduzunu, ayını göydə mələklər ötər,
Hər rəngində “ya qazi, ya şəhid”
bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı – Azərbaycan bayrağı!
II Aparıcı: Zəngin siyasi təcrübəyə və böyük dövlətçilik qabiliyyətinə
malik Heydər Əliyevin belə ağır və mürəkkəb dövrdə xalqın təkidli
tələbi ilə ölkə rəhbərliyinə qayıdışı Azərbaycan dövlət müstəqilliyinin
qorunub saxlanılmasına və möhkəmləndirilməsinə xidmət edən
başlıca amil oldu. Ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkə
problemlərinin həlli istiqamətində konkret addımlar atılmağa
başlandı.1994 - cü il mayın 12 - də cəbhədə atəşkəsin əldə edilməsi
dövlətçiliyin möhkəmləndirilməsi , nizami ordu quruculuğu, eləcə də
ölkə həyatının bütün sahələrində inkişafın təmin edilməsi baxımından
zəruri addım oldu. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq
təhlükəsindən qurtuldu. Xarici siyasətdə də mühüm nailiyyətlər əldə
olundu. 1994 - cü il sentyabrın 20 - də Azərbaycanda
yaranan
sabitliyin və beynəlxalq aləmdə ölkəmizə artan inam və marağın
nəticəsi kimi dünyanın aparıcı şirkətləri ilə “Əsrin müqaviləsi”
adlandırılan neft sazişi imzalandı.
Dostları ilə paylaş: