20
üçrəngli Azərbaycan bayrağı gətirilir. Səhnə bayram əhval-ruhiyyəsi ilə bəzədilir.
Bir çox sitatlar səhnənin divarından asılır. Məsələn:” 9
noyabr Milli Bayraq
günüdür”, “Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol”,” 9 noyabr İnqilab, oyanış
bayramıdır”,”Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru”, ”9 noyabr milli şüurun
yüksəliş günü”,”Birliyimizin sübut günü” ,“Müstəqillliyimiz əbədidir”, “İnsanlara
hüriyyət, millətlərə istiqlal”, “Haqq verilməz, alınar!”,”Bir daha yüksələn bayraq,
bir daha enməz” , “Bayrağımız qürur mənbəyimizdir”, “Bayrağımız eşidilən
səsimiz, duyulan nəfəsimizdir”, “Bir
kərə yüksələn bayraq, bir daha enməz”,
”İlhamla, inamla dalğalanan bayrağımız”, ”Türkçülük, Müasirlik və İslamçılıq
bayramı”, ”Azərbaycan bayrağı – fəxrimiz, vüqarımız”, ”Bayraq müstəqilliyimizin
simvoludur”, “Qüdrətli Azərbaycanın gücünün, əbədi müstəqilliyinin parlaq
nümunəsi olan bayrağımız”, ”Ölkəmizin unudulmaz tarixi hadisəsi”, “Üçrəngli
bayrağınla məsud yaşa Azərbaycan!” və s.
Səhnədə Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Azərbaycanın
müstəqilliyi, inkişafı yolunda gördüyü
işlərdən bəhs edən şəkillər, Bayraq haqqında yazılmış şeirlərdən parçalar asılır.
Tədbirin başlanğıcında bayraq haqqında hazırlanmış slayd tədbir
iştirakçılarına təqdim olunur. Sonra aparıcılar əllərində Azərbaycan bayrağı
himnimizin sədaları altında səhnəyə daxil olurlar:
Dostları ilə paylaş: