I Aparıcı: Doğma Azərbaycanımızı müstəqil , suveren görmək həmişə qeyrətli
babalarımızın arzusu olub. Bu arzunu reallaşdırmaq, həqiqətə
çevirmək üçün nə qədər qurbanlar vermişik. Səttərxan, Şeyx
30
Məhəmməd Xiyabani, Məmməd Əmin Rəsulzadə, Seyid Cəfər
Pişəvəri və başqaları Azərbaycanın müstəqilliyi uğrunda mübarizə
meydanına atılıblar.
Bəli, bu gün Milli Bayrağımız Azərbaycan Respublikasının
tanıtım vəsiqəsi, dövlətçilik rəmzidir. Milli bayraq - siyasi, ideoloji,
mənəvi baxımdan bir millətin və bu milləti təşkil edən dövlətin
mövcudluğunu təsdiqləyən rəmzidir. “Bayraq “ sözü ümumtürk
mənşəlidir və tarixi çox qədimdir. Tarixən azəri türkləri başıbəlalı
xalq olub. Daim yadellilər tərəfindən hücuma məruz qalan, dəfələrlə
sınağa çəkilən xalqımız çoxlu yad təsirlərlə üzləşib. Bunlara mətanətlə
cavab verməyə cürətimiz çatıb. Müasirlik, türkçülük, etiqad azadlığı
ideyalarını əks etdirən bayraq xalqın birlik arzularının nə qədər böyük
olduğunun bariz nümunəsidir.
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başına tac olan hilal.
II Aparıcı: Azərbaycanlı milli düşüncəsində də əsas dövlət rəmzlərindən olan
bayrağa münasibət tarix boyu özünü qabarıq göstərmiş, xalqımızın
milli mövcudluq nişanəsi sayılmışdır. Tariximizin ən dəyərli
eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar
bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini
öyrənməyə köməklik edir.
2009 - cu il noyabrın 17 - də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tarixi bir sərəncama imza atdı. İlk dəfə olaraq
milli bayrağa olan sevgi dövlət tərəfindən rəsmiləşdirilərək hər il bu
ayın 9- nun Dövlət Bayrağı Günü kimi qeyd edilməsi və qeyri – iş
günü elan edilməsi qüvvəyə mindi. Prezidentin “Bayraq gününün təsis
olunması” ilə bağlı verdiyi fərman Milli Məclisin qərarı ilə
Konstitusiyamızın Əmək Məcəlləsinnin 105 - ci maddəsinə müvafiq
olaraq qeyri iş günü hesab edildi. Bayram Günü ilə bağlı verilən
sərəncamdan öncə də dövlət başçısı bu vacib milli atributumuz barədə
mötəbər sərəncam imzalamışdı.
31
Yandır haqqın məşəlini, aləm nura dönsün,
Çıxsın yağı düşmən önünə, ərlər öyünsün,
Üçrəngli bayrağı qaldır, dünyada görünsün.
Çal cəngini, olsun yağının bağrı qızıl qan,
Azərbaycan, türkün Vətəni, can sənə qurban.