4
informasiya mübadiləsi sistemlərinin təhlili xüsusiyyətləri və tərəflər arasında
yaranan qarşılıqlı təsiretmə imkanlarının mövcud idarəetmə
sistemində realizə
olunması təşkil edir. Tədqiqatın predmetini isə ünsiyyət prosesi zamanı ortaya çıxan
neqativ amillərin,
maneələrin təyin edilməsi, bu problemlərin aradan qaldırılması
yönündə dayanıqlı mexanizmin formalaşdırılması və onun həyata keçirilməsi üsulları
təşkil edir.
Tədqiqatın əsas məqsədi və vəzifələri. Tədqiqatın məqsədi təşkilat daxili
ünsiyyətin modern üsullarının funksional idarəetmə baxımından
effektivliyinin
öyrənilməsi, norma və prinsiplər çərçivəsində rəhbərlə tabeçilikdəki işçilər arasında
eyni ranqlı imkanların formalaşdırılması və hər bir işçinin təşkilatın vizionunda
özünü təcəssümetdirmə qabilliyyətinin aşkar edilməsindən ibarətdir.
Məqsədə nail
olma yolunda aşağıdakı vəzifələr müəyyən edilmişdir:
- Təşkilati idarəetmə strukturlarının fərqli situasiyalarda səmərəli fəaliyyət
mühitini formalaşdırması;
- Ünsiyyətin təşkili üçün zəruri bilik və vərdişlər
kompleksinə yiyələnməyin
kommunikativ səriştəliliyi;
- Tərəflər arasında motivasiya əlaqələrinin genişləndirilməsinin iş mühitinə
təsirinin qiymətləndirilməsi;
- Ünsiyyət prosesində aşkara çıxan nöqsanlı halların
neqativ təsirlərinin
minimallaşdırılması mexanizmi;
- Kollektiv çərçivəsində psixoloji qanunauyğunluqlar nəzərə alınmaqla,
əməkdaşlar arasında münasibətlərin harmonikləşdirilməsi;
- Təşkilatda planlaşdırma, koordinasiya etmə, qərar vermə və nəzarətin təmin
edilməsində effektiv ünsiyyətin təşkili.
Tədqiqatın elmi-yeniliyi. Tədqiqatda təşkilat daxilində
ünsiyyətin forma və
üsullarının real iqtisadi şəraitdə tətbiqi imkanları tədqiq olunmuş, mövzu ilə bağlı bir
sıra təklif və tövsiyələr təqdim olunmuşdur.
Dostları ilə paylaş: