«маgistratura məRKƏZİ» Əlyazması hüququnda


Tədqiqatın predmeti və obyekti



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə3/50
tarix22.12.2022
ölçüsü1,95 Mb.
#77196
1   2   3   4   5   6   7   8   9   ...   50
X-lilli-G-l-n (2)

Tədqiqatın predmeti və obyekti. Tədqiqatın obyektini təşkilati struktur 
çərçivəsində işgüzar ünsiyyətin forma və üsullarının tədqiqi, bu əsasda formalaşan 



informasiya mübadiləsi sistemlərinin təhlili xüsusiyyətləri və tərəflər arasında 
yaranan qarşılıqlı təsiretmə imkanlarının mövcud idarəetmə sistemində realizə 
olunması təşkil edir. Tədqiqatın predmetini isə ünsiyyət prosesi zamanı ortaya çıxan 
neqativ amillərin, maneələrin təyin edilməsi, bu problemlərin aradan qaldırılması 
yönündə dayanıqlı mexanizmin formalaşdırılması və onun həyata keçirilməsi üsulları 
təşkil edir.
Tədqiqatın əsas məqsədi və vəzifələri. Tədqiqatın məqsədi təşkilat daxili 
ünsiyyətin modern üsullarının funksional idarəetmə baxımından effektivliyinin 
öyrənilməsi, norma və prinsiplər çərçivəsində rəhbərlə tabeçilikdəki işçilər arasında 
eyni ranqlı imkanların formalaşdırılması və hər bir işçinin təşkilatın vizionunda 
özünü təcəssümetdirmə qabilliyyətinin aşkar edilməsindən ibarətdir. Məqsədə nail 
olma yolunda aşağıdakı vəzifələr müəyyən edilmişdir: 
- Təşkilati idarəetmə strukturlarının fərqli situasiyalarda səmərəli fəaliyyət 
mühitini formalaşdırması; 
- Ünsiyyətin təşkili üçün zəruri bilik və vərdişlər kompleksinə yiyələnməyin 
kommunikativ səriştəliliyi; 
- Tərəflər arasında motivasiya əlaqələrinin genişləndirilməsinin iş mühitinə 
təsirinin qiymətləndirilməsi; 
- Ünsiyyət prosesində aşkara çıxan nöqsanlı halların neqativ təsirlərinin 
minimallaşdırılması mexanizmi; 
- Kollektiv çərçivəsində psixoloji qanunauyğunluqlar nəzərə alınmaqla, 
əməkdaşlar arasında münasibətlərin harmonikləşdirilməsi; 
- Təşkilatda planlaşdırma, koordinasiya etmə, qərar vermə və nəzarətin təmin 
edilməsində effektiv ünsiyyətin təşkili. 
Tədqiqatın elmi-yeniliyi. Tədqiqatda təşkilat daxilində ünsiyyətin forma və 
üsullarının real iqtisadi şəraitdə tətbiqi imkanları tədqiq olunmuş, mövzu ilə bağlı bir 
sıra təklif və tövsiyələr təqdim olunmuşdur. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin