«маgistratura məRKƏZİ» Əlyazması hüququnda


Biological/physiological communicate



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə6/50
tarix22.12.2022
ölçüsü1,95 Mb.
#77196
1   2   3   4   5   6   7   8   9   ...   50
X-lilli-G-l-n (2)

 Biological/physiological communicate: Scott-Philips (2008); Carazo and Font (2010); Kerszberg, 2003; Maier, 2003 
4
Cooley, C. The significance of communication. In Schramm, W. and Roberts, D. F. (eds.) (1971).
1909:643, 644,645,646



Fəaliyyət/hərəkət ilə ünsiyyəti qarışdırmaq olmaz. Fəaliyyət qərar vermək və 
daha sonra onun tətbiqini tələb edir. Fəaliyyət hər hansı bir ehtiyacı qarşılamaq və bu 
ehtiyacla bağlı olan məqsədi reallaşdırmaq üçün həyata keçirilir. Ehtiyacın bioloji və 
ya duyğusal və ya sensorolaraq hiss edilməsi, yalnız bioloji və fikri rabitə ilə olur. 
Sinir sistemi və neyronlar vasitəsilə həyata keçirilən bioloji ünsiyyətdə, beyin 
ehtiyaclardan, tələbatdan xəbərdar olur: məsələn, aclığı hiss edirik; aclığın fərqində 
oluruq: Aclığı aradan qaldırmaq və beləcə bioloji varlığımızı davam etdirmək üçün 
"yemək yemə" hərəkətini/fəaliyyətini düşünür və qərar verərək beynimizdə planlayıb 
təşkil edirik. Bunu, aclığı aradan qaldırmaq üçün fikri, duyğusal, psixoloji və ya fiziki 
fəaliyyətlər şəbəkəsi/silsiləsi təqib edir. Bütün bunlar ancaq ünsiyyət vasitəsilə ola 
bilər. Belə ki, insanın hər hərəkəti bir-birinə funksional olaraq əlaqəli münasibətlər 
sisteminə malikdir. 
Ünsiyyət, yalnız insanın fiziki mövcudluğunun deyil, eyni zamanda ictimai 
mövcudiyyətin də zəruri şərtidir. Cəmiyyətdə, heç bir insan fəaliyyətinin reallaşması 
və bu fəaliyyətin məzmununun mənalandırılması ünsiyyət olmadan təmin edilə 
bilməz. İctimai varlıq, insanların həyatlarını birlikdə qurmasını, yaratmasını izah edir. 
Beləliklə, sosial varlığın bütün təbii tələbatları, ehtiyacları insanın cəmiyyət 
içərisində sosiallaşaraq reallaşdırdığı fəaliyyətlər vasitəsilə qarşılanır. Bu mənada 
ünsiyyət, sosiallaşan insanın cəmiyyət içərisində özünü yenidən formalaşdırması 
ifadələrindən biridir. Bu vəziyyətdə ünsiyyət, cəmiyyətin yenidən formalaşmasını 
təmin edən hər şeyi yaratmaq, qurmaq, davamlılığını təmin etmək, inkişaf etdirmək, 
dəyişdirmək ehtimalı olan fiziki və fikri fəaliyyətləri izah edir. Yəni, ünsiyyət, insan 
fəaliyyətinin bütöv bir hissəsi olaraq, yaranır, paylanır/yayılır və istifadə olunur; hər 
ünsiyyət prosesi ilə əldə edilən nəticə müxtəlif şəkillərdə bölüşdürülür/paylaşılır. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin