«маgistratura məRKƏZİ» Əlyazması hüququnda



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə7/50
tarix22.12.2022
ölçüsü1,95 Mb.
#77196
1   2   3   4   5   6   7   8   9   10   ...   50
X-lilli-G-l-n (2)

Təşkilati ünsiyyət. Təşkilati ünsiyyət bir təşkilatın varlığını davam 
etdirməsində mərkəzi bir mövqeyə malikdir və bütün təşkilati proseslərdə 
əhəmiyyətli bir rol oynayır. Təşkilati ünsiyyət olmadan hər hansı bir təşkilati 
davranışı iləidarə işinin həyata keçirilməsi qeyri-mümkündür. 



Təşkilati ünsiyyətlə əlaqədar olaraq, geniş bir təriflər silsiləsi içində bəzi 
təriflər bu şəkildə verilə bilər: təşkilati ünsiyyət, ətrafına təsir edən və ondan 
təsirlənən kompleks bir açıq sistem içində meydan gəlir. Təşkilati ünsiyyət mesajları, 
onların axışını, məqsədini, istiqamətini və vasitələrini əhatə edir. Təşkilati ünsiyyət 
insanları, onların davranışlarını, duyğularını, əlaqələrini və qabiliyyətlərini ehtiva 
edir. Bu təkliflər işığında təşkilati ünsiyyət, bir-birinə bağlı olan bir şəbəkənin içində 
ismarıcların, informasiyanın axınıdır.
5
Təşkilati ünsiyyət, elmi rəhbərlik, insan münasibətləri yanaşması, insan 
resurslarının idarə edilməsi, sistemli yanaşma və mədəni perspektiv kimi müxtəlif 
yanaşmalara əsaslanır. 
Alman elm adamı Fritz Neskeyə görə təşkilati ünsiyyət növləri aşağıdakılardır: 
1- Ünsiyyətə bağlı sayılan bürokratik ünsiyyət 
2- Təbliğat məqsədli olan manipulyativ ünsiyyət 
3- Təsirli bir ünsiyyət tərzi olan demokratik ünsiyyət 
4- Nəticələnməyən ünsiyyət olaraq adlandırılan qeyri-mütənasib ünsiyyət. 
Təşkilati ünsiyyətin tətbiqində diqqət ediləcək məsələlər aşağıdakı şəkildə 
tədqiq edilmişdir: 
• Təşkilati ünsiyyət rəhbərlik vasitəsi olaraq istifadə edilməlidir 
• Xitab ediləcək hədəf qrupları təsirli şəkildə təyin olunmalıdır 
• Təşkilatın təşkilati əsasları açıq olaraq təyin olunmalıdır 
• Lazım olduqda profosional kömək alınmalıdır 
• Təşkilati ünsiyyət işləri bir kataloq köməyi ilə təqib edilməlidir. 
Təşkilati ünsiyyət sahəsinin fəlsəfi əsaslarının müzakirəsi dörd perspektivə 
əsaslanır. Fisher, insan ünsiyyəti üzərinə olan araşdırmalarında, ünsiyyət 
tədqiqatçılarına dörd təməl konseptual yanaşmadan birinə üstünlük vermələrini təklif 
etmişdir. Krone, Jablin və Putnam, təşkilati ünsiyyətlə bağlı müxtəlif perspektivləri 
mexanistik, psixoloji, simvolik-şərh və sistem effekti perspektivləri olmaq üzrə dörd 
qrupa ayırmışlar. Əsas məqam isə, bu dörd perspektivin, bu günə qədər təşkilati 
5
Wilcox, D L, & Cameron, G T (2010), Public Relations: Strategies and Tactics, Allyn & Bacon, Boston 


10 
ünsiyyət işlərində istifadə edilən ən əhatəli və ən təsirli strukturu təmsil etdiyi 
düşünülür. 
1. Mexanistik perspektiv, ünsiyyəti müəyyən bir nöqtədən bir kanal vasitəsilə 
digər bir nöqtəyə mesajın çatdırılma müddəti olaraq görür, ünsiyyətdə olan tərəfləri 
bir-birinə bağlayan kanallara əhəmiyyət verir. Mekanistik perspektiv ünsiyyəti 
materialist bir şəkildə ələ alır. Məsələn, mesajı onun sıxlığı ya da müddəti kimi fiziki 
və fəza xüsusiyyətlərinə sahib konkret bir maddə olaraq görür. 
2. Psixoloji perspektivə görə, ünsiyyətdə olan fərdlərlə ünsiyyət əhatəsi 
daxilində saysız miqdarda xəbərdarlıq və bundan başqa bir çox proses olması 
səbəbiylə, fərdlərin informasiya seçərkən nəyə diqqət etdikləri onların hissləri, idrak 
və davranışları vasitəsilə müəyyənləşdirilir. Fərdlərindavranışları, idrak və hissləri 
fərdi məlumat seçimi prosesində bir filtr vəzifəni yerinə yetirir. Psixoloji perspektivə 
görə isə, daxili proseslər birbaşa nəzarət edilə bilməz, girən və çıxanlara birbaşa 
nəzarət edilməsi olduqca məhduddur. 
3. Şərh edici - simvolik perspektivə görə, şərh edici-simvolik perspektiv 
fərdlərin digər fərdlərə reaksiyalarını, digər fərdlərin hərəkət və ya sözlərinin nə 
mənaya gəldiyinin başa düşülməsi üzərinə əsaslandırılır. Şərh edici-simvolik 
perspektivə görə ictimai hərəkət, fəaliyyət və hadisələri inşa edən fərdlərin məna 
verməsinə bağlıdır. 
4. Sistem-qarlılıqlı təsirperspektiv istiqamətində edilən araşdırmalarda, 
fundamental təhlil vahidi olaraq kənardan gələn davranış hərəkəti üzərinə diqqət 
yönəldilir. Sözü gedən perspektivi mənimsəyən tədqiqatçılar informasiya hərəkətinin 
ardıcıllıq modeli və formalaşdırma kateqoriyaları üstünə fokuslanırlar. Sistem-
qarlılıqlı təsir perspektivinə görə, ictimai qarşılıqlı təsir lazımından çox təkrar edilən 
davranışla müəyyənləşdirilir. Davranışın daha çox təkrarlanması və təkrarlanan 
davranışın artması naməlumluğu azaldır. Psixoloji perspektivdən fərqli olaraq, 
sistem-qarşılıqlı təsir perspektivində fərd, hərəkətin ana elementi deyil, davranış 
qaydaları və modelləri əhəmiyyətlidir.


11 
İnsanların ünsiyyəti şərh etmək ya da görmək yollarını, sözü gedən bu dörd 
perspektiv formalaşdırır. İnsanlıq tarixi qədər köhnə bir fakt olan ünsiyyət, həm fərdi, 
həm də ictimai bir proses olaraq qarşımıza çıxır. İnsanları bir-birinə bağlayan təşkilati 
ünsiyyət sistemləri isə, istehsala görə uzlaşmanı təmin edən sistemlərdir. 
Cəmiyyətdəki bütün təşkilatların və insanların, cəmiyyətin diqqətinə çatdırmaq 
istədikləri məlumatları, hədəf kütlələrinə çatdıran və onlardan gələn reaksiyaları 
geriyə əks etdirən iki tərəfli bir ünsiyyətdir.
İctimaiyyətlə əlaqələr istiqamətindən baxıldıqda da, xalq olaraq təyin olunan 
kütlə; təşkilat daxili və xarici olmaq üzrə, təşkilat daxilində çalışan işçilər və təşkilat 
xaricində təşkilata xidmət edən sahələr olaraq hədəf kütləsinə daxil olan insan 
qrupları başa düşülür. Təşkilatlar, müəssisələr, cəmiyyəti tanıma, cəmiyyətin və ya 
bir qrupun baxışları, fikirləri yönündə fəaliyyətlərini istiqamətləndirmə prosesini 
təşkilati idarəetmədə inkişaf etdirilən ictimaiyyətlə əlaqələr anlayışı ilə 
gerçəkləşdirirlər.
6
Sabunçuoğlu və Tüz, təşkilati ünsiyyətə bu şəkildə tərif verirlər: "Təşkilati 
ünsiyyət; təşkilatın məqsəd və hədəflərinə çatması, fəaliyyətini təmin etməsi üçün 
lazım olan istehsal və idarəetmə prosesi çərçivəsində, təşkilatı meydana gətirən 
bölmə və elementləri arasında bərabər iş fəaliyyətini, məlumat axınını, motivasiyanı, 
inteqrasiya, dəyərləndirmə, təhsil və təlimi, qərar vermək və nəzarəti təmin etmək 
məqsədi ilə müəyyən qaydalar daxilində reallaşan ünsiyyət prosesidir."
7
Təşkilati ünsiyyət, insanların bir araya gəlməsini təmin edən bir gücdür. 
Məsələn, təşkilatyaradacaq bir kimsənin, quracağı müəssisə ilə əlaqədar düşüncəsinə, 
bilgisinə və rəftarlarına ortaq ola biləcək ya da qatıla biləcək kəsləri tapa bilməsi 
vacibdir. Bu da təsirli bir ünsiyyət gücü, qabiliyyəti tələb edir. 
Təşkilat daxili ünsiyyətlə əlaqədar bura qədər göstərilən nöqtələr bizi 
bunəticəyə aparır; təşkilat daxili ünsiyyətə yalnız fərdi deyil, eynizamanda toplu 
halda edilən bir hadisə gözüylə baxdıqda vaxtından əvvəl təşkilat daxiliünsiyyət, 
6
Rosa,C.(2005), Corporate Reputation:Meaning and Measurement, International Journal of Management Review, 
Vol:7 No:2, 91-109 
7
Sabuncuoğlu, Zeyyat ve TÜZ Melek (2008). Örgütsel PsikolojiBursa: Alfa Aktüel Basım Yayın


12 
yalnız xəbər və informasiya mübadiləsi təmin edən bir mühit yaratmaqlaqalmayıb, 
bununlabərabər, hər cür fikrin, gerçəyin və məlumatın çatdırılmasına və 
paylaşılmasına da zəmin hazırlayır.. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin