«маgistratura məRKƏZİ» Əlyazması hüququnda



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə15/50
tarix22.12.2022
ölçüsü1,95 Mb.
#77196
1   ...   11   12   13   14   15   16   17   18   ...   50
X-lilli-G-l-n (2)

1. Strategiya: Daxili ünsiyyətin məqsədinin yalnız işçilərin xoşbəxt etmək kimi 
başa düşülməməlidir. Daxili ünsiyyət, fəaliyyət-yönümlü olmalıdır və işçilərin 
təşkilatın rəqabət strategiyaları və bu strategiyaları necə mənfəətə çevirilə biləcəyini 
anlamasına istiqamətlənir. 
Buna nail olmaq üçün üç addımı izləmək lazımlıdır: Təşkilatlar strategiyalarını 
dəqiq bir şəkildə təyin etməlidirlər. Daha sonra, işçilərdən gözlənilən davranış və 
münasibət gözləntiləri təyin edilməlidir. Son olaraq isə, bu davranış və münasibəti 
təmin etməyə köməkçi olmaq üçün ünsiyyətin hədəfini müəyyənləşdirilməlidir. 
Diqqət mərkəzində, dəyər yaratmağa maneə törədən faktorları təsbit etmək və 
ünsiyyətin bu maneələri aradan qaldırmasını təmin etməkdir. Müştərinin səsini 
təşkilatın daxilində eşitmək buradakı iş strategiyalarına istiqamət verəcək bir 
addımdır. 
2. Liderlik: Liderlik gündəmi meydana gətirmək və digərlərinin buna tabe olmasını 
təmin etməyi tələb edir. Yaxşı bir liderlik üçün paylaşılan hədəflərin həyata 
keçirilməsində iştirakı təmin etmək üçün şəxsin ünsiyyət bacarığına sahib olması 
mütləqdir. Fərqli liderlik tərzləri olmasına baxmayaraq, hamısında müvəffəqiyyəti 
müəyyənləşdirən dörd ana faktor vardır: 


26 
- Mesajın tutarlılığı: Liderlik qrupu məqsəd baxımından razılaşmış və tutarlı 
görünmək məcburiyyətindədir. 
- Məqsədin açıqlığı: Üst rəhbərlik təşkilatın istiqamətini müəyyənləşdirməlidir. 
Bu da açıq və sadə olmalıdır. 
- Qanunların aydınlığı: İşçilər, liderlərinin tətbiq etdiyi təşkilati dəyərləri 
anlamalıdırlar. Çünki bu dəyərlərə və prinsiplərə müvafiq qərar verməli və 
qərarların həyata keçirilməsində iştirakları asanlaşdırılmalıdır. 
- Fokuslanmaq: Çox az prioritet müəyyən edilməlidir ki, bunlar da davamlı təkrar 
edilib mənimsənilə bilsin. 
Uğurlu bir lider, ünsiyyətin əhəmiyyətini anlayır və işçiləri üçün "görünən" və 
"əlçatan" bir lider olur. Ünsiyyətin idarəetmənin gündəmində ən əhəmiyyətli maddə 
olmasını təmin edir. Daxili ünsiyyət strategiyası və planının təminatçısı olur və bu 
strategiya və planı yeniləyir. Açar mesajlarda həmfikir olur və onu həyata keçirir. 
İş (business) nə qədər kompleks olsa da, strategiyanın hər zaman 
sadələşdirilməsi vacibdir. Bu baxımdan, uğurlu liderlik effektiv bir ünsiyyətin 
sadəlikdən keçdiyini bilir. Ön ofisdə çalışan vəzifəlilərə qədər hər kəsin anlaya 
biləcəyi sadəlikdə ünsiyyətdən bəhs etmək lazımdır. 
Liderlik iş strategiyasını qısa məzmunda hazırlaya bilməli və maksimum beş 
prioritetini yaza bilməlidir. Beləcə, müştərilərin ehtiyac və istəklərini daha dəqiq 
anlamaq mümkün olacaq ki, ölçülməsi də asan olsun. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin