«маgistratura məRKƏZİ» Əlyazması hüququnda


Planlaşdırma və prioritetin müəyyənləşdirilməsi



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə16/50
tarix22.12.2022
ölçüsü1,95 Mb.
#77196
1   ...   12   13   14   15   16   17   18   19   ...   50
X-lilli-G-l-n (2)

3. Planlaşdırma və prioritetin müəyyənləşdirilməsi: İngiltərədəki şirkətlərdə 
edilən bir araşdırmada təşkilatların 55%-nin daxili ünsiyyətdən məsul bir icra heyəti 
nümayəndəsi olmasına baxmayaraq, liderlik ilə ünsiyyət arasında bəzən bağlılığın 
olmadığı təsbit olunmuşdur. Eyni araşdırmada daxili ünsiyyət planlarının yalnız 1/3-
nin icra heyətində təsdiq edilmiş olduğu ortaya çıxmışdır. Daxili ünsiyyətdən məsul 
olan şəxslərin strategiya, planlaşdırma, marketinq və informasiya sistemlərinə kifayət 
qədər yaxın olmadığı da bu araşdırmanın nəticələrindən biridir. 
Planlaşdırma olmadan, işçilərin reaksiyalarının alınması və bunun idarə 
olunmasından da söz gedə bilməz. Yalnız, bəzi ip ucları müəyyən edilə bilər. Daxili 


27 
ünsiyyətdən cavabdeh şəxslər iş hədəfləri və strategiyaları ilə yaxından tanış 
deyillərsə, prioritetləri səhv təyin edə və nəticə olaraq "niyə" sualı yerinə "nə" sualına 
cavab verə bilərlər.
Daxili ünsiyyət planının hər üç aydan bir nəzərdən keçirilməsi və işin 
nəticələrinə necə xidmət etdiyinin təsbit edilməsi lazımdır. Əksər illik hazırlanan 
planlar kifayət qədər komanda işini təşviq edə bilmirlər. 
4. Kanalların idarə olunması: Ünsiyyət mesajın transferindən də başqa, mənanın 
bir şəxsdən digərinə çatdırılmasıdır. Kompleks, yeni və bir-biriylə əlaqəli işlərin 
həyata keçirildiyi indiki vaxtda, işçilərin seçim etmələri və prioritetləri 
müəyyənləşdirməsi çətinləşir. Onlara bu mühitdə yol göstərmək və işıq tutmaq, 
mənası aydın ünsiyyət fəaliyyəti aparmaqla mümkün olacaqdır. Burada ünsiyyət 
kanallarının doğru idarə edilməsinin vacibliyi ortaya çıxır. İşçilərin seçim etdiyi 
ünsiyyət kanalları ünsiyyətin planlaşdırılmasında təyin olunan hədəflərə daha effektiv 
çatılmasını təmin edəcək bir yoldur. İnformasiya çoxluğunu ortadan qaldırmaq və 
yuxarıdan aşağıya, aşağıdan yuxarıya, həmçinin çarpaz ünsiyyət kanallarından 
istifadə etmək lazımdır. Burada üzərində dayanılması lazım olan bir başqa məsələ isə, 
"idarəetmə nitqi"nin yerini "sadə danışıq nitqi”nin almasıdır. 
"Daha dəyərli" olması üçün, daxili ünsiyyətin qarışıqlıqdan azad, daha çox 
əməkdaşlıq ehtiva edən, rolların təyin edildiyi bir proses halına gəlməlidir. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin