13
IQPC, a.g.e.IQPC, The Future of Internal Communication Summit Nots, London, Royal Hotel, 1999
32
Fəsil II. Təşkilatda ünsiyyətin forma üsullarının təhlili mexanizmi
2.1. İşgüzar ünsiyyət prosesində təşkilat üzvlərinin bir-birini qavraması və
anlaması
İşçilərin bir-birləri ilə əlaqələri. Təşkilat daxili münasibətlər, hər hansı bir iş
yerində çalışan işçilərin bir-birləriylə və idarəedicilərlə olan münasibətlərini ifadə
edir. İşçilər heyət, idarəedicilər isə işəgötürənlər və rəhbərlərdir. Daxili münasibətlər,
insanlar arasında və ya insanlarla qruplar arasında və ya qruplar arasında reallaşır. Bir
təşkilat hədəflənən uğura çata bilməsi, daxili münasibətlərində tabeçilikdəkilərin və
idarəçilərin olduqları mövqedə vəzifələrini ən mükəmməl şəkildə yerinə
yetirmələrinə və bir-birləriylə müsbət münasibətlərinə bağlıdır.
Bir iş yerində işçilərin bir-birləriylə olan müsbət əlaqələri iş yerinin
müvəffəqiyyətinə təsir edən əhəmiyyətli ünsürlərdəndir. Dinc bir mühitdə çalışanlar
işlərində gözlənilən müvəffəqiyyəti göstərə biləcəkləri üçün qaynaqlar daha effektiv
istifadə ediləcək, keyfiyyət və istehsal miqdarı artacaq, bu səbəbdən qazanc da
artacaqdır. Müəssisə içində tabeçilikdəkilərin və idarəçilərin əlaqələri aşağıdakı
xüsusiyyətlərlə əlaqədardır.
14
Həmrəyliy. İnsanların, bir məqsədi reallaşdırmaq üçün qarşılıqlı olaraq
yardımlaşma, duyğu, düşüncə və qazanc birliyi içində olmalarına həmrəylik deyilir.
Aparılan araşdırmalar, rəqabət əvəzinə iş birliyinə üstünlük verən qrupların daha
müvəffəqiyyətli olduqlarını və daha çox həzz aldıqlarını isbat etmişdir. Rəqabətin,
digər bir ifadəylə, iddialı hədəflərin səmərəni artırmadığı, ümumi istehsalı azaltdığı
təcrübələrdən aydın olmuşdur.
15
İndiki vaxtda müasir müəssisələrin üzərində çox tez-tez durduğu bir termin,
komanda ruhudur, bu anlayışla əlaqədar bir çox ad istifadə edilir. Bunlardan bəziləri:
komanda çalışması, qrup dinamikası, qrup ruhu, qrupdaşlıq və.s. ola bilər. Adı hər nə
olursa olsun, hamısının bir tək məqsədi və funksiyası vardır: Bütün müəssisənin bir
bütün olaraq çalışması, bütünlüyün meydana gəlməsi üçün isə qarşılıqlı paylaşım.
14
Chia, J., & Synnott, G. (2009). An introductionto public relations: from theory to practice.Oxford University
Press.
15
Uzay Şaban, İşletmelerde İç Kontrol Sistemi, Pelin Ofset, Ankara, 1994.
|