30
- İşçilər, fərqli müştəriləri və ehtiyaclarını daha yaxşı necə anlayarlar?
b) Davranış və bacarıqda dəyişikliklər:
- Səhv nisbətləri azalıbmı?
- Müştəri bağlılığı nisbəti artıbmı?
- Dəyərsiz zaman nisbəti azalıbmı?
- İşçilər daha çox müştəri yönümlü oldularmı?
- Alış-veriş sayında inkişaf varmı?
Daxili ünsiyyət prosesininfəaliyyət (biznes) nəticələrində əks olunması ilə
əlaqədar
ölçüdən başqa, işçilərin emosional olaraq təşkilatla əlaqədar qavramanın
ölçülməsi də əhəmiyyətlidir.
Qrafik 1.3.2.
Ünsiyyət pilləkəni
İşçinin davranışlarını və gözləntilərini anlamaq və ünsiyyət strategiyasını buna
görə nəzərdən keçirib yeniləmək çox əhəmiyyətlidir. Bu edilməzsə, ünsiyyətdən bəhs
etmək və hədəflərə çatmaqda təşkilat daxili ünsiyyətin payından
söz etmək də
mümkün ola bilməyəcəkdir. İçşilərin təşkilatın missiyası, vizionu, hədəfləri və
özlərinin bu böyük rəsmdəki
yerlərini necə gördükləri, təşkilati ünsiyyəti necə
31
dəyərləndirdiklərini öyrənmək uyğun olacaqdır. Bu cür qavramanın ölçülməsini
təşkilat daxili ünsiyyət barədə məsləhətçilik edən Synopsis
Communication şirkəti
"ünsiyyət pilləkəni" olaraq təsvir edir.
13
Yuxarıdakı qrafikə görə, bütün işçilərin təşkilatın missiyası, vizionu, hədəfləri
ilə əlaqədar maarifləndirmə səviyyəsində olmalıdır. İyerarxik olaraq yuxarıya
qalxdıqca, bölmə rəhbərlərinin anlama və dəstəkləmə arasında bir yerlərdə, üst
səviyyə rəhbərlərin dəstəkləmə və iştirak arasında, yuxarı-üst
rəhbərliyin isə
qərarlılıq (dayanıqlılıq) pilləsində olması gözlənilir. Buradan da aydın olduğu kimi,
alt
iki pillədə qavrama, yuxarıya çıxdıqca isə davranış dəyişikliyi görülür. İşçilərin
qavrama/yanaşma və davranışlarını ölçmək, pilləkəndəki yerlərini müəyyən etmək və
ünsiyyətin əksik cəhətlərini ortaya çıxarmaq təşkilatın hədəflərini iş fəaliyyəti
nəticələrinə çatdırılmasında əhəmiyyətli yer tutur.
"Effektiv bütöv ünsiyyət skeleti" modeli və bu modelin
ölçü hissəsinin necə
həyata keçiriləcəyini müəyyənləşdirən "dəyər zəncirinin ölçülməsi" və "ünsiyyət
pilləkəni"nin birlikdə tətbiq olunduğu bütöv model, iş hədəflərinə
uyğun strategiya
ilə başlayıb, hədəf kütlənin, yəni işçilərin qavrama və davranış dəyişikliyinə yönəlik
ölçmələrlə təkrar başlanğıc nöqtəsinə dönülən bir planlaşdırma və layihələndirmədən
ibarətdir.
Dostları ilə paylaş: