36
Məhrəm sahə, 45 santimetrə qədər olan uzaqlığı əhatə edir. Əslində, məhrəm
sahə bizə yaxın olmaq haqqına sahib insanlar üçündür, lakin güləş, basketbol kimi
yaxın təmas tələb edən döyüş idmanlarından, kino, lift, izdihamlı küçə kimi
mühitlərdə məcburi olaraq da istifadə edilir. Bu kimi hallarda, yad insanlara
lazımından çox yaxın olmaq bizi narahat edir.
Şəxsi sahə, 30-75 santimetrlik bir məsafəni əhatə edir və normal olaraq iki
yoldaşın, dostun danışarkən qoruduqları uzaqlıqdır.
Sosial sahə təxminən 120-210 santimetrə qədər olan bölgəni əhatə edir.
Ümumi sahə isə, üç metrlik yaxud daha geniş bir məsafəni əhatə edir və maraq
duymadığımız və ya hər hansı bir əlaqə qurmağa çalışmadığımız yad insanlara
ayrılmışdır.
İstədiyimiz suverenlik sahəsini qorumaq və idarə etmək yenə bizim
əlimizdədir. Başqalarının suverenlik sahəsinin sərhədlərinə diqqət etməli, danışıq
əsnasında onlara yaxınlaşaraq və uzaqlaşaraq iş yoldaşlarımızın və tanıdıqlarımızın
ehtiyac duyduğu sahəni müəyyən etməliyik. Bu mənada, deyə bilərik ki, suverenlik
sahəsi sözsüz ünsiyyətdə həm bir göstərici, həm də yaxşı bir vasitədir.
20
Təşkilati ünsiyyətin dəyərini yaratmaq üçün yalnız ünsiyyət mənbələrini idarə
etməyin uğuru deyil, ünsiyyətin təşkilati strategiyaya bağışladığı təsirinin ölçüsü
dəönəmlidir.
21
Strateji təşkilati ünsiyyət, təşkilatın hədəflənən məqsədlərinə necə çatacağını
təyin edən mərkəzi və bütöv bir çərçivədir.Ünsiyyət strategiyası, təşkilatın daxili və
xaricindəki ünsiyyətin təşkili, həyata keçirilməsi və qiymətləndirilməsinə zəmin
yaradır. Təsirli bir təşkilati ünsiyyət strategiyası:
• Təşkilatın missiyası və məqsədləri, fəaliyyət göstərdiyi bazar arasında əlaqə
qurur.
• Ünvanlı məqsədlərə çatdıracaq qaynaqları ortaya çıxarır.
20
Ken Cooper,
Sözsüz İletişim: İnsan Yönetiminde Vücut Dilini Nasıl Kullanırsınız?, Tunç Yalkı (çev.), İstanbul:
İlgi Yayıncılık, 1989, s. 17-18,s. 28-37.
21
Dostları ilə paylaş: