42
bilmir. Kütlə psixologiyası üçün xas olan bu cəhətləri nəzərə alsaq, bu zaman
psixoloji sirayəti şərtləndirən amilləri daha ətraflı təhlil edə bilərik.
27
Psixoloji sirayət nədir, sualına cavab verəsi olsaq, müxtəlif dini ekstaz, kütləvi
psixoz hadisələri, ritual rəqslər, əhəmiyyətli idman yarışları və ya panika, küyə
düşmə xaricindəki şəraitlərdə adamların davranış və rəftarlarını xatırlamağa çalışın.
Bu zaman insanlarda kütlə halında hərəkət edən başqa adamların təsiri ilə müəyyən
psixi halətlər yarandığını görəcəksiniz. Məsələn, stadionda idman yarışında şüarlar
qızışdıqda ən sakit tamaşaçı belə asanlıqla kütləyə, ətrafındakılara qoşulub,
qışqırmağa, yersiz hərəkətlər etməyə başlayır. Bu proses, şüursuz, qeyri-ixtiyari
olaraq baş verir. Psixoliji sirayət halları hər hansı bir informasiyanın və ya davranış
örnəyinin şüurlu surətdə qəbul edilməsi yolu ilə yaranmır. Onun ən əsas mexanizmi
kütlə şəraitində əmələ gələn müəyyən emosional halətlərin, adi zəncirvari reaksiya
modeli üzrə bir şəxsdən digərinə verilməsi təşkil edir.
Diqqətdə saxlamaq lazımdır ki, psixoloji sirayət halları hər bir şəraitdə deyil,
yalnız müəyyən, konkret bir şəraitdə özünü göstərir. Bu baxımdan, hadisələrin birdən
birə baş verməsini və insan üçün həyati əhəmiyyət daşımasını ayrıca olaraq qeyd
etmək lazımdır. Bu cür hallarda baş verən və ya baş verəcək hadisə haqqında
informasiyanın olması və qəsdən təhrif edilməsi psixoloji sirayətin dinamikasına
əhəmiyyətli dərəcədə təsir göstərir. Bəzən insanlarda şok vəziyyətinin yaranmasına
səbəb olan qeyri-adi xəbərlərin çıxması, hətta vəlvələ, çaxnaşma və qarşıdurma
situasiyanın yaranması ilənəticələnir.
Psixoloji sirayətin xarakteri və səviyyəsi müxtəlif amillərlə səciyyələnir.
Təsadüfi yanğın zamanı küçələrə yığılan camaat, kütləvi dəfn mərasimi, konversial
futbol oyunu tamaşaçıları və ya fəal kütlədə, məsələn, təbii fəlakət zamanı xilas olan
kənd əhalisi psixoloji sirayət spesifik xüsusiyyətlərlə meydana çıxır.
28
Panika halları isə əsasən kütləvi qorxu halətləri ilə xarakterizə edilir. Qarşılıqlı
psixoloji sirayət şəraitində qeyri-adi ölçülərlə möhkəmlənir. Qrupun ümumi
məqsədləri aydın olmadıqda, subyekt baxımından maraqlı, əhəmiyyətli hesab
27
Mayers, David G.
Social psychology.
Dostları ilə paylaş: