«маgistratura məRKƏZİ» Əlyazması hüququnda


Cornelissen, J. (2008). Corporate Communication: A Guide to Theory and Practice



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə22/50
tarix22.12.2022
ölçüsü1,95 Mb.
#77196
1   ...   18   19   20   21   22   23   24   25   ...   50
X-lilli-G-l-n (2)

 Cornelissen, J. (2008). Corporate Communication: A Guide to Theory and Practice, Sage Publications 


37 
• Təşkilatın təməl qabiliyyətlərini və fərqləndirici xüsusiyyətlərini (təşkilati 
şəxsiyyət, xidmət etibarlılığı, inam kimi) ortaya qoyaraq təşkilatın 
rəqiblərindən fərqləndirir. 
• Həyata keçiriləcək fəaliyyətlərin sırasını və zamanını müəyyən edir.
22
Uyğun ismarıcların yaradılması və doğru ünsiyyət kanallarının seçilməsi 
təşkilatın məqsədlərini maraqlı tərəfləringözləntilərinə uyğun təmin edir (sxem 
2.1.1.). 
Sxem 2.1.1. 
Strateji təşkilati ünsiyyət 
Bu şəkil təşkilati ünsiyyətin mərkəzi mövqeyini, təşkilatın strateji hədəflərinin 
müəyyən pay analizi edilməsinin əhəmiyyətini göstərir. 
Təşkilati ünsiyyət strategiyaları ümumiyyətlə təşkilatın strategiyasına dəstəyi 
təmin etmək məqsədi ilə maraqlı tərəflərin təşkilatınetibarı ilə, təşkilatın görüntüsünü 
eyni xəttə gətirməyə çalışır. 
22
 Belasen, A.T. (2008). The Theory and Practice of Corporate Communication, Sage Publications. 


38 
Effektli təşkilati ünsiyyət strategiyasını dörd 
addımla
müəyyənləşdirə bilərik. 
Birinci addım təşkilatın özüylə əlaqədardır. İkinci addım təşkilatın maraqlı 
tərəflərinin analizi, üçüncü addım ismarıcların uyğun şəkildə çatdırılması və son 
addım maraqlı tərəflərin reaksiyasıdır.
23
Mesajların uyğun şəkildə çatdırılması. Mesajların uyğun şəkildə çatdırılması 
üçün təşkilat iki addımlı bir analizi reallaşdırmalıdır. Təşkilat ilk əvvəl mesajı necə 
çatdırmaq istədiyinə qərar verməli (ünsiyyət kanalının seçilməsi) və mesajın 
hazırlanmasına necə bir yanaşma izləyəcəyini müəyyənləşdirməlidir. 
a. Ünsiyyət kanalının seçilməsi. Təşkilatların daxili və xarici ünsiyyətlərini 
həyata keçirilməsi üçünbir çox ünsiyyət kanalı alternativi mövcuddur. Məsələn, 
təşkilat daxili ünsiyyətdə üst rəhbərlik işçilərinə müəyyən bir mesajı mətbuat 
vasitəsilə də təqdim edə bilər ya da yalnız e-mail yolu ilə çatdırmağı də seçə bilər. 
Bunun kimi daxili və xarici ünsiyyətdə bir çox alternativ mövcuddur. Bu səbəblə 
təşkilati ünsiyyət strategiyasını inkişaf etdirərkən, hansı kanallardan istifadə ediləcəyi 
və nə zaman istifadə ediləcəyinə diqqət edilməlidir. 
b. Mesajın diqqətlə hazırlanması. Təsirli bir ünsiyyət mesajı birbaşa və ya 
dolayı şəkildə konfiqurasiya edilə bilər. Birbaşa quruluş, ilk əvvəl əsl nöqtəni ortaya 
qoyur, daha sonra səbəbini açıqlayır. Bilavasitə quruluş isə, ilk əvvəl səbəbini 
açıqlayıb daha sonra əsl nöqtəni ortaya qoyur. Yaxşı, təşkilat necə bir seçim 
etməlidir? Ümumiyyətlə, təşkilatlar əməkdaşları ilə birbaşa ünsiyyət qurmalıdır, 
çünki dolayı ünsiyyət çaşdırıcı və başa düşülməsi çətin ola bilər. 
Maraqlı tərəflərin reaksiyası. Maraqlı tərəflər arasında ünsiyyət qurulduqdan 
sonra, ünsiyyətin nəticələri qiymətləndirilməli və istənilən təsiri yaradıb yaratmadığı 
təsbit edilməlidir. Bəzən tərəflər arasında mesaj göndərildikdən dərhal sonra ünsiyyət 
yaradıla bildiyi kimi, bəzi vəziyyətlərdə də ünsiyyətin müvəffəqiyyətini ölçmək uzun 
zaman ala bilər. Nəticələr qiymətləndirildikdən sonra, təşkilat necə reaksiya 
verəcəyini müəyyənləşdirməlidir. İşçilərin etibarı dəyişilibmi? Ünsiyyət kanallarını 
dəyişdirmək lazımdırmı? Nəticə olaraq, uyğun bir təşkilati ünsiyyət strategiyası, 
23
Argenti, P. A. (2009). Corporate Commmunication, McGraw-Hill International Edi. 5th edition.


39 
təşkilatın ünsiyyətlə əlaqədar bütün strategiyasının müəyyən edilməsi,maraqlı 
tərəflərin mesajı analiz etməsi, ismarıcların uyğun bir şəkildə çatdırılması və son 
olaraq, maraqlı tərəflərin reaksiyalarının qiymətləndirilməsi addımlarından meydana 
gəlir.
24

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin