«маgistratura məRKƏZİ» Əlyazması hüququnda



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə13/50
tarix22.12.2022
ölçüsü1,95 Mb.
#77196
1   ...   9   10   11   12   13   14   15   16   ...   50
X-lilli-G-l-n (2)

Dairəvi (Circle) Modeli; Demokratik bir quruluşa malikdir. Qrupda diqqətə 
çarpan bir lider yoxdur. Ümumiyyətlə, rəhbərliyin yerindəcə həyata keçirildiyi 
təşkilatlarda tətbiq olunan bir ünsiyyət modelidir. İşçilərin əhvalı yüksəlir, lakin 
informasiya çox pillədən keçdiyindən doğruluğu azalır. 
Zəncir Modeli; Əlaqələr zəifdir. Lider hər hansı bir məsuliyyət 
götürmədiyindən, əhəmiyyətli rolu olmayan biridir. Məlumat addım-addım 
ötürüldüyündən düzgünlük ehtimalı və sürəti azalır. İşçilərin əhvalı zəifləyər, əlaqələr 
zəifləyər və qrupun məhsuldarlığı təhlükəyə düşər. 
Ulduz Modeli; Burada başda bir idarəçi, rəhbər vardır. Bu şəxs, ünsiyyətin 
idarəçisidir. Başlanğıcda demokratik quruluş, sonrasında bu qruluşu avtokratik bir 
quruluş izləyir. Mesajın çatdırılmasında doğruluq dərəcəsi yaxşı, lider diqqətə 
çarpandır. Mənəvi və iş doyumu zəifdir. 
Salxım Modeli; Məlumat mübadiləsi mərkəzdəki liderə cəmlənir. Zənciri əmr 
vardır. Məlumatın ötürülməsi sürətlidir və doğruluq dərəcəsi yüksəkdir. 
Mərkəzi model, avtoritar rəhbərlik anlayışının əsas olduğu təşkilatlarda istifadə 
olunan, idarəedici və tabeçilikdəkilər arasındakı ünsiyyətinsərt sərhədlərlə 
müəyyənləşdirildiyi bir ünsiyyət modelidir.
Sərbəst ünsiyyət modeli isə nisbi olaraq daha demokratik bir quruluşa 
malikdir və bu modeldə, hər hansı bir şəxs ünsiyyəti başlada ya da hər kəs öz 
arasında müstəqil formada ünsiyyətdə ola bilər. 


22 
1.3. Tabeçilikdəkilərlə effektiv ünsiyyət qaydaları 
Effektiv ünsiyyət, təşkilatlarda həyati bir ünsürdür. Çünki aparılan bir çox 
araşdırma, təsirli və effektiv təşkilati ünsiyyətin işə davamiyyətsizliyi, iş yerini 
dəyişdirmə nisbətini və şikayətlərini azaltdığını, buna qarşılıq olaraq dafəaliyyətin 
motivasiyası, işin işçini tam qaneetməsi, işin məhsuldarlığını təmin etdiyini və 
bunların nəticəsində qazancı artırdığını göstərmişdir. 
Effektiv təşkilati ünsiyyət təriflərinin demək olar ki, hamısında vurğulanan bir 
başqa məqam da, fərdlərin dəstəkləyici bir mühitdə işləməsinin vacibliyidir. Bu 
səviyyədə ünsiyyət qurmağın, qarşımızdakına güvən duyub dəyər verməyin, eyni 
şəkildə qarşımızdakının də bizə qarşı açıq olmasını, güvən duyub dəyər verməsini 
təmin edəcəyini ifadə edir. Nəticə isə daha yaxşı insan münasibətləri, problemindaha 
təsirli həlli və daha yüksək verimlilikdir. 
Əməkdaşlıq birmənalı olaraq ünsiyyətdən meydana gəlir. Ünsiyyət isə 
məhsuldarlığın və keyfiyyətin təməlidir, şüurlu bir rəhbərliyin, idarəetmənin zəruri 
vasitəsidir. Müəyyən qaydalar və dinamik proseslər çərçivəsində reallaşan təşkilati 
ünsiyyətin gözlənilən funksiyalarını vəməqsədlərini bu şəkildə sıralaya bilərik. 
Təşkilati ünsiyyət, təşkilatda işçiləri və təşkilatın vahidlərini bir-birinə bağlayan 
fundamental bir alt sistemdir. Beləcə, işçilər və vahidlər həm harmonik və həm də 
əlaqələndirilmiş şəkildə çalışa bilirlər. Təşkilati ünsiyyət, təşkilatda çalışan şəxs və 
qrupların təşkilatın ortaq məqsədlərini reallaşdırdıqları informasiya mübadiləsidir. 
Təşkilatda fəaliyyətin addımlarının davam etdirilməsi, problemlərin həll edilməsi və 
yaradıcı gücün formalaşdırılması təşkilati ünsiyyət vasitəsilə reallaşa bilər. 
Təşkilatda planlaşdırma, koordinasiya etmə, qərar vermə, motivasiya və 
nəzarətin təmin edilməsi üçün təsirli və effektiv təşkilati ünsiyyəti tələb edir. 
Təşkilati ünsiyyət təşkilatda iyerarxik pillələrin müəyyən edilməsində və nüfuzun 
təmin edilməsində əhəmiyyətli rol oynayır. Daxil olan və ötürülən mesajlar, dəlillər, 
məlumatlar və sənədlər təşkilati ünsiyyət qaydaları çərçivəsində saxlanılır, məlumat 
və sənəd arxivləri yaradılır.
12
12
Doorley, J &Garcia H F (2011), Reputation Management, Routledge, NY 


23 
Təşkilati ünsiyyət təşkilatda işçilərin meydana gətirdikləri kiçik qrupların bir-
biriləri ilə və təşkilatın bütünlükdə sağlam münasibətlər qurmalarında əhəmiyyətli rol 
oynayır. Təşkilatın bütövlüyünün və işçilərin aid olmaq duyğularının inkişaf 
etdirilməsini təmin edir. Təşkilati ünsiyyət təşkilatda daxili olaraq qarşılıqlı güvənin 
və sərbəst məlumat axınının, xarici olaraq da keyfiyyətli xidmətin və müştəri 
marağının qaynağıdır. 
Aparılan bir çox araşdırma, tabeçilikdəkilərin idarəedicilərdən məlumat ala 
bilmədiyi təqdirdə, informal ünsiyyət şəbəkələrinə müraciət etdiyini göstərir. Dedi-
qodu və şayiələrlə əsas ünsiyyət qaynağı halına gələn bu şəbəkə isə təşkilati inkişafa 
təsir edir. 
Təşkilat daxili ünsiyyət üçün istifadə edilə biləcək çox sayda vasitə içərisində 
ən çox üstünlük verilənlər; təşkilat daxili nəşrlər, qəzetlər, elan lövhələri, 
məlumatlandırıcı telefon xidmətidir. Digər informasiya vasitələri içərisində isə ev 
bildirişləri, konfranslar, bəyanatlar, DİA nümayişləri, informasiya filmləri və 
videolar, dinamik bildirişlər, səyahətlər, prezentasiyalar, işçilər və yaxınları üçün 
təşkil edilən tədbirlər, sərgilər, ildönümü və xüsusi günlərin qeyd edilməsi, 
müsabiqələr, çəkilişlər, sosial, mədəni, idman və yaradıcılıq fəaliyyətləri və s. sayıla 
bilər. 
Bəzi təşkilatlar, daxili ünsiyyət proseslərinin bəzi parçalarını yaxşı həyata 
keçirmələrinə baxmayaraq, hissələri birləşdirmənin və bir-birləriylə bağlantı 
qurmanın fürsətlərini yetərincə qiymətləndirə bilmirlər. Bu da daxili ünsiyyət 
axınının gözləntiləri xaricində baş verməsinə səbəb olur. Bir yerdə meydana gələn 
problem, başqa bir sahədə də özünü göstərir. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin