Mədəni inkişaf funksiyası: Təşkilat daxili ünsiyyət fərqli alt quruluşda olan fərdlərin işlərinin, duyğu və
düşüncələrinin ortaq bir platformada paylaşmasına imkan verdiyi üçün təşkilati
strukturda mədəni inkişaf adına əhəmiyyətli addımlar atmağa köməklik olaraq dəstək
vəzifəsini görür.
Əyləncə funksiyası: Təşkilat daxili ünsiyyətin geniş yayılması və təşkilat strukturunda getdikcə
mənimsənilməsi şəraitində təşkilatda işləyən fərdlər yalnız təkmilləşdirilmə, inkişaf
və ya təhsil istiqamətli məlumatları bölüşməklə qalmayıb eyni zamanda, sənət,
musiqi, idman v.b. incəsənət və digər fərqli və kənar fəaliyyətlərin varlığından da bir-
birlərini xəbərdar etmə tələbatı olduqlarınıgöstərir.
İnteqrasiya funksiyası: Təşkilatda işləyən bütün fərdlərin, qrupların, bölmələrin bir-birlərini tanıması
və başqalarının gözü ilə baş verən hadisələrin, dəyişən, inkişaf edən nəticələrin
qiymətləndirilməsi məqsədiylə ehtiyac duyulan bəzi məlumat, bilik və ya
informasiya, mesajların əldə edilməsini təmin etmək son dərəcə mühüm əhəmiyyət
kəsb edir.
9
Bundan əlavə bir başqa ədəbiyyatlarda ünsiyyətin funksiyaları aşağıdakı kimi
sadalanır.
1. Şəxsiyyəti formalaşdırma
2. Kommunikativ ( informasiyanın ötürülməsi )
3. İnstrumental ( ünsiyyət idarəetmənin sosial mexanizmi kimi çıxış edir. )
4. Ekspressiv ( tərəfdaşlara imkan verir ki, ünsiyyət prosesində öz
emosiyalarını ifadə etsinlər, o cümlədən, tərəfdaşın emosiyasını anlasınlar.)
9
Sosyal Bilimler Araştırmaları Dergisi, Kurum içi iletişimin kaliteye olan etkisi: yeni iletişim teknolojilerinin kurum içi iletişimin kalitesine olan etkisini incelemeye yönelik bir araştırma,Cild: 3 Say: 6 Dekabr 2012