7
Ünsiyyətin bir və ya bir neçə cümləylə tərif edilə bilməcəyi gerçəyini diqqətdə
saxlayaraq, əvvəl "ünsiyyət nədir?" sualına, ünsiyyəti insanla əlaqələndirən ən təməl
şərhləri təqdim edərək başlayaq:
İnsan bioloji və ictimai bir varlıqdır. Bioloji tərəfi fizioloji nöqteyi-nəzərdən
yaranması və bu yaranmanın davam etməsiylə əlaqədardır. İctimai tərəfi isə, həm
fiziki yaranması və formalaşmasını, həm də digər insanların özünün və başqalarının
mütəşəkkil formalaşmasını davam etdirməsiylə əlaqədardır. İctimai tərəf mikro
səviyyədə insan psixologiyasından, makro səviyyədə ictimai istehsal, bölgü və
məcmu istehlakdan fərqlənir. Bu səbəbdən ünsiyyət, insanın bioloji, psixoloji və
ictimai varlığını formalaşdırmasının və inkişaf etdrilməsinin zəruri şərti olan
idraki/xəyali və real fəaliyyətlərin məcmusudur.
Ünsiyyət, bioloji və fərdi varolma. İnsan da daxil olmaqla, bütün canlıların
olduğu bir yerdə həyat fəaliyyəti vardır və bu fəaliyyətlərin qaçılmaz tərəfi olan
ünsiyyət də o fəaliyyətin ayrılmaz bir tərkib hissəsidir, çünki ünsiyyət canlıların
həyatlarının və münasibətlərinin varlığının və bu varlığın daimiliyinin təməl şərtidir.
Bir bioloji vahiddə (məsələn bir hüceyrədə, orqanda) ünsiyyəti reallaşdıran bir və ya
birdən çox alt-vahidlər vardır. Bu ünsiyyət alt-vahidi funksiyaları həm özünün
yaranması, həm də özünün də daxil olduğu digər vahidlərin yaranması şərtlərini
yenidən formalaşdırır.
3
İnsan, ünsiyyətbacarığına sahib olaraq dünyaya gəlir və həyatı ünsiyyətlə
hörgülü olaraq keçir: İnsan, həyatının hər anında ünsiyyətə bağlı tədbirlər düşünür və
ünsiyyətə bağlı tədbirlər həyata keçirir və digər insanların ünsiyyətə
bağlıfəaliyyətlərinin bir parçası olur.
4
Hoyun ifadə etdiyi kimi (2004), ünsiyyətə bağlı olan tədbirlər tələbatı
ödəməklə əlaqədar olduğu və tələblər də cəmiyyət içərisində, cəmiyyətdən keçərək
aradan qaldırıldığı üçün və qərar vermək, eləcə də,onun tətbiqi ilə həyata keçirildiyi
üçün siyasi hərəkət hesab olunur.
3
Dostları ilə paylaş: