«маgistratura məRKƏZİ» Əlyazması hüququnda


Tədqiqatın praktiki əhəmiyyəti



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə4/50
tarix22.12.2022
ölçüsü1,95 Mb.
#77196
1   2   3   4   5   6   7   8   9   ...   50
X-lilli-G-l-n (2)

Tədqiqatın praktiki əhəmiyyəti. Tədqiqatda göstərilən nüanslar təşkilatın uzun 
vadədə “həyat tsikli”ni davam etdirə bilməsi üçün rəqabət üstünlüyünü 



möhkəmləndirə biləcək və dolayısı ilə sektor ortalamasından yüksək mənfəət əldə 
etməsini təmin etmək məqsədilə modernist görüş baxımından təşkilatın davranış 
münasibətlərini tənzimləyən sənədlərin təşkilində istifadə edilə bilər.
Tədqiqatın informasiya bazası.
Tədqiqat işində yerli və xarici müəlliflərin 
monoqrafiya və əsərlərindən, elmi-tədqiqat jurnallarından, beynalxalq konfrans 
materiallarından ( IQPC, The Future of Internal Communication Summit Notları; 
Richard Hodgetts, Fred Luthans, International Management, USA: McGraw Hill 
Publication; Richard Mead, International Management Cross-Cultural Dimen-
tions, UK: Blackwell Publishers.) elektron tədris vəsaitləri və materiallarından, 
təşkilatdaxili normativ sənədlərdən istifadə edilmişdir.
Dissertasiya işinin strukturu. Dissertasiya işi giriş, 3 fəsil, nəticə və ədəbiyyat 
siyahısından ibarətdir. Dissertasiya işində 6 şəkil, 2 qrafik, 1 sxemdən istifadə 
edilmişdir. 



Fəsil I. Təşkilatda ünsiyyətin idarə edilməsinin nəzəri əsasları 
1.1. Ünsiyyətin əsas funksiyaları və quruluşu 
İnsan, ən əvvəl bir şeyə ad verir və daha sonra onun nə olduğunu izah etməyə 
çalışır. Adlandırma və təsvirlər üçün verilən şərhlər, əvvəlcə adlandırılanın daşıdığı 
xüsusiyyətləri və ya əksinə, daşımadığı xüsusiyyətləri nəzərdən keçirərək, onun "nə 
olduğunu" və "nə olmadığını" müəyyən edir. Ünsiyyəti araşdıranlar, uzun zaman 
ünsiyyət adı verilən bir sahənin mütəxəssisləri olmamışdır.
Biliklərimiz ilkin olaraq elə formalaşdırılıb ki, "nədir?" sualına, daim “budur” 
deyə bir cümlə ilə cavab verilməsini gözləyirik və cavab verməyə çalışırıq. Hətta 
bəziləri "nədir?" sualına ətraflı şərh gətirsə belə, yekunda yenə də bir cümləlik tərif 
gözləyirik. Əslində, tək cümlə ilə nə olduğunuifadə edə biləcəyimiz çox az şey var.
Ünsiyyətin tərifiylə ünsiyyətin nə olduğunu açıqlamağa çalışırlar. "Ünsiyyət 
nədir?" sualına bir və ya bir neçə cümlə ilə və ya bir paraqrafla əsla cavab vermək 
olmaz, çünki "ünsiyyət" insan fəaliyyətinin hər anıyla, onun təbiətiylə iç-içə olan 
xüsusiyyətlərə malikdir; ünsiyyət, insanın hər an, hər yerdə və hər şəraitdə, özünü 
maddi və idraki (intellektual, emosional, inanca bağlı və əxlaqi) olaraq yenidən-
formalaşdırması anlayışıdır.
1
Ünsiyyət deyildikdə, məsələn, bioloji quruluş içindəki sistem və alt 
sistemlərdəki ünsiyyət; mikrobioloji orqanizmlər arasındakı ünsiyyət; bitki mənşəli 
ünsiyyət; fərdin özüylə və ətrafdakılarla ünsiyyəti; texnoloji vasitələrlə 
əlaqə/ünsiyyət; ailə və məktəb kimi mütəşəkkil strukturlar və bu strukturlardakı insan 
münasibətləri; suverenliyin və mübarizələrin, sülhün və müharibənin meydana 
çıxması; sevmək üçün uzanan eyni əlin boğmaq üçün uzanması; bir tərəfdən insan 
üçün onun adına yaxşı ola biləcək hər şeyi edərkən, digər tərəfdən adamın arxasından 
danışma və “palçıq atma”; dürüstlük və qiymət bilmək kimi insan həyatı ilə əlaqədar 
hər şey ağla gəlir.
2
1

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin