6
Fəsil I. Təşkilatda ünsiyyətin idarə edilməsinin nəzəri əsasları
1.1. Ünsiyyətin əsas funksiyaları və quruluşu
İnsan, ən əvvəl bir şeyə ad verir və daha sonra onun nə olduğunu izah etməyə
çalışır. Adlandırma və təsvirlər üçün verilən şərhlər, əvvəlcə adlandırılanın daşıdığı
xüsusiyyətləri və ya əksinə, daşımadığı xüsusiyyətləri nəzərdən keçirərək, onun "nə
olduğunu" və "nə olmadığını" müəyyən edir. Ünsiyyəti araşdıranlar, uzun zaman
ünsiyyət adı verilən bir sahənin mütəxəssisləri olmamışdır.
Biliklərimiz ilkin olaraq elə formalaşdırılıb ki, "nədir?" sualına, daim “budur”
deyə bir cümlə ilə cavab verilməsini gözləyirik və cavab verməyə çalışırıq. Hətta
bəziləri "nədir?" sualına ətraflı şərh gətirsə belə, yekunda yenə də bir cümləlik tərif
gözləyirik. Əslində, tək cümlə ilə nə olduğunuifadə edə biləcəyimiz çox az şey var.
Ünsiyyətin tərifiylə ünsiyyətin nə olduğunu açıqlamağa çalışırlar. "Ünsiyyət
nədir?" sualına bir və ya bir neçə cümlə ilə və ya bir paraqrafla əsla cavab vermək
olmaz, çünki "ünsiyyət" insan fəaliyyətinin hər anıyla, onun təbiətiylə iç-içə olan
xüsusiyyətlərə malikdir; ünsiyyət, insanın hər an, hər yerdə və hər şəraitdə, özünü
maddi və idraki (intellektual, emosional, inanca bağlı və əxlaqi) olaraq yenidən-
formalaşdırması anlayışıdır.
1
Ünsiyyət deyildikdə, məsələn, bioloji quruluş içindəki sistem və alt
sistemlərdəki ünsiyyət; mikrobioloji orqanizmlər arasındakı ünsiyyət; bitki mənşəli
ünsiyyət; fərdin özüylə və ətrafdakılarla ünsiyyəti; texnoloji vasitələrlə
əlaqə/ünsiyyət; ailə və məktəb kimi mütəşəkkil strukturlar və bu strukturlardakı insan
münasibətləri; suverenliyin və mübarizələrin, sülhün və müharibənin meydana
çıxması; sevmək üçün uzanan eyni əlin boğmaq üçün uzanması; bir tərəfdən insan
üçün onun adına yaxşı ola biləcək hər şeyi edərkən, digər tərəfdən adamın arxasından
danışma və “palçıq atma”; dürüstlük və qiymət bilmək kimi insan həyatı ilə əlaqədar
hər şey ağla gəlir.
2
1
Dostları ilə paylaş: